SİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİNDƏ FAYDALI BİTKİLƏR

cugundurİnsan sağlamlığmın əsası bir çox hallarda sinir sistemi ilə, beyin, onurğa beyni və onlardan çıxan sinirlər, bağlıdır. Sinir sisteminin özünün xəstələnməsi digər xəstəliklərə yol açır.

Ona görə də sinir sistemi üzvlərinin sağlam olması qayğısına qalmaq gərəkdir. Bu sahədə də xalq təbabətinin öyrəndiyi bir çox bitkilər məlumdur.

Dazıotu

loading...

Xalq təbabətinə çoxdan məlum olan bu bitki torpaq-iqlim şəraitindən asılı olaraq 30-80 sm və daha çox hündürlüyü olan çoxillik ot bitkisidir. Adətən gövdəsi ikihaçalı olur və haçalardan zoğlar inkişaf edərək budaqlanır. Hər zoğ üzərində bitkinin qarşı-qarşıya düzülən kiçik saplaqsız yarpaqları olur.

Zoğların yuxarı hissəsində qızılı sarı çiçəklər yerləşir. Hər bir çiçək 5 ləçəkdən ibarət çiçək tacını əmələ gətirir. Hər bir çiçəkdə çoxlu sayda erkəkciklər və bir dişicik vardır. Meyvələri üçkünclü qutucuqdan ibarətdir. Şəraitdən asılı olaraq dazı otu iyun-avqust aylarında çiçəkləməkdə davam edir.

Dazı otunu tanımaq üçün onun yarpağını qırıb işığa tutduqda üzərində yağ damcılarını parlaq nöqtələr halında görmək olar. Eləcə də tam açılmış bir çiçəyi barmaqlar arasında əzdikdə ondan qırmızı bir maye axdığım görmək olar.

Xalq təbabətində dazıotuna hər dərdə dava olduğu söylənilmişdir. Belə ki, onun yeraltı və yerüstü hissələrindən çay dəmləməsi, narın toz halında kapsul və tablet hazırlanaraq istifadə olunur.

Sinir sistemi xəstəlikləri, mədə-bağırsaq, böyrək və s. əhəmiyyətli şəfavericidir. Onun məlhəmi bir çox açıq yaraların tez sağalması üçün ən yaxşı vasitədir.

Bir çox dünya ölkələrində yayıldığı kimi Azərbaycanda da aran, dağ və dağətəyi bölgələrdə geniş yayılmışdır. Ona çəmənlik-otluq, kolluq, meşə tarlalarında, yamaclarda və yol kənarlarında çox rast gəlinir. Dazıotu çiçək açan vaxtı iyun-iyul aylarında toplanıb qurudulur. Yuxarıdakı qaydalar kimi çay dəmləyib yeməkdən öncə gündə 2-3 dəfə içilərsə faydası bilinər.

Pişikotu

İkiləpəlilər sinifinin pişikotukimilər fəsiləsinin pişikotu cinsinə aid olub, bir çox növü vardır. Ən çox tanınan növü tibbi pişikotudur. Bundan başqa böyük yarpaqlı pişikotu, kiçik pişikotu, dağ pişikotu kimi növləri bir çox ölkələrdə yayılmış və uzaq vaxtlardan bəri xalq təbabətində və elmi təbabətdə özünə yer tapmışdır.

Pişikotu əsasən sinir sisteminin müalicəsində və sinirlərlə əlaqəli olan bütün xəstəliklərin müalicəsində, yaraların sağalmasında, şəfaverici bitki kimi işlədilməkdədir. Bundan başqa ürək-damar, yüksək qan təzyiqi, astma, mədə-bağırsaq və qəbizlik kimi xəstəliklərin ən yaxşı müalicə vasitəsi sayılır. Pişikotu və ya valerian yabanı halda və mədəni halda yayılmışdır. O rütubətli və münbit torpaqlarda yaxşı inkişaf edib böyüyən çoxillik bitkidir.

Torpaq-iqlim şəraitindən və növündən asılı olaraq hündürlüyü bir neçə santimetrdən 2 metrə qədər çata bilir.

