SEVGİ SAĞLAMLIĞA NECƏ TƏSİR EDİR

SevgiSevgi gözəl hissdir və insan sağlamlığına müsbət təsir edir. Sevən insanlar daha az stress yaşayırlar. Sevən hər kəs bu deyilənlə razılaşar. Sevgi müalicə edir. Sevən və sevilən xəstələrin sağalma şansı daha çoxdur, nəinki depressiya yaşayan. Çoxdan məlumdurki qarşılıqlı sevgi immuniteti gücləndirir.

Bu səbəbdən stabil münasibətlərdə olanlara soyuqdəymə və qrip kimi xəstəliklər qorxulu deyil. Nyu-Yorklu psixoloqlar apardıqları tədqiqatlardan sonra qərarə gəliblər ki, sevgi beyinə təxminən kokain kimi təsir edir. Eksperiment zamanı onlar aydın ediblər ki, iştirakçılar sevdikləri insanların şəkillərinə baxdıqda beyinlərinin həzz və motivasiyaya cavabdeh bölmələri dofamin hormonu ilə dolur. Dofamin hormonu seks və şokolad yeyən zaman qana əlavə olunur.

Sevgililər arasında emosional əlaqə oksitosin hormonun təsiri altında yaranır. Oksitosin hormonu yaxın əlaqə zamanı istehsal olunur. Xoş hisslər həyatımızı xoşbəxt edir və ömrümüzü uzadır. Hətta adi fiziki kontakt zamanı – sevdiyimiz adamla qucaqlaşma yaxud əllərindən tutma – oksitosin hormonu istehsal olunur, o qandakı stress hormonlarının sayını azaldır. Alimlər əmindirlərki oksitosinin artması qan təyziqini və ağrıya hissiyatı azaldır.

loading...

Sevdiyiniz insanla ünsiyyət sizi özünüzə daha çox fikir verməyə məcbur edir, və bu özünüzdən xəbərsiz baş verir. Siz daha sağlam həyat tərzi yaşamağa, düzğün qidalanmağa, fiziki məşqlər etməyə, özünüzü tonusda saxlamağa çalışırsınız.

loading...

Bunuda oxu...