SATIŞDAKI DONDURMALARIN ZƏRƏRİ

dondurmaYay gəldisə, hər gün dondurma yeyilməlidir deyə bir şey yoxdur. Həftədə 2-3 dəfə bəsdir.

Dondurma junk food olmasa da, fast food hesab olunur. Hər gün yeyilməsi məsləhət deyil. Bizdə ayrı – ayrı fərdlər tərəfindən istehsal olunan və istehsal zamanı qidalı maddələrinə qənaət edilən, kiçik mağazalarda elektrik enerjisinə qənaət edərək soyuducusu vaxtaşırı söndürülərək soyuq zənciri pozulan dondurmalar isə junk – food da hesab oluna bilər.

Keyfiyyətli dondurmanın da faydaları olduğu kimi zərərli də ola bilir. Əhvalı yüksəldir, həyat eşqini artırır, sevindirir. Bununla yanaşı dondurma ilk öncə bir süd məhsuludur. İnək südünə allergiyası olanlar, laktoza intoleransı olanlar üçün nəzərə alınmalıdır.

loading...

Dondurma tərkibində həm də yumurta olduğunu yadda saxlamaq, yumurta allergiyası olanlar üçün təhlukəli ola biləcəyini unutmaq olmaz. Daha sonra dondurma ağacda bitmir, onu insan hazırlayır. İnsan hazırlayırsa içinə nə istəsə qatar, təki dadlı olsun və xarab olmasın.

Dondurmanın buzu açılmır sanmayın. Buzu əriyib sonra da donanlar var. Dondurma uçun soyuq zəncir pozulmamalıdır. Bu da xarab olmuş qida kimi zəhərlənməyə səbəb ola bilər. Dondurmanı istehsal edən isə gigiyena qaydalarina riayət etməzsə ərimədən də dondurmaya mikrob sala bilər. Bu da yenə qida toksikoinfekasiyasına səbəb ola bilər.

Quama, ishal, qarın ağrısı, baş ağrısı əlamətləri olur. Dondurmalara əlavə edilən rəngləyici maddələr də allergik reaksiyalara səbəb ola bilər. Soyuğa həssaslığı olan uşaqlar üçün dondurma yemək gecə inağla nəticələnə bilər. Astma, allergik rinit, xroniki xəstəlikləri, dəri problemləri, artıq çəkisi, piylənmə, şəkərli diabet, metabolik pozulması olan uşaqlar üçün ehtiyatlı olmaq lazımdır.

Uşaqlara dondurma üç yaşdan sonra təklif edilməlidir. Bir stəkan dondurmada isə 25 ədəd qənd tikəsi qədər şəkər olduğunu bilməliyik və bir topdan artıq vermək olmaz. İştahı zəif uşaq gündə bir dondurma yeyərsə iştahını başqa yeməklərə görə oyatması çətin olar.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...