SİDİK AXARI DAŞLARI ƏLAMƏTLƏRİ

DaşSidik axarının daşları sidiyin böyrəklərdən axınının qismən və ya tam blokadası zamanı təzahür edir. Bu səbəbdən 90-95% pasientlərdə sidik axarının daşları yalnız böyrək sancısı yarandıqda aşkar edilir.

Sidik axarının mənfəzi daşla qismən tutulduqda ağrılar küt olub, müvafiq qabırğa-onurğa sütunu bucağında yerləşir. Sidik axarının tam obturasiyası zamanı sidiyin böyrəklərdən axını kəskin pozulur, ləyənlər genişlənir, ləyəndaxili təzyiq yüksəlir.

Böyrək toxumasında mikrosirkulyasiyanın pozulması və sinir uclarının qıcıqlanması güclü ağrı tutmasına-böyrək sancısına səbəb olur.

loading...

Kəskin ağrı tutması qəflətən baş verir. Əksər hallarda fiziki gərginlik, sürətli yerimə, minik maşınında silkələnmə, həddindən artıq maye qəbulu ilə bağlı olur. Ağrı bel və qabırğa altında cəmləşir, sidikaxarı boyunca xayalara və ya cinsiyyət dodaqlarına irradiasiya edir.

Kəskin ağrı xəstəni tez-tez vəziyyətini dəyişməyə məcbur edir, lakin bu onun halını heç də yüngülləşdirmir. Böyrək sancısı bir necə saat və ya günlərlə davam edə, vaxtaşırı sakitləşə və yenidən başlaya bilər.

Bəzən sidik axarlarının obturasiyası zamanı sidiyin böyrəkdən axının mümkünsüzlüyü və ya güclü qusma ilə əlaqədar bədənin susuzlaşması nəticəsində oliqouriya müşahidə edilir. Xəstələrdə 80-90% hallarda ağrı tutması ilə yanaşı makrohematuriya qeydə alınır. Daşın sidik axarında uzunmüddət ləngiməsi leykosituriya və piuriyaya gətirib cıxarır.

Böyrək sancısı ümumi vəziyyətin kəskin pisləşməsi: baş ağrıları, titrətmə, halsızlıq, ağızda quruluq və s. ilə müşayət edilir. Sidik axarında xirda daşlar olduqda böyrək sancısı konkrementin özbaşına düşməsi ilə sonlana bilər. Əks halda kəskin ağrı tutması mütləq qaydada yenidən təkrarlanır.

loading...

Bunuda oxu...