SFİNKTER ODDİNİN FUNKSİONAL POZĞUNLUĞU

sfinkter-oddiSfinkter Oddi fibroz-əzələ futliyar öd və mədəaltı vəz axarının 12 barmaq bağırsağa açılan distal ucunu əhatə edir. Burada olan saya əzələ lifləri həm bağlama həm sirkulyar yerləşmişdir. Manometrik müayinələr göstərmişdir ki, sfinkterin fizioloji hissəsinin uzunluğu 8-10 mm olub 3 əsas funksiya yerinə yetirir.

1) Öd və pankreatik sekretin 12 barmağa tökülməsini təmin edir

2) 12 barmaq bağırsaq möhtəviyyatının ümumi öd və mədəaltı vəz axarına refluksunun qarşısını alır

loading...

3) Qaraciyər də əmələ gələn ödün kisəyə toparlanmasını təmin edir

Öd kisəsi və sfinkter Oddinin birgə fəaliyyəti nəticəsində qidalanma arası dövrdə öd, öd kisəsində toparlanır

Sfinkter Oddinin disfunksiyası üzvi və funksional (hərəki funksiyasının pozulması) səbəbdən öd axarlarının keçiriciliyinin pozulmasıdır. Bu disfunksiyanın əsas əlaməti mütəmadi olaraq təkrarlanan periodik ağrılar, qaraciyər fermentlərinin aktivliyinin artmasıdır.

Sfinkter Oddi disfunksiyası 2 əsas qrupa bölünür:

Sfinkterdə stenoz olanlar

Sfinkterdə funksional mənşəli (hərəki aktivliyinin pozulması) diskineziyası olanlar sfinkter oddinin həqiqi anatomik stenozu əsasən iltihab, fibroz və selikli qişanın hiperplaziyası zamanı müşahidə olunur.

Axarda olan iltihabi və fibrozi dəyişikliklərin inkişaf etməsi xırda daşların axara düşməsinə səbəb olur ki, bu da axar keçiriciliyinin pozulamsına və sonda pankreatitə səbəb olur.

Birincili sfinkter Oddinin funksional pozğunluğunun səbəbi naməlumdur.

Sfinkter Oddinin funksional pozğunluğunu üzvi pozğunluqdan ayırmaq çətin olub, əsasən instrumental müayinələr zamanı müəyyən olur.

Sfinkter Oddinin funksional pozğunluğu zamanı transaminazalar və Qələvi fosfatazanın aktivliyi 2 dəfədən çox artmış, ümumi öd axarları 8mm çox genəlmiş, kontrast xolesistoqrafiya zamanı kontrast maddənin xaric olması 45 dəqiqədən çox artmış olur.

Xəstəliyin klinik şəklini, eyni zamanda laborator və instrumental müayinələri nəzərə alaraq sfinkter oddinin disfunksiyası 3 tipə ayrılır:

I-a tip: Ağrıların biliar tipdə olması AST və ALT eyni zamanda bilirubin və Qələvi fosfataza aktivliyinin ən azı 2 dəfədən çox artması

I-b tip: Ümumi öd axarının 8mm artıq olması. Bu tip əsasən struktur (stenoz) mənşəli olur.

II tip: Bu tip xəstələr də əsasən biliar ağrılardan şikayət edir, digər göstəricilərdən biri müşahidə olunur.

III tip: Bu tip xəstələrdə ancaq biliar ağrılar olur. Periodik olaraq təkrarlanır.

Adətən xəstələr biliar ağrılardan şikayət edir. Klinik göstəricilər biliar traktın obstruksiyası zamanı olduuğu kimi qanda olan transaminazalar, bilirubin, Qələvi fosfataza, pnkreatin ferementlərin göstəriciləri artmış olur.

Sfinkter Öddinin diffunksiyası bəzi hallarda öd axarlarında zədələnmə olmadan da, xolesistektomiyadan sonra müşahidə olunur.

Dr. Tofiq Əkbərov

loading...

Bunuda oxu...