SEROTONİN

Serotonin, xoşbəxtlik hormonu, insana xoşbəxtlik, canlılıq, güc verən bir hormon olmaqla yanaşı, cinsi istək, iştah, yuxu kimi funksiyalara birbaşa təsir edir. Serotonin hormon çatışmazlığı depressiv və sıxıcı ruh halı ilə özünü göstərir.

Hətta, əksər antidepresant olan psixiatrik dərman preparatlarının tərkibində serotonin səviyyəsini artıran tərkiblər mövcuddur. İnsanın ruhi vəziyyəti ilə sıx əlaqəsi olan bu hormonu artırmağın təbii yolları aşağıdakılardır:

D vitamini serotonin hormonuna əhəmiyyətli dərəcədə təsir edir. Günəş işığına daha çox məruz qalmaq D vitaminini artırır. Bunu təmin etmək üçün, xüsusilə, günəşli havalarda az da olsa gününüzün müəyyən qismini çöldə keçirməyə diqqət edin.

loading...

B vitamininin də serotonin hormonu ilə əlaqəli olduğu bilinir. Xüsusilə, B6 və B12 vitamini, orqanizmdəki serotonin hormon sintezini sürətləndirir.

Serotonin hormonu yediyimiz qidalarla da artış göstərə bilir. Xüsusilə, triptofan tərkibli qidalar ( yerfındığı, kakao, yumurta, süd, banan kimi) bu artış üçün faydalıdır.

Serotonin sintezi fiziki hərəkətlərlə də artır. Mütəmadi olaraq edilən fiziki hərəkətlərlə Serotonin hormon sintezi artır və beləliklə, siz daha az stress yaşamış olursunuz.

Dr. Natavan Məmmədova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...