SİDİK DAŞININ YARANMASI

Böyrək daşları sancaq başı kimi balaca hətta gözlə görünməyəcək ölçülərdə də ola bilir, iri ölçülərdə də. Demək olar ki, hər sidik daşı xəstəsi ölçüsündən asılı olmayaraq daş acısını yaşamışdır. Daşlar özlüyündə kristal aqreqatının məcmusudur ki, mərkəzdə özəyi formalaşdıraraq onun həndəvərində cəmləşirlər. Tərkiblərinə görə daşlar fərqlənirlər: ən çox rast gəlinənlər Kalsium oksalat, Kalsium fosfat, struvit, sidik turşusu və Sistin daşlarıdır

Daşın formalaşmasının ilk addımı ionlaşmadır. Belə ki, sidikdə miqdarı artmış kalsium və oksalat ionları sərt kristal formalaşdırır. Bu prossesin ozü 2  variantda olur. Bir varianta kristallar eyni adlı ionların eyni adlı özək ətrafında  toplanması fonunda daşın yaranmasıdır ki buna homogen formalaşma deyilir.

Digər variantda fərqli kompozisiyalı kristallar üzvi tərkibli özək məsələn hüceyrələr ətrafında toplanmaqla formalaşır ki, bu da heterogen formalaşma deyilir. Heterogen mənşəli formalaşmada kiçik kristallar özək olan nefron və böyrək kapilyarlarında toplanaraq iri kristal fazasına keçir.İri kristallar formalaşdıqca bir-birlərinə yapışaraq böyük agregatlar yaradır.

loading...

Böyrək daxilində böyümə fərqli zaman aralığında davam edərək sidik axını fonunda hərəkət edərək yerini dəyişə bilər. Böyümə 4-5 millimetrəqədər davam edərsə bu ölçüdə daşın qovulması zamanı sidik axarının daralmalarını keçmək üçün böyük ola bilər ki, bu hal da sidik kanalı daxilində ilişib qalma ilə nəticələnə bilir. Bu daralmalar ləyən sidik axarı seqmentində, sidik axarının qalça arteriyası ilə kəsişməsində və sidik axarı sidik kisəsi keçidində olurlar.

Nəticə isə ağrı və obstruksiyadır ki, daş ləng də olsa yerini sidik kisəsinə doğru dəyişərək sidik kisəsinə düşüb siyimə aktında orqanizmi tərk etməsə kəsməyəcəkdir. Araşdırmalar göstərir ki ömürləri boyu kişilərin 13 qadınlarınsa 7 faizində sidik daşı formalaşır. Bu daşların 78 % i spontan olaraq yəni öz-özünə orqanizmdən qovulur. Yerdə qalanlarının isə distansion litotripsiyaya, dəridən keçməklə və ya endoskopik müdaxiləyə,nadir hallarda isə açıq əməliyyata ehtiyacı olur.

İlk dəfə daş yaranan insanlarda daşın bu ve ya digər yolla ləğvindən sonra dörd il ərzində daşın təkrar formalaşması olur. Daşların residiv verdiyi situasiyalarda isə hər iki və ya üç il ərzində təkrar daş yaranır.

Sidiyin  kristallarla həddən çox zəngin olması  doymuş məhlul yaradaraq kristallaşmanın aparıcı gücü olurlar.Kristallarla zəngin sidikdə daşların formalaşmasına mane olan faktorlardan biri də ingibitorlardir . İngibitorlar formalaşmış özəklərin agreqasiyasını və böyüməsini ionlarla birləşmə yolu ilə ləngidərək daşların yaranmasının sörətini və sayını azaldırlar. Çox vacib ingibitordan biri sitratdir.

Kristallizasiya yolları:

Daş yaradan insanlar müxtəlif metoboluzma pozulmalarından əziyyət çəkir ki, bu pozulmalar daşəmələ gəlməsi üçün sidiklə ifraz olunanan xammalların miqdarını artırıb ingibitorların miqdarını azaldır.

Qida və ekoloji faktorlar sidikdə anomal hal yaradaraq  ətraf mühitin metobolik pozulmalara gəlib çıxmasına səbəb olur. Digər tərrəfdən stress faktoru daş yaranmada önəmli rol oynayır. Bəyrəklərdə artıq miqdarda suyun saxlanması ilə müşahidə olunan xəstəliklər, qəbul edilən maye miqdarının az olmasına bağlı dehidratasiya böyrəkdə daş yaranmasının əsas səbəbi ola bilir. Ona görə də yüksək hərarət və rütubətli yerlərdə yaşayan insanlarda daha çox sidik daşı xəstəliyi rast gəlinir.

Tərkibində yüksək miqdarda Na olan qidalarla saxlanılan dieta ikiqat risk faktorudur. Belə ki, bu hal Ca ifrazatını artıraraq,ingibitorlardan sitrat miqdarını azaldır. Çoxlu miqdarda heyvani mənşəli zülal qəbulu da anoloji problemi yaradır. Belə ki daşların ölçülərini sidik turşusunun artması, sitratların azalması fonunda böyüdür.

Daşların müalicəsinin əsas mexanizmi daşların ölçüsünün böyüməsinin və yenilərinin əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir. Daha çox yayılmış daşlar kalsium oksalat və kalsium fosfat daşlarını dietaya riayət etmək, yaşam tərzini dəyişmək və dərmanlarla müalicə etmək mümkündür. Belə ki maye istifadəsini artırmaq, daş yaranmasinin ingibitorlarının istifadəsi, daşın yaranmasına səbəb olasi qidaların istifadədə məhdudlaşdırılması daşların təkrar formalaşmasını azalda bilər

Dr. Rauf Kazımov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...