SİQARET VƏ SAĞLAMLIQ

SiqaretTütün, tərkibində ki nikotin və digər zəhərli maddələrə görə, insan orqanizminə zərərlidir. Nikotin tənəffüs orqanlarına zərərli təsir göstərir, qan damarlarının yığılmasına səbəb olur və ürək-damar sisteminin işini ağırlaşdırır. Siqaret çəkənlər xroniki bronxit xəstəliklərinə, ağciyərlərin xərçənginə və vərəmə, astma xəstəliyinə daha çox məruz qalırlar.

Siqaret günbə-gün insan orqanizmini məhv edir.  Nikotin zəhər bitkisidir. Onun ölüm dozası 80-120 mq bir siqaretdə ki qədərdir. Hər çəkilmiş siqaretin 2-4 mq orqanizmə daxil olur. Araşdırmalar göstərib ki, inkişaf etmiş ölkələrdə 30% şiş və xərçəngdən ölüm səbəbi siqaretdir. Hər il tütün 5 mln insan öldürür (gündə 11 000).

Belə düşüncə var ki, siqareti atan insan kökəlir. Həqiqətəndə ilk həftələr belə olur, ancaq müəyyən müddətdən sonra bu proses dayanır.

loading...

Tibbi statistika göstərir ki, miokard infarktından vəfat etmiş insanların 75% siqaret çəkəndirlər. Hər siqaret çəkən öz həyatını 5-10 il azaldır.

Siqaret onkoloji, ürək-damar, ağciyər, mədə  xəstəlikləri riskini artırır.

Siqareti atdıqda orqanizmdə əhəmiyyətli dəyişikliklər baş verir. Məsələn:
20 dəqiqə sonra arterial təyziq normallaşır, ürəyin fəaliyyəti bərpa olur, ovuclar və ayaqların qan dövranı yaxşılaır.
8 saat sonra qandakı oksigenin tərkibi normallaşır.
2 gün sonra dad və qoxu duymaq qabiliyyəti güclənir.
Bir həftə sonra üzün rəngi yaxşılaşır
Bir ay sonra nəfəs almaq daha rahat olur, yorğunluq, baş ağrısı və öskürək itir.
6 ay sonra ürək ritmi bərpa olunur.
Bir il sonra ürəyin koronar xəstəliyi riski iki dəfə azalır.

5 il sonra xərçəng riski azalır.

loading...

Bunuda oxu...