SİNİR SİSTEMİ ORQANLARI

Morfoloji cəhətdən sinir sistemi mərkəzi və periferik sinir sisteminə ayrılır. Mərkəzi sinir sisteminə baş və onurğa beyin, periferik sinir sisteminə isə periferik sinir düyünləri, sinir kötükləri və sinir qurtaracaqları aiddir. Sinir sisteminin reflektor fəaliyyətinin morfoloji substratı refleks qövsü olub, beynin boz maddəsində və periferik sinir düyünlərində yerləşən neyronları zəncir kimi birləşdirir . Sinir sistemi funksional cəhətdən somatik və vegetativ olur. Somatik sinir sistemi bədəni, vegetativ sinir sistemi isə daxili orqanları, damarları və vəzləri innervasiya edir. Sinir sistemi orqanizmin bütün toxuma və orqanların bir-birlə həm də xarici mühitlə əlaqəsini yaratmaqla orqanizmin tamlığını təmin edir.

Sinir sisteminin inkişafı

Sinir sistemi orqanları sinir borusunun qanqlioz lövhəsindən inkişaf edir. Sinir borusunun ön hissəsindən baş beyin, hiss üzvləri, gövdə hissəsindən və ganglioz lövhəsindən onurğa beyin, spinal, vegetativ qanqlilər və orqanizmin xromaffin toxuması inkişaf edir. Sinir borusunun yan şöbələri intensiv inkişaf edərək, dorsal qanadlı və ventral əsas lövhəyə ayrılır, sinir borusunun yan divarlarında ependima, çəpkən qat və kənar örtük formalaşır. Ependima onurğa beyin kanalının daxili səthini örtür, çəpkən qatdan boz maddə, kənar örtükdən isə onurğa beynin ağ maddəsi inkişaf edir.

loading...

Çəpkən qatın ventral zonasının neyroblastları ventral buynuz nüvələrinin hərəki neyronlarına differensasiya olunur. Hərəki neyronların aksonları onurğa beynindən çıxararaq, ventral kötükləri əmələ gətirir. Dorsal sütunlarda və ara zonada assosiativ nüvələrin neyronları formalaşır. Aksonlar ağ maddədə keçirici yollar əmələ gətirir. Dorsal buynuzlara spinal ganglilərin hissi hüceyrələrinin neyritləri daxil olur. Spinal, periferik, vegetativ ganglilər və xromafin maddə ganglioz lövhədən yaranır.

Onurğa beyin düyünləri

Embriogenez prosesində ganglioz lövhə üstü birləşdirici toxuma qişası ilə örtülmüş ayrı-ayrı sinir düyünlərinə ayrılır.

Embriogenez prosesində ganglioz lövhənin hüceyrələri iki istiqamətdə inkişaf edir. Bunların bir qismi neyroblastlara çevrilir. Bu hüceyrələr isə biopolyar hissi neyronlara differensasiya olunur. Bu neyronların bir dendriti və bir neyriti olur. Adi onurğalı heyvanlarda biopolyar neyronun çıxıntısı başlanğıcda birləşir, sonra isə T hərfi kimi dendritə və neyritə haçalanır. Dendrit qarışıq sinirlərin tərkibində hissi lif kimi periferiyaya, neyrit isə digər neyronların neyritləri ilə onurğa beynin dorsal kötüyünə daxil olur.

Spinal qanqlilərin neyrositlərinin üstü bir qat qliya hüceyrələri-sinir hüceyrələrinin satellitləri ilə örtülü olur.

Neyronların kapsulasının xarici qatı zərif lifli birləşdirici toxumadan olub, hüceyrələrinin nüvəsi qliya hüceyrələrindən fərqli olaraq ovalvaridir.

Onurğa beyni

Onurğa beyin onurğa kanalında yerləşir, bir-birindən ventral orta yarıq və dorsal orta arakəsmə ilə ayrılan iki simmetrik hissədən ibarətdir. Mərkəzdə onurğa beyin nüvələrini əmələ gətirən multipolyar neyronlardan ibarət boz maddə, kənarda mərkəzi sinir sisteminin müxtəlif keçirici yollarının tərkibinə daxil olan sinir liflərindən ibarət ağ maddə yerləşir.

Onurğa beynin boz maddəsi boz komissura ilə əlaqələnən iki yarım hissədən ibarətdir. Hər bir yarım hissənin dorsal və ventral buynuzları var. Onurğa beynin bel və döş segmenlərində lateral buynuzlar yerləşir. Boz maddənin iki yarım hissəsini birləşdirən boz bitişmənin ortasında onurğa beynin mərkəzi kanalı yerləşir.

Boz maddə multipolyar neyronlardan, mielinli , mielinsiz sinir liflərindən və neyrologliya elementlərindən əmələ gəlmişdir. Boz maddədə eyni funksiyanı ifadə edən və eyni qurluşa malik neyronların qrupu onun nüvələrini əmələ gətirir. Morfoloji əlamətlərə, lokalizasiya yerinə və sinir impulsunu keçirməsinə görə neyronlar kötük, daxili və dəstəli neyronlara ayrılır.

Kötük hüceyrələrinin neyritləri onurğa beyni ventral kötüklərin tərkibində tərk edir. Daxili hüceyrələrin neyritləri boz maddənin hüceyrələrində sinapslar əmələ gətirir. Dəstəli hüceyrələrin neyritləri ağ maddədə yerləşərək, sinir impulsları onurğa beynin müəyyən nüvələrinə digər seqmentlərinə və baş beynin müəyyən şöbələrinə ötürən keçirici yollar əmələ gətirir.

Onurğa beynin boz maddəsində neyronların tərkibinə, sinir liflərinin və neyrologiya elementlərinin xarakterinə görə fərqlənən sahələr olur. Dorsal buynuzlarda süngəri qat, jelatinəbənzər maddə, dorsal buynuzun xüsusi nüvəsi və Klark nüvəsi olur. Süngəri qatda geniş ilgəkli glial əsasa dolmuş xırda dəstəli hüceyrələr olur. Jelatinvarı maddə əsasən gliya elementlərindən və az miqdarda xırda lifli hüceyrələrdən təşkil olunmuşdur. Dorsal buynuzun tərkibində arxa buynuzun xüsusi nüvəsi, döş nüvəsi və xeyli diffuz səpilmiş xırda multipolyar neyronlar olur.

Dorsal buynuzun xüsusi nüvəsində dəstəli neyronlar olur. Bunların aksonları ön ağ bitişmədən onurğa beynin əks tərəfinə keçərək, ventral onurğa-beyincik və onurğa-talamik yollar əmələ gətirir. Dorsal buynuzda çoxlu xırda multipolyar ara və komissural neyronlar olur. Bunların neyritləri onurğa beynin boz maddəsinin eyni və ya qarşı tərəfində sinapslar əmələ gətirir. Dorsal nüvəni iri hüceyrələr əmələ gətirir, bunların aksonları ağ maddənin yan kötüklərinə daxil olub, dorsal onurğa-beynicik yolu ilə beyinciyə daxil olur.

Boz maddədə neyronların tərkibinə sinir liflərinin və neyrologiya elementlərinin xarakterinə görə fərqlənən sahələr olur. Boz maddənin dorsal buynuzlarında süngəri qat, jelatinvari maddə, dorsal buynuzun xüsusi nüvəsi, dorsal nüvə və Klark nüvəsi olur.

Boz maddənin dorsal buynuzların süngəri qatında enli torvari glial əsasda xırda hissi hüceyrələr yerləşir.

Jelatinvari maddə az miqdarda xırda hissi hüceyrələrə malik gliya elementlərindən təşkil olunmuşdur. Dorsal buynuzda arxa buynuzun xüsusi nüvəsi, döş nüvə (Klark nüvə) və çoxlu xırda, multipolyar ara neyronlar olur.

Dorsal buynuzun xüsusi nüvəsi hissi neyronlardan ibarətdir. Bunların aksonları ön ağ bitişməni keçərək, əks tərəfədə ağ maddənin yan kötüyündə ventral onurğa beyincik və onurğa–talamik yolları əmələ gətirir.

Dorsal buynuzlarda çoxlu xırda multipolyar assosiativ və komissural neyronlar olur. Bunların neyritləri həmin tərəfin assosiativ yaxud əks tərəfin komissural neyronlarında sinapslar əmələ gətirir.

Dorsal nüvə iri neyronlardan əmələ gəlib. Bunların aksonları eyni tərəfin ağ maddəsinin yan kötüyünə daxil olub, dorsal onurğa beyincik yolu ilə beyinciyə daxilı olur.

Boz maddənin ara zonasının neyronları medial ara və lateral ara nüvələr əmələ gətirir. Birinci nüvənin neyritləri eynitərəfin ventral onurğa beyincik yolu lifləri ilə birləşir.

İkinci nüvə simpatik sinir sisteminin ara neyronlarından ibarət olub, bunların aksonıları onurğa beynin ventral kötüyü ilə onu tərk edir, simpatik kötüyün ağ birləşdirici saxələrini əmələ gətirir.

Ventral buynuzların boz maddəsi onurğa beynin iri neyronlarından (100-140 mkm diametrində) əmələ gəlmişdir. Bu neyronların neyritləri ventral kötüklərin əsas kütləsini əmələ gətirir. Həmin neyritlər qarışıq onurğa beyin sinirlərilə çıxaraq, sklet əzələlərinə gedir və hərəki sinir qurtaracaqları ilə qurtarır.

Ventral buynuzların boz maddəsində medial və lateral sinir nüvələri olur. Medial nüvələrdən çıxan sinir lifləri gövdə əzələlərini, laterial nüvədən çıxan sinir lifləri ilə ətrafların əzələlərini innervasiya edir.

Onurğa beynin boz maddəsində səpinti formada yerləşən neyronların aksonları ağ maddəsində uzun qalxan, və enən qısa şaxələrə bölünür. Bu liflər ağ maddənin əsas lifləri olub, boz maddəyə söykənir. Bunlar onurğa beynin 4-5-ci seqmentlərinin ön buynuzlarının hərəki neyronlarında sinapslarla qurtaran çoxlu yan şaxələr verir. Onurğa beynində xüsusi liflər 3 cütdür.

Onurğa beyninin ağ maddəsi mielinli sinir liflərindən və istinad neyroqliya elementlərindən təşkil olunmuşdur. Ağ maddənin sinir lifləri müəyyən refleks qövsünün şöbələri olub, aparıcı yolları əmələ gətirir. Aparıcı yollar neyronların vəziyyətinə, funksional xarakterinə və sinapatik əlaqələrə görə fərqlənir.

Ağ maddənin aparıcı yollarına aşağıdakılar aiddir: 1) onurğa beynin reflektor aparatının xüsusi yolları, 2) onurğa beyni baş beyinlə birləşdirən yollar, 3) afferent yollar, 4) efferent yollar.

loading...

Bunuda oxu...