SİDİK İFRAZAT SİSTEMİNİN DAŞ XƏSTƏLİKLƏRİ

Sidik daşı xəstəliyi bu sistemin 3-cü ən sıx rast gəlinən xəstəliyidir. Xatırladım ki, birinci yeri infeksiyalar, ikinci yeri prostat vəzin patologiyaları tutur. Sənayeləşmiş ölkələrdə sidik daşının əmələ gəlməsi üçün risk təxminən beş faizdir. Və həyat boyu artan istiqamətdə davam edir.

Ən çox urolitiazdan əziyyət çəkənlər 20-50 yaş arasında olan şəxslərdir. Kişilərdə qadınlarla müqayisədə daş xəstəliyi 3 dəfə çox rast gəlinir. Daş xəstəliyinin beş il ərzində təkrar əmələ gəlmə riski 50 % civarındadır.

Urolitiazın tipik klinik şəkli qasıq və cinsiyyər orqanı nahiyyyələrinə yayılan fasiləli,tək tərəfli cinah ağrılarının olmasıdır. Sidikdə qanın olması çox halda ağrını müşayət edir. Amma hər zaman olmaya da bilər. Digər simptomlardan qanda və sidikdə leykositlərin- yəni ağ qan hüceyrələrinin artması, hərarət, bir pozisiyada rahat dura bilməmək kimi kimi əlamətləri göstərmək olar.

loading...

Xəstənin müayinəsi pasientin şikayətini dinləməklə başlamalı, pasientin fiziki müayinəsi, sidiyin ümumi analizi, qanın klinik analizi, qanda elektrolitlər səviyyəsini təyin edən analizlərlə davam etdirilməlidir. Müayinə planında kontrassız kompyuter tomoqrafiya beynəlxalq standart kimi qəbul edilir. Bu müayinənin həssaslığı 96%,spesifikliyi 100 %dir.

Xatırladım ki, həssaslıq testin həqiqi xəstə olanların içindən nə qədərini əhatə etdiyini yəni  diaqnoz qoya bimək qabiliyyətini xarakterizə edir. Spesifiklik isə testin həqiqi saglam olanların içərisində nə qədərini əhatə etdiyini göstərir, yəni xəstəliyin inkar edilməsini  özündə ehtiva edir.  Kompyuter tomoqrafiya qarın boşluğunda və bel nahiyəsində narahatçılığın səbəbini tapmaq üçün ən düzgün müayinədir.

Əgər kompyuter tomoqrafiya bu və ya digər səbəbdən alınmırsa intravenoz uroqrafiya qəbul edilə biləcək alternativ müayinə olub, həssaslığı 87%, spesifikliyi 94% dir. İntravenoz uroqrafiya detallı anatomik  və funksional məlumat verir. Amma zaman alan və əmək tələb edən bir müayinədir. Böyrəklərin ultrasəs müayinəsi hidronefrozun dəyərləndirilməsində, böyrək ləyənində, ləyən-sidik axarı keçidində olan daşların müayinəsində, o cümlədən hamilə xəstələrin müayinəsində əvəzolunmazdır. Ultrasəs müayinənin həssaslığı 81%,spesifikliyi 90% dir.

Sidik-irazat sistemi daşlarının müalicəsi,daşın öz-özünə düşmə ehtimalı daşın ölçüsündən və yerindən asılıdır. İmmun sistem xəstəliyi olan,tək transplantasiya olunmuş böyrəyi olan, keçməyən ağrı,obstruksiya yəni yolun tutulması, infeksiya, mərcanvari daşları olan insanlar müdaxiləyə namizəddirlər. Sidik ifrazat sisteminin daş xəstəliklərinin 10-20% təcili cərrahiyyəyə göstərişdir. Seçiləcək müalicə metodu daşin yeri, böyüklüyü, tərkibi, konfiqurasiyası kimi faktorlara bağlıdır. Əlavə olaraq bütün yanaşı gedən başqa patologiyalar, anatomik vəziyyət nəzərə alınacaq faktlardır.

Sidik daşı xəstəliyinin başqa sözlə urolitiazın ən əsas müalicəsi perineal və endouretral litotomiyadır. Dünya səviyyəsində son bir neçə onillikdə sidik daşının müalicə metodları dramatik səviyyədə dəyişdi. Endoskopik texnikalarda inkişaf sidik ifrazat sisteminin daş xəstəliklərində nailiyyətlər əldə etməyi mümkün etdi. Hal-hazırki metodlar bütün daş növlərində təsirli müalicəni təmin edir. Bu müalicə metodları daş xəstələrinin sayında önəmli azalmalara gətirib çıxarır.

Sidik ifrazat sisteminin daş xəstəliklərinin müdaxilə olmadan təklif olunan müalicə metodu daşın dərman vasitələri ilə müalicəsi və məsafədən zərbə dalğası ilə daşın ovulmasıdır. 1980-ci ildən zərbə dalğası ilə daşların qırılmasına başlanandan indiyənə qədər iki santimetrdən kiçik böyrək ləyəni və proksimal sidik axarı daşlarının müalicə metodu kimi bu metod önəmli rol oynayır. Amma məsafədən zərbə dalğaları ilə daşın qırılması sistin daşlarında, distal sidik axarı daşlarında, selikli qişalara yapışmış daşlarda o qədər də effektiv deyil.

Bu müalicə metoduna bağlı ən çox yayılmış ağırlaşmalar böyrəkdaxili qanama, perinefrik hematoma, kortikal fibrolizdir. Daşı böyük olan xəstələrin zərbə dalğaları ilə müalicəsində ovulmuş daş parçalarının sidik axarlarını tutması kimi ağırlaşması olur ki, buna tibbdə daş yolu deyilir.

Dr. Rauf Kazımov

loading...

Bunuda oxu...