SİNİR SİSTEMİ HAQQINDA

sinir sistemiSinir sistemi quruluşca sinir hüceyrələrindən, həmin hüceyrələrin cıxıntılarından və neyroqliyadan ibarətdir və sinir toxumasından ibarətdir.

Sinir hüceyrəsi cisimdən, bir uzun çıxıntıdan, aksondan, və ya neyritdən vəbir neçə qişa çıxıntıdan, dentritdən, ibarətdir.  Bunların hamısı birlikdə neyron adlanır. Sinir sistemi neyronlar silsiləsinin nəticəsidir.

Sinir sistemi bütün toxumaları və sistemləri bir-birilə əlaqələndirir, orqanizmin tamlığını yaradır. Həmçinin sinir sistemi orqanizmi xarici mühitlə rabitələndirir. Bu isə orqanizmə daxili və xarici mühitdən gələn qıcıqları qəbul etmək və reaksiya vermək imkanı yaradır.

loading...

Çıxıntılarının miqdarına görə sinir hüceyrələri üç yerə bölünür: tək çıxıntılı (unipolyar), iki çıxıntılı (birolyar) və çox çıxıntılı (miltipolyar) sinir hüceyrələri.

Daxili və xarici mühitdən gələn qıcığa qarşı mərkəzi sinir sisteminin cavabı refleks adlanır. Refleksin keçdiyi yol isə reflek qövsü adlanır.  Refleksdə iştirak edən neyronların sayına görə sadə və mürəkkəb refleks qövsləri ayırd edilir.

İnsanın sinir sistemi şərti olaraq iki hissəyə bölünür: somatik sinir sistemi və vegetativ sinir sistemi. Somatik sinir sistemi hərəkət aparatını, daxili orqanlarda olan eninə zolaqlı əzələləri, dərini, ağız və burun boşluğunun selikli qişasını və duyğu orqanlarını innervasiya edir.

Vegetativ sinir sistemi isə bütün daxili orqanları (həzm, tənəffüs, sidik – cinsiyyət, üzvlərini), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir.

Somatik sinir sistemi mərkəzi və periferik sinir sisteminə bölünür. Mərkəzi sinir sisteminə beyin və onurğa beyni, periferik sinir sisteminə isə 12 cüt kəllə və 31 cüt onurğa beyni sinirləri aiddir.

Vegetativ sinir sistemi isə simpatik və parasimpatik sinir sisteminə bölünür.

loading...

Bunuda oxu...