SİDİYİN RƏNGİ SAĞLAMLIQLA PROBLEMLƏRDƏN XƏBƏR VERƏCƏK

Sidiyin rənginə əsasən bir çox xəstəliyi diaqnostika etmək olar. Sağlam adam gündə 1-2 litr sidik istesal edir. Ancaq həcm içilən suyun həcmindən və digər faktorlardan asılıdır. Rəng isə azacıq sarıdan qəhvəyi rəngə qədər.  Klivlend klinikasının uroloqu, Daniel Şoskis qeyd edir ki, sidiyin rəngi orqanizmdəki sudan asılıdır. Nə qədər çox insan içirsə, bir o qadər sidiyin rəngi solğundur.

Ən sağlam rəng – açıq saman rəngi yaxud şəffaf sarıdır. Sabahlar sidiyin rənginin tünd olması normaldır, çünki  gecə bədənə su daxil olmayıb. Qırmızıya yaxın və açıq çəhrayı sidik çuğundur, böyürtgən, qaragilə yeməkdən irəli gəlir. Müəyyən dərmanlar sidiyin rəngini dəyişə bilər.

Ancaq əgər sidiyin rəngi öz-özünə dəyişirsə bu problem göstəricisidir. Narıncı və kəhrəba rəngli sidik susuzlaşmadan, böyrəklərdə daşdan yaxud sidik ifrazatı sistemində infeksiyadan xəbər verə bilər.  İnfeksiya olduğu halda işəmək zamanı ağrı və  yandırma hiss edilir.

loading...

Qəhvəyi yaxud çəhrayı rəngli sidik qara ciyəri yoxlamaq üçün səbəbdir. Digər simptomlar qarın köpü, yorğunluq, ürəkbulantısı və qanaxmalardır. Sidiyin qırmızıya yaxın rəngi, kolaya bənzər, sidikdə qan olduğundan xəbər verir. Bu əsasən sidik kisəsi, böyrəklərin, prostatın və uretranın xərçəngindən əziyyət çəkən insanlarda olur.  Kolaya bənzər sidik həmçinin hepatit, mədəaltı vəzin xərçəngi zamanıda ola bilər.

loading...

Bunuda oxu...