SİSTOSKOPİYA NƏDİR VƏ NECƏ EDİLİR

Sistoskopiya sidik kisəsinə sistoskop adlanan xüsusi cihazla baxmaq. Sistoskopun işıq və optik sistemləri vardır, sidik kisəsinə yeridilmiş şəffaf mayedən optik sistemlə baxıb azca böyüdülmüş halda kisənin içərisini və opun selikli qişasını nəzərdən keçirirlər. Uroloji xəstəlikləri olan xəstələrə tətbiq edilir.

Sistoskopiyanı irriqasion baxış sistoskopu ilə də aparmaq olar, onun optika sistemini çıxarıb yerinə yuma sistemi qoyurlar; bunun təmiz su tökülən və çirkli suyu axıdan borusu vardır. Optik sistemi çıxarıb sistoskopları xüsusi qablarda formalin buxarında saxlayırlar. Formalinin selikli qişanı qıcıqlandırmaması üçün sistoskopu işlətməmişdən əvvəl steril su ilə yuyur, etil spirti ilə silir və steril qliserinlə yağlayıriar.

Sistoskopu ikinci dəfə işlətdikdə 1:1000 nisbətində hazırlanmış civə-oksisian, məhlulunda 15—20 dəqiqə saxlayıb dezinfeksiya edirlər. Sistoskopun optik sistemini etil spirti ilə isladılmış tənziflə siliriər. Proseduradan qabaq xəstəyə təmizləyici imalə qoyurlar.

loading...

Hər böyrəyi ayrıca öyrənmək üçün xromosistoskopiya apardıqda venaya indiqokarmin məhlulu vurur və sonra sistoskopla baxıb boyanmış sidiyin sidik axarlarının ağzından nə vaxt gələcəyini gözləyirlər. Sağlam adamda о boyanı yeritdikdən 3—5 dəqiqə sonra çıxmağa başlayır.

Böyrəklərin biri xəstə olduqda həmin tərəfdəki sidik axarından boyanmış sidik geç gələcəkdir. Adətən xromosistoskopiyanı keyitməsiz aparırlar, yalnız çox həssas xəstələrin uretrasına müayinədən 5—10 dəqiqə qabaq 2—3%-li novokain məhlulu vururlar. Prosedura qurtardıqdan sonra xəstələr bir neçə saat yataqda uzanmalıdırlar.

Sidik kisəsinin selikli qişasının iltihabının qarşısını almaq üçün antibiotiklər təyin edirlər.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...