SİNİR SİSTEMİ XƏSTƏLİKLƏRİ

İnsanlarda digər orqanlar və sistemlərin pozulması xəstəliklərə yol açdığı kimi, sinir sisteminin də xəsarət alması müxtəlif xəstəliklərə səbəb olur. Fəlc, Sara xəstəliyi, depressiya və Panik atak sinir sistemi xəstəliklərindəndir. Fəlc keçirən xəstənin şikayətləri: gücsüzlük, nitq pozulması və müvazinat pozulması; Depressiya zamanı: narahatçılıq hissi, yuxusuzluq, özünə qapanma və s. şikayətlərdir.

Amma bu söylədiklərimiz ruhi problemlər deyildir. Sinir sistemində problem olduğu halda müəyyən ağrılara səbəb olduğu kimi, vücudda hər hansı ağrıyan nahiyyə varsa, bununla daha da kəskinləşir. Məsələn: migreni olan xəstənin gün ərzində əsəbi gərginliyi artarsa, bu baş ağrılarının başlamasına təkan verə bilər.

Bel, boyun, kürək ağrılarının arasında sinir sıxışması ilə bağlı yaranan spazmlar da böyük yer tutur. Əsəbləşdiyimiz zaman mədə ilə bağlı sinir daha çox çalışır və qastrit, mədə yarası kimi problemlərə yol aça bilər.

loading...

Bülə misallardan çox söyləyə bilərik, ağrı çəkən pasientin əziyyəti böyükdür. Bəzən bu ağrıların əsas səbəbi sinir sistemindəki pozğunluqlar ola bilər. Həkimin və xəstə yaxınının bu ağrıları “rola girmə” kimi düşünüb, ciddiyə almamaları çox səhvdir.

Xəstənin ağrıya səbəb olan mövcud xəstəlikləri müalicə edildikdən sonra sinir sistemi ilə bağlı mütləq müayinələr aparılmalıdır. Çünki əks təqdirdə ağırlaşmalarla üzləşib, xroniki xəstəliklər qazana bilər.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...