SEKS YADDAŞI BƏRKİDİR

Seks və yaddaşKanadanın Makqill universitetinin (McGill University) mütəxəssisləri maraqlı təcrübə keçiriblər. Təcrübədə 18 – 29 yaş arası 78 qadın iştirak edib. İştirakçılar yaddaş testi keçiblər. Testlər əsasən abstrakt sözləri və insan sifətlərini yadda saxlamaqdan ibarət olub.

Tədqiqat daha çox sekslə məşğul olan qadınların yaddaşının yaxşı olduğunu göstərib. Onlar, digərlərinə nisbətən, yadlarında daha çox söz saxlayıblar. Məlum olub ki, seks beyinin yaddaşa cavabdeh hissasini stimul edir.

Məlumdur ki, cinsi akt həm kişilərə, həm qadınlara faydalıdır. Məsələn seksdən sonra prolaktin hormonunun istehsalı artır bu isə beyindəki gövdə hüceyrələrinə yeni neyronlar yaratmağa yardım edir. London Kral Kollecində (King’s College London) aparılan tədqiqatlara əsasən, həftədə üç dəfədən çox sekslə məşğul olan kişilərdə infarktinsult mümkünlüyü iki dəfə azalır. Həmçinin hər əlaqə 200 kaloriy yandırmaq kimidir, bu isə 15 dəqiqə qaçışa bərabərdir. Testesteronun istehsalının artımı isə əzələləri və sümükləri bərkidir.

loading...

Seks həmçinin depressiyaya qarşı və sağlamlıq üçündə əhəmiyyətli dərəcədə faydalıdır.

loading...

Bunuda oxu...