SİSTİT

Bugünkü mövzumuz xüsusən qız analarının məlumatlı olması vacib olan sistitdir.

Sistit sidik kisəsinin iltihabıdır. Sidik yolları infeksiyalarının başında gəlir. Xüsusən 2-10 yaş arası qızlarda daha sıx rastlanır. Hər 9 qızdan birində sistit aşkarlanır. yüksək qızdırmalı uşaqlarda sistit olma ehtimalı çox zaman gözardı edilir.

Əgər qızdırmanın səbəbi tapılmırsa sistit inkar edilməlidir. Uşağın yaşı nə qədər kiçikdirsə iltihab o qədər önəmlidir. Müalicə gecikdirilməməlidir. Çünki gecikdikcə ağrılı və xroniki, geridönən xəstəliyə çevrilir.

loading...

Uşağınızın sistit olduğundan necə şübhələnə bilərsiniz:

Uşaq sidik ifrazi zamanı ağrıdan şikayət edərsə

Sidiyə getməkdən boyun qaçırır və sidiyini saxlayırsa

Sidiyə birdəfəyə yox kəsik kəsik gedirsə

Sidik qaçırırsa

Sidiyin rəngi bulanıq və tünddürsə

Sidikdən tünd iy gəlirsə

Yuxarıda sadalanan hallar baş verərsə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Şikayətlər və analizlərə əsaslanaraq sistit diaqnozunu vaxtında qoyub müalicə etmək mümkündür. Erkən diaqnoz qoyularsa bəzən antibiotik təyininə belə ehtiyac olmadan müalicə olunur. Müalicə zamanı isə maye qəbulunu artırmaq, şirin, ədviyyatlı, duzlu qidaları isə menyudan çıxarmaq lazımdır.

Dr. Ellada Nağıyeva

loading...

Bunuda oxu...