SİDİK ORQANLARININ XƏSTƏLİKLƏRİ

Sidik sisteminin ən çox rast gəlinən xəstəliklərinə zədələnmələr, vərəm, iltihab, xərçəng, böyrək və sidik kisəsinin daşları aiddir.

Böyrəklər zədələnərsə əmələ gələn ilk əlamət ağrıdır. Sonra bel nahiyəsində şişkinlik, qızartı, qanlı sidik ifrazına rast gəlinir. Xəstəni tez bir zamanda xəstəxanaya yerləşdirmək, şok əleyhinə mübarizə aparmaq lazımdır. Xəstənin böyrək nahiyəsinə buz qoyulur, qankəsicilər və antibiotiklər təyin olunur.

Pielonefrit. Böyrəklərin qeyri-spesifik infekion iltihabıdır. Bu xəstəlik zamanı böyrəklərin ləyəni, ara toxuması, parenximası prosesə cəlb olunur. Gedişinə görə kəskin, xronik, residivləşən pielonefrit bir və ya ikitərəfli ola bilməsi ilə qlomerulonefritdən fərqlənir.

loading...

Kəskin pielonefrit. Bu xəstəlik zamanı böyrəklərin kasacıq-ləyən sistemi və ara toxuması iltihaba məruz qalır. İnfeksiya əsasən hematogen yolla yayılır. Xəstəliyin inkişaf mexanizminə əsasən sidik durğunluğu aiddir.

Kəskin pielonefrit üşütmə, qızdırma, bel nahiyəsinə ağrının olması, öyümə, qusma ilə müşahidə olunur. Qanda leykositlərin sayı artır, leykoformula sola təmayüllü olur. Bel hissəsinin əzələlərində gərginlik yaranır, dizuriya, sidikdə piuriya qeyd olunur. Qaraciyər, xəstəlik iki tərəfli olduqda zədələnir.

Xəstənin vəziyyətini yaxlışdaşdırmaq məqsədilə kateterlə böyrək ləyəyi boşaldılır. Əgər qızdırma, üşütmə, ağrı davam edərsə deməli irinli iltihab böyrək toxumalarına yayılmışdır. Bu zaman cərrahi müdaxilə tələb olunur.

Xəstəyə diaqnoz rentgenoloji uroqrafiya və ultrasəs vasitəsilə qoyulur.

Müalicə stasionar şəraitdə aparılır.

Xroniki pielonefrit bakterial infeksiya tərəfindən əmələ gələn iltihabdır. Prosesə böyrək ləyəni və ara toxuma cəlb olunur.

Xəstələrdə iştahanın pozulması, öyümə, qusma, subfebril temperatur, arıqlama, əksər hallarda arterial təyziq yüksəlir, dizuriya, qanda leykositlər və EÇS-i artır, hematuriya, leykosituriya, bakteriuriya yaranır. Diaqnoz rentgenoloji, ultrasəs, radionuklid müayinələrlə təyin olunur.

Müalicə ilk növbədə sidiyin dinamikasının bərpası ilə başlanmalıdır. Xəstəliyin kəskinləşmiş mərhələlərində biseptol, baktrim, 5-NOK, furazolidon, levomisetin və s. preparatlardan istifadə olunur. Müalicə 10 gün aparılır və bu zaman çoxlu mineral sular təyin olunur. Remissiya dövründə sanatoriya-kurort müalicəsi məsləhətdir.

Pionefroz. Bu zaman böyrək toxumalarında irin yığılır, toxumalar atrofiyalaşır. İrin bəzən sidiklə də xaric olur.

Müalicə cərrahi yolladır, bu vaxt xəstənin böyrəyi çıxarılır (nefroktomiya).

Böyrək daşı xəstəliyi. Ən çox təsadüf olunan xəstəliklərdən biri də sidik daşı xəstəliyidir. Əksər hallarda daş sağ böyrəkdə, 15-20% hallarda isə iki tərəfdə də rast gəlinir. Əsasən urat, oksalat, fosfat daşları əmələ gələ bilər.

