SİNİR TOXUMASI

Sinir sistemiSinir toxuması spesifik, yüksək, differensasiya olunmuş, toxuma olub orqanizmin əsas inteqrasiya sistemi olan sinir sistemini formalaşdırır. Sinir sisteminin funksiyası sinir hüceyrələrinin xüsusiyyətlərindən asılıdır. Sinir hüceyrələri oyanmanı refleks qövsünün neyronları ilə işçi orqana çatdırır və bu yolla orqanizmin xarici mühütlə əlaqəsini təmin edir. Sinir toxuması spesifik funksiyanı yerinə yetirən neyronlardan trofik, mühafizə və istinad funksiyaları yerinə yetirən neyrogliya elementlərindən ibarətdir.

Sinir toxumasının inkişafı

Sinir toxuması embriogenez zamanı ektodermanın dorsal qalınlaşması olan sinir lövhəsindən formalaşır. Sinir lövhəsi sinir borucuğuna, sinir darağına və sinir qatına differensasiya olunur. Embrional inkişafın axırıncı mərhələlərində sinir borucuğundan baş və onurğa beyin yaranır.

loading...

Sinir darağından hissi düyünlər, simpatik sinir sistemi düyünləri, dərinin melanonsitləri və DES –in hüceyrələrienteroxmafinositlər, qalxanabənzər vəzin Ka – hüceyrələri, böyükrəküstü vəzin qabıq maddəsinin xromaffin hüceyrələri və insulositlər formalaşır.

Sinir qatı isə qoxu, eşitmə orqanlarının və hissi ganglilərin formalaşmasında iştirak edir.

Sinir borucuğu inkişafın erkən mərhələsində bir qat prizmatik hüceyrələrdən ibarətdir. Sonra bu hüceyrələr çoxalaraq daxili ependima, orta mantiy, kənar örtük qatlarını əmələ gətirir. İlk iki qat fəal çoxalan hüceyrələrdən olub, xarici və daxili qatlara ayrılır. Xarici qat ependim və manti qatdakı hüceyrələrin çıxıntılarından ibarətdir, daxili qatın hüceyrəlri isə onurğa kanalının daxili səthini örtən ependim hüceyrələrinə çevrilir. Mantiya qatının hüceyrələri neyroblastlara və spongioblastlara çevrilir. Neyroblastlardan neyronlar, spongioblaslardan isə astrositlər və oligodendrogliositlər yaranır. Differensasiya prosesində neyroblastlar armudvari forma alır, əvvəlcə neyriti, sonra isə dendritləri formalaşır.

Sinir hüceyrələri

Sinir hüceyrələri sinir sisteminin müxtəlif şöbələrində formasına, ölçülərinə və funksiyasına görə fərqlənir.

Funksiyasına görə hissi, hərəki və aralıq neyronlar olur. Hissi neyronlar xarici və ya daxili mühütin təsirini sinir impulsu kimi toplayıb hərəki neyronlara ötürür, hərəki neyronlar isə bu oyanmanı işçi orqana ötürür. Ara neyronlar refleks qövsünün tərkibində hissi və hərəki neyronlar arasında müxtəlif funksiyalar yerinə yetirir. Sinir sisteminin müxtəlif şöbələrinin neyronları forma və ölçülərinə görə spesifikdir. Beyinciyin dənəli neyronlarının perikarionun diametri 4-6 mkm, baş beyin qabığının piramidal neyronlarının perikarionu isə 130 mkm-dir.

Neyronları xarakterizə edən əlamətlərdən biri də onların çıxıntılarıdır. Çıxıntılar refleks qövsünü təşkil edən neyronlar arasında əlaqə yaradır.Yerləşmə yerindən asılı olaraq neyronların çıxıntılarının uzunluğu bir neçə mikrondan 1-1,5 nm-ə qədər olur.

Neyronların çıxıntıları funksional cəhətdən dendritlərə və neyritə ayrılır. Dendritlər qısa, ağac budağı kimi şaxələnən çıxıntılar olub, qıcığı qəbul edib hüceyrənin cisminə ötürür. Neyrit isə bir dənə uzun çıxıntı olub, sinir impulsu başqa orqana və ya neyrona ötürür.

Çıxıntıların sayına görə neyronlar bir, iki və çox çıxıntılı olur.

Bir çıxıntılı yəni unipolyar neyrositin çıxıntısı aksondur, bu da sinir impulsu digər neyrona ötürür. Məməlilərdə unipolyar neyron dendritlər əmələ gələnə kimi olan neyroblastlardır.

Bipolyar neyronun bir neyriti, bir dendriti olur. Bu neyronlar məməlilərdə gözün tor qişasında daxili qulağın spiral ganglisində və s. olur. Bipolyar neyronlara kranial və spinal hissi sinir düyünlərinin yalançı unipolyar neyronları da aiddir. Belə neyron perikarionundan əvvəl bir uzun çıxıntı ayrılır, həmin çıxıntı T şəklində haçalanaraq, ətrafa gedən dendritlər və onurğa beyinə gedən neyriti əmələ gətirir.

Neyronların nüvəsi iri, ovalvari olub perikarionun mərkəzində yerləşir. Nüvədə iri nüvəcik və dispers olunmuş xromatin olur.

Neyroplazmada orqanellərdən neyrofibrillər, Holci kompleksi, xromofil maddə, mitoxondrilər və sentrosoma olur. Neyronun üstünü plazmalemma – neyrolemma örtür.

Bu qişada depolayarizasiya dalğası qanunauyğun olaraq, dendritlərdən perikariona və neyritə ötürülür.

Neyrofibrillər neyrofilamentlərdən ibarət lifli strukturlar olub, perikarionda qarışıq, aksonda isə bir-birinə paralel yerləşir.

Xromatofil maddə neyronun perikarionunda əsası boyalarla tünd boyanmış müxtəlif ölçü və formada kəltənlər şəklində yerləşir. Xromatofil maddədə RNK çox olur.

Neyronun neyroplazmasında dənəli endoplazmatik şəbəkə çox olur, bu da onun perikarionunu və uzun çıxıntılarını saxlamaq üçün lazım olan zülal sintezinin güçlü olması ilə izah olunur. Neyroplazma perikarondan çıxıntılara sutkada 1 mm sürətlə hərəkət edərək onların tamlığını və funksional fəallığını təmin edir.

Sinir sisteminin müxtəlif şöbələrində neyronların dənəli endoplazmatik şəbəkəsinin sisternalarının sıxlığı və istiqaməti fərqlənir. Onurğa beynin hərəki neyronlarının bazofil maddəsinin kəltənləri iri və bucaqvari olub, nüvə ətrafında sıx, xırda kəltənlər isə hüceyrə kənarında yerləşir.

Spinal ganglilərin hissi hüceyrələrində bu maddə kiçik kəltənlər və ya dənəvər tor kimi yerləşir.

Embrional inkişaf dövründə neyroplazmanın həcmi kəskin artır, RNK-nın miqdarı çoxalır və buna müvafiq olaraq bazofil maddə də artır. Holci kompleksinin elementləri yastı sisternalar, vakuolalar və mikroborucuqlar kimi görünür.

Mitoxondrilər çöpvari formada olub, neyroplazmada, çıxıntılarda və neyronlararası sinapslarda olur.

Sentrosoma iki sentrioladan ibarətdir. Sinir sisteminin bütün şöbələrinin neyronlarında sentrosoma mövcuddur.

loading...

Bunuda oxu...