Nəmli torpaqlara tələbatları daha çox olduğu üçün alçaq Və çökəklik yerlərdə, su axarlarına yaxınlıqda daha çox təsadüf olunur. Pişikotunun gövdəsi silindişəkilli və içərisi boşdur. Gövdənin rəngi qəhvərəngli və ya qırmızımtıl çəhrayıdır. Yarpaqları tək lələkvari mürəkkəb yarpaqlar olub, ümumi saplaq üzərində qısa saplaqlarla qarşı-qarşıya yerləşmiş və tək yarpaqla tamamlanmışdır.

Ust yarpaqları gövdədə qarşı-qarşıya oturmuş olur. Altyarpaqlar oval şəkilli və kənarları dişlidir. Üst yarpaqlar kiçik və kənarları bütövdür. Çiçəklər salxım çiçək qrupunda yerləşmişdir. Çiçək tacı ağ və ya çöhrayı rəngli kiçik ləçəklərdən ibarətdir. Kök sistemi silindrik və ya yumuru formada olub, üzərində çoxlu yan köklər əmələ gəlmiş olur. Pişikotunun bütün orqanlarından istifadə olunur. Bu məqsədlə pişikotunun kökündən çay dəmləməsi, məhlul, həb və ya toz halında istifadə olunur.

Pişikotundan həm tək halda, həm də dazıotu (kantaron) və digər faydalı bitkilərlə qarışıq halda çay dəmləməsi hazırlamaq olar.

Qarabaşotu

Qarabaşotu bir çox ölkələrdə həm yabanı, həm də mədəni halda yayılmış çoxillik ot bitkisidir.

Bu bitki cinsinin bir çox növləri cyni və oxşar müalicə təsirinə malikdir. Qarabaşotu kökümsovlu bitki olub kökümsovları ilə çoxala bilir. Bəzi növlərində yerüstü hissələri aşağı tərəfdən odunlaşmış olur. Yayıldığı və becərildiyi ərazilərdən asılı olaraq boyu 50-60 sm-ə çatır.

Gövdələri tüklərlə örtülmüşdür. Yarpaqları uzun və nazikdir.

Çiçəkləri mavi və ya moruğu rənglidir və gövdənin yuxarı hissəsində yerləşir. Qara tuta bənzər formadadır. Çiçək qrupu üzərində sonradan əlavə çiçəklər çıxır ki, onlar körpə çiçəklər adlanır və sanki oturmuş kəpənəyi xatırladır. Həmin çiçəklər tez bir vaxt ərzində quruyub tökülür.

Qarabaşotu isti və quraqlıq yerlərdə inkişaf edə bilir. Rütubətə az tələbkardır. Bitkini iyun-iyul aylarında çiçəkləmə vaxtı yığmaq olar. Bu faydalı bitkini apteklərdən və ya bitki satışı məntəqələrindən əldə etmək olar. Dərman məqsədilə qurudulmuş yarpaq və çiçəklərdən 10 qram götürüb 0,5 litr qaynar suda 15 dəqiqə dəmləyib, yeməkdən 20-30 dəqiqə qabaq gündə 2-3 dəfə ilıq halda qurtum-qurtum içmək lazımdır.

Bu çay sinir sistemi, ürək və qan-damar sistemi, sidik yolları, səs telləri infeksiyası xəstəlikləri olanlar üçün daha faydalıdır.

Qarabaşotu həmçinin yarasağaldıcı, siqareti tərgitmək, dəri səpkiləri kimi xəstəliklər və vərdişlər üçün də çox faydalı bitkidir.

Üzərlik

Şəraitdən asılı olaraq onun hündürlüyü 30-80 sm və daha çox ola bilən çoxillik ot bitkisidir. Çox uzaq keçmişdən bəri xalq təbabətində və elmi təbabətdə üzərliyin yaşıl hissələri və toxumları istifadə olunmaqdadır. İnsanlar özlərini nəzərdən qorumaq üçün onu dəmir qablarda yandıraraq tüstüsünü ətrafa yayırlar. Bu adət əslində bir müalicə vasitəsidir.

Çünki üzərliyin tərkibində olan alkaloidlor şüasındırıcı və müalicəvi təsir göstərir. Üzərlikdən sinir sistemi xəstəliklərində, yüksək qan təzyiqinin düşürülməsində, mədə və qulunc ağrılarında geniş istifadə olunur. Nəzərotu (üzərlik) bitkisi istisevən bitkidir. Ona bir çox ölkələrdə, Afrikada, Asiyada və Amerikanın isti yerlərində çox rast gəlinir. Bu bitki ölkəmizdə də bir çox bölgələrdə yabanı halda geniş yayılmışdır.

Üzərlik qol-budaqlı gövdəlidir. Zoğlarda (gövdədə) yarpaqlar növbə ilə düzülür. Yarpaqların kənarları kəsik-kəsikdir.

Zoğların uclarında tək-tək yerləşən xırda yaşılımtıl ağ rəngli çiçəkləri görmək olar. Onlar kasacıq içərisindədir. Hər kasacıq 5 kasa yarpaqlarından ibarətdir. Çiçəkləmədən sonra bitkinin basıq kürə şəklində meyvələri əmələ gəlir. Meyvənin içərisində qonur-boz rəngli çoxlu toxumlar olur. Bitkinin çiçəkləməsi iyun-iyul aylarına təsadüf edir.

Üzərlik toxumlarından elmi təbabətdə müxtəlif preparatlar alınır. Qeyd etmək lazımdır ki, üzərlik toxumlarından istifadə etdikdə ondan az dozada qəbul edilməlidir. Bu məqsədlə gün ərzində səhər və axşam yeməkdən sonra bir çay qaşığı narınladılmış və ya bütöv halda bir stəkan su ilə içilə bilər.

Zirə və ya Kimyon

Bitkinin 25-dən artıq növü məlumdur. Ərəb kimyonu adlanan növün çox uzaq bir tarixçəsi məlumdur. Misirlilər bir növ kimyondan üç min ildən bəri istifadə etmişlər. Xalq təbabətində ondan sinir yatışdırıcı, əsəbi başdönmələrində, yüksək qan təzyiqinin düşürülməsində və digər xəstəliklərin müalicəsində istifadə edilmişdir. Kimyonun əsasən yerüstü hissələrindən, meyvə və toxumlarından və yağından istifadə olunmaqdadır.

Azərbaycanda az yayılmışdır. Bəzi fərdi təsərrüfatlarda əkilib becərilir. Umumiyyətlə kimyon bitkisi çətirçiçəklilər fəsiləsinə aid olan birillik ot bitkisidir. Mil şəkilli kök sisteminə malik, şəraitdən asılı olaraq hündürlüyü 20-40 sm və daha çox ola bilir. Gövdə üzərində yarpaqlar dar incə lentlər halında parçalanmış vəziyyətdə olur. Çiçəkləri 3-5 saplı çətirçiçəklərdir.

Çiçək tacı kiçik ağ və ya bəzən çəhrayı rəngli və yumurtavari 5 ədəd tac yarpaqlarından ibarətdir. Meyvələri oval şəkilli olub hər meyvə kapsulunda iki toxum olur. Toxumları iti və xoş qoxuludur. Bu onun tərkibində olan uçucu yağların olmasından irəli gəlir.

Müalicə məqsədilə kimyon toxumu və yağını bitki satışı məntəqələrindən və ya apteklərdən əldə etmək olar. Bu məqsədlə səhər və axşam yeməkdən 20-30 dəqiqə qabaq 1 çay qaşığı kimyon yağmı bir stəkan su ilə içmək faydalıdır. Əgər kimyon toxumlarından istifadə olunarsa, bu zaman toxumları narınladıb toz halına salmaq, onu da eyni qayda ilə qəbul etmək lazımdır. Kimyon bitkisi toxumları ilə asan çoxala bilir.

Bu faydalı bitkini əkib-becərməklə toxum əldə etmək və genişləndirmək olar.

Ərik bitkisi

Ərik və ya qaysı adı ilə tanınır. Bu bitki gülçiçəklilər fəsiləsinə aid olan çoxillik ağac bitkisidir. Onun bir neçə növü məlumdur. Yabanı və mədəni halda yayılmış və bir çox ölkələrdə əkilib-becərilir. Ərik cinsinin növlərindən Adi ərik, yabanı halda bitən Yapon əriyi və Çin əriyi, Yabanı halda bitən Mancur əriyi, bir çox ölkələrdə bağlarda mədəni halda becərilən və yabanı halda rast gəlinməyən kələ-kötür meyvəli ərik, tüklü ərik və s.  kimi növləri, eləcə də ərik bitkisinin becərilən bütün sortları eyni dərəcədə faydalı və şəfaverici bitkilər sırasındadır.

Hələ uzaq keçmişdən bəri ərik meyvəsindən sinirləri qüvvətləndirmək, zehni yorğunluğu aradan qaldırmaq,  qaraciyər şişini aradan qaldırmaq, qəbizliyi aradan qaldırmaq kimi xəstəliklərə qarşı işlədilməkdədir.

Cinsindən, növündən və sortundan asılı olaraq ərik bitkisinin hündürlüyü müxtəlifdir.

Adi ərik yarpaqlarının qışda tökən və 6-16 metr hündürlüyü olan qol-budaqlı bitkidir.

Onun yarpaqları gövdə üzərində növbəli düzülmiiş sadə yarpaqlardan ibarətdir. Sortundan asılı olaraq yarpaqlar ürəkşəkilli, böyrəkvari, yumurtavari, ellepsvari və s. formalı olur.

Ərik meyvələri sortdan asılı olaraq sarımtıl, narıncı, qırmızımtıl və s. rəngdə ola bilir. Meyvələr formalarına görə yumurtavari, böyrəkvari və s. ola bilir. Dadlarına görə şirin meyxoş və ya acı tamlı olur.

Müalicə məqsədilə ərik meyvəsindən yaş və qurudulmuş halda istifadə edilir. Bu məqsədlə yeməkdən qabaq və ya sonra hər dəfə 10-15 ədəd və ya çox yemək olar. Ərik kompotu və ya mürəbbəsi də işlədilir. Ərik bitkisi toxumları ilə asan çoxala bilir. Bu qiymətli bitkini çoxaltmaq və faydalanmaq zəruridir.

Gül kələm

Bu bilki xaççiçəklilər fəsiləsinə aid olan, bir çox ölkələrdə tanınan və geniş əkilib-becərilən bitkidir. 4000 il bundan əvvəl becərilən kələm bitkisindən 100-dən çox qiymətli kələm sortları yetişdirilmişdir ki, onların içərisində gül kələminin xüsusi yeri vardır. Gül kələmi birillik və ya ikiillik bitkidir. Bu bikinin məhsuluna olan tələbatından asılı olaraq onu ildə iki dövrdə yetişdirirlər.

Digər ölkələrdə olduğu kimi Azorbaycanın da bir sıra bölgələrində payız və qış tələbatı üçün may ayından noyabr ayına qədər, yaz tələbatı və toxumluq üçün aran bölgələrində sentyabr-noyabr, aprel və may aylarında gül kələminin səpin, əkin və yığım vaxtı keçirilir.

Gül kələminin qida maddələri və vitaminlərlə zəngin olan əsas hissəsi onun yarpaqlar arasında yerləşən ağ və ya sarımtıl rəngli çiçək zoğlarından əmələ gələn göbələyə oxşar dairəvi başcıq hissəsidir. Gül kələmi A, B, C vitaminləri ilə zəngindir ki, bunlar insan vücudu üçün zəruri və faydalıdır.

Xaççiçəklilər üçün ümumi olan yarpaq və çiçək quruluşları gül kələminə də aiddir. Belə ki, onun da çiçəkləri salxımvarı çiçək qrupunda toplanmışdır. Onlar solğun sarı rəngdədir. Kasacıq və ləçəklərin sayı 4, dişicik 1, erkəkciklərin sayı 6-dır ki, onlardan dördü uzun, ikisi qısadır.

Bütün kələm növlərinin yarpaqları, gövdələri və çiçəkləri yeyilir. Onlar eyni əhəmiyyətə malikdir. Lakin kimyəvi maddələrin və vitaminlərin miqdarına görə fərqlənirlər. Gül kələmi də digər sortlar kimi toxum və şitil əkinləri ilə becərilir.

Çuğundur

Çuğundur bitkisi yabanı və mədəni halda bir çox ölkələrdə yayılmışdır. Çuğundur cinsinə daxil edilən 12-yə qədər növ məlumdur. Onlardan biri becərilən adi çuğundur və ya mətbəx çuğundurudur.  Sortlardan asılı olaraq kökünün rəngi ağ, qırmızı, tünd qırmızı və s. rəngdə olur. Yarpaqları azacıq qalınlaşmış və uzun saplaqlıdır. Yarpaq ayalarının kənarları tam və ya dalğalıdır. Rənglərinə görə yarpaqlar tünd yaşıl, açıq yaşıl, qırmızımtıl və s. olur. Kökyanı yarpaqları yumurtavari, gövdə yarpaqları uzunsov yumurtavaridir.

Kökyanı  bitkinin birinci ilində əmələ gəlib kökün başcığında spiral şəklində yerləşmişdir. Bitkinin ikinci ilində yarpaqlı zoğları və çiçək daşıyan gövdələri inkişaf edir. Bitkinin çiçəkləri iki cinsiyyətli olub, qrup halında toplanmışdır və yarpaqların qınında gövdələr (zoğlar) üzərində kip oturur. Hər çiçək qrupu 2-6 çiçəkdən ibarətdir.

Çiçək tacı yaşılımtıl rəngdə beş ləçəkdən ibarətdir. Çiçəkdə erkəkciklər dişicikdən əvvəl inkişaf etdiyindən öz-özünə tozlanma imkanı aradan çıxır və çiçəklər külək və həşəratlar vasitəsilə çarpaz tozlanır. Meyvələri bir-birilə bitişərək kələfcik əmələ gətirir.

Həmin kələfciklər çuğundur toxumu adlanır. Hər kələfdə 2-6 toxum olur, buna görə cücərmə zamanı bir kələfdən bir neçə bitki əmələ gəlir. Çuğundurun tərkibində insan vücudu üçün dəyərli olan  B2, C vo PP vitaminləri, kalium, natrium, kalsium və maqnezium mineralları vardır. Ümumiyyətlə adi çuğundurun aşağıda göstərilən: – şəkər çuğunduru, yem çuğunduru, tərəvəzçilik çuğunduru (qırmızı çuğundur.) kimi növləri eyni dərəcədə faydalı bitkilərdir.

Müalicə məqsədilə əsasən qırmızı (mətbəx) çuğundurunun şirəsi çıxarılıb içilər və ya bişirilmiş halda və ya xörəklərdə istifadə edilir. Xalq təbabətində qırmızı çuğundur sinirləri yatıran, qansızlığı aradan qaldıran, qaraciyərin müntəzəm işini təmin edən, mədə bağırsağın işini normaya salan və digər məqsədlər üçün işlədilmiş və öz əhəmiyyətini indi də saxlamaqdadır.

Çobanyastığı

Bu bitki papatya, ramaşka kimi adlarla da tanınır. Mürəkkəbçiçəklilər fəsiləsindən olan birillik ot bitkisidir. Bir çox ölkələrdə yabanı və mədəni halda yayılmışdır. Onun Azərbaycanda əsas üç növünə təsadüf olunur. Bir növünün yarpaq və çiçəkləri kiçik, xoşa gəlməyən qoxusu və acı dadı olur.

Mil kök sisteminə malik olan çobanyastığının az və ya çox budaqlanan gövdəsinin hündürlüyü növündən və torpaq-iqlim şəraitindən asılı olaraq 30-40 sm və daha çox ola bilir.

Gövdədə növbəli yerləşən kəsik-kəsik lələkvari yarpaqları da növündən asılı olaraq böyük və kiçikliyinə görə fərqlənirlər.

Yarpaq qoltuqlarından çıxan çiçək zoğları üzərində təktək halda ağ rəngli səbət şəkilli çiçəklər yerləşir. Dərman məqsədilə çobanyastığı çiçəklərindən və yağından istifadə olunur. Bitkinin çiçəkləri iyun-iyul aylarında yığılıb qurudulur.

Çoxdandır ki, çobanyastığının sinir yatırıcı, mədə bağırsağı  rahatlandırıcı, boğaz və diş əti iltihablarını aradan qaldıran və s. xüsusiyyətləri xalq təbabəti və elmi təbabətə məlumdur.

Ondan geniş istifadə olunmaqdadır. Azərbaycanda çobanyastığının geniş yayıldığı ərazilər çoxdur. Onu yol konarlarından, meşə və dağ ətəklərindən, düzənlik və yamaclıqlardan, bir çox həyatyanı sahələrin becərilməyən yerlərindən yığıb yaş və ya qurudulmuş halda ümumi qaydalarla çay dəmləməsi kimi istifadə etmək olar.

Elman Rzayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...