Böyrək daşı xəstəliyinin etiologiyası tam aydın deyil. Bu xəstəlik mineral mübadiləsinin pozulması, sidik yollarının infeksiyalaşması, sidik durğunluğu, sidiyin qatılığı, böyrək travmaları, sidiyin tərkibinin dəyişməsi, A və D vitaminlərinin çatışmazlığı və s. nəticəsində yarana bilər.

Xəstəliyin əsas simptomu böyrək sancısıdır. Güclü ağrı bel nahiyəsində yaranır, aşağıya, qasıq və sidik kanalına tərəf istiqamətlənir. Bəzən xırda ölçülü daş düşür, vəziyyət yaxşılaşır. Uzun çəkən ağrılarda xəstəni tər basır, dəri avazayır, arterial təyziq yüksəlir, bəbəklər genişlənir.

Sidik axarında olan daşlar zamanı ağrılar ciddi xarakter alır, dizuriya yaranır.

Müalicə zamanı ilk növbədə böyrək sancısını aradan qaldırmaq lazımdır. Xəstəyə spazmolitiklər və ağrıkəsicilər təyin olunur. Xəstə isti vanna qəbul edir, böyrək nahiyyəsinə istiqac qoyulur, venaya baralgin, promedol və s. dərmanlar yeridilir.

Daşların düşmək ehtimalı olmadıqda cərrahi müalicə aparılır.

Profilaktika üçün konsentrativ müalicə və pəhriz təyin olunur. Sanatoriya-kurort müalicəsinin burada əhəmiyyəti böyükdür.

Böyrək polikistozu. İrsi xəstəlikdir. Bu zaman böyrək parenximasında çoxlu kistalar olduğu üçün böyrək kələ-kötür şəkil alır. Bu xəstəlik zamanı qaraciyər və mədəaltı vəzidə də kistalara rast gəlinir.

Bel nahiyəsində ağrı, böyrək sancısı, sidikdə daşın düşməsi kimi əlamətlər yaranır. Böyük, üstü qabarcıqlı böyrək əllənir. Kista infeksiyalaşdıqda abses, karbunkul əlamətləri verir. Sidik çöküntüsünün tərkibində eritrositlər, leykositlər, bakteriyalar qeyd edilir, xəstəlik uremiya ilə sona çatır.

Müalicə cərrahi yolladır.

Sistit infeksiya nəticəsində əmələ gələn xəstəlik olub, sidik kisəsinin iltihabına deyilir. Əksər hallarda sistit irin törədici mikroblardan yaranır. İltihaba sidik kisəsində daşlar, travmalar, sidik durğunluğu və s. amillər səbəb olur. Sistin iki cür olur. Kəskin və xroniki.

Müalicəsi üçün pəhriz təyin olunur, sulfanilamid preparatları və antibiotiklərdən istifadə edilir.

Sidiyin patoloji tərkibi. Eritrosituriya-sidik çöküntüsünün tərkibində eritrositlər aşkar olunmasıdır.

Hematuriya – mikroskopik müayinə zamanı sidiklə aşkar oluna bilən miqdarda qan ifraz olunmasıdır.

Leykosituriya-leykositlərin sidiklə ifrazıdır.

Piuriya-tərkibində çoxlu irin cisimcikləri və leykositlər olan tutqun sidik ifrazıdır.

Proteinuriya – sidikdə zülalın ifraz olunmasına deyilir.

Silindruriya. Bu zaman böyrəklərin və nadir hallarda sidik yollarının xəstəlikləri zamanı sidiyin tərkibində hialin, epitel, danəli, mumabənzər, leykosit, eritrosit silindrlərinə təsadüf edilir.

Duz çöküntüləri. Maddələr mübadiləsində yaranan dəyişikliklərdə və böyrək xəstəlikləri zamanı sidikdə duzların miqdarı arta bilər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...