SARMAŞIQ LİQASI

Sarmaşıq liqasiThe Ivy League, ingilis dilindən Sarmaşıq liqası – ABŞ-ın 7 şimal-şərq ştatında yerləşən 8 özəl universitetin assosiasiyasıdır. Liqa adını universitetlərin binasını örtmüş şarmaşıqdan alır.

Sarmaşıq Liqasının üzvləri tək ABŞ-ın yox, həmçinin bütün dünyanın ən qabaqcıl və populyar universitetləri sırasında ön yerlərdədir.

Liqa üzvləri:

loading...

Braun Universiteti / Brown University
Yarandığı il: 1764
Ştat: Rod-Aylend

Harvard Universiteti / Harvard University
Yarandığı il: 1636
Ştat: Massaçusets

Dartmut Kolleci / Dartmouth College
Yarandığı il: 1769
Ştat: Nyu-Hempşir

Yel Universiteti / Yale University
Yarandığı il: 1701
Ştat: Konnektikut

Kolumbiya Universiteti / Columbia University
Yarandığı il: 1754
Ştat: Nyu-York

Kornel Universiteti / Cornell University
Yarandığı il: 1865
Ştat: Nyu-York

Pensilvaniya Universiteti / University of Pennsylvania
Yarandığı il: 1740
Ştat: Pensilvaniya

Prinston Universiteti / Princeton University
Yarandığı il: 1746
Ştat: Nyu-Cersi

Liqa universitetləri ABŞ-ın ən yaxşı universitetləri reytinqində mütəmadi olaraq ilk 15-də yer tuturlar. Harvard, Prinston, Yel isə çox vaxt ilk üçlüyü bölüşür. Liqa universitetləri həmçinin çox varlıdırlar.

Bu onlara ən yaxşı tələbələri və elm adamlarını cəlb etməyə imkan verir. Misal üçün 