SEVGİ XƏSTƏLİKDİR

Nədir sevgi? Hardan peyda olur bu sehrli hiss? Nəyə görə hamı bu hissin “aclığını” yaşayır? Bu suallara cavab vermək o qədər də sadə məsələ deyil. Amma burada qeyd edəcəyimiz inanilmaz və maraqlı faktlar, ola bilsin ki, sizin suallarınızın cavablandırılmasında yardımçı olsun…

Sevgi – bu bir xəstəlikdir. 2011-ci ildən sevgi rəsmi olaraq, ÜDST-ün klassifikasiyasına daxil olaraq, XBT- də ( Xəstəliklərin Beynəlxalq Təsnifatı ) F 63.9 kodunda yerləşdirilmişdir ki, meyl və vərdiş pozuntuları içərisində öz yerini tutmuşdur.

Həqiqətən də, burda bir uyğunluq mövcuddur: məhz sevgi zamanı insanda yuxu pozğunluğu, iştahsızlıq inkişaf edir. Bəzilərİ, hətta uğursuz sevgidən özlərini bədbəxt hiss edib, depressiv hallar da yaşayır.

loading...

Sevgi – bu bir narkotikdir. Sevən şəxslərin beyinlərini kompyuter tomoqrafiyasından keçirdikdə, mükafat sistemi sayılan iki zonada güclü oyanma əlamətləri aşkarlanır. Alimlər bu təsiri məhəbbət hormonu olan dofaminin külli miqdarda ifrazı ilə əlaqələndirir.

Maraqlısı budur ki, beynin bu hissəsinin yüksək oyanıqlığı yalnız kokainin qəbulu zamanı baş verir.

Sevgi 3 ildən artıq davam etmir.– Belə deyilir. Amma bunun bir fərziyyədən artıq olmadığını biz də bilirik. Hər birimiz illərlə bir-birinə sevgi bəsləyib, xoşbəxt yaşayan heç olmasa bir cütlük tanıyırıq.

Əsl məhəbbət nə vaxt yaranır?! – Alimlərin apardığı sosial tədqiqatların nəticəsi göstərmışdır ki, insan öz “payını” tapıb, onunla ailə quranadək, 7 dəfə aşiq olub, sevgi hissi yaşayır.

İlk sevgi – kişilər üçün əvəzolunmzadır. Statistik araşdırmalar 5 kişidən 2-sinin ilk məhəbbət bəslədiyi qadınla ailə qurduğunu göstərir.

Sevgi – qalib gəlir. Stasistik məlumatlar bütün dünyada bir-birini sevən 10 cütlükdən 6-sının nigahının davamlı olduğunu və cütlüklərin ailə münasibətlərini qorumağa çalışdıqlarını göstərir.

Dr. Alməz Əskərova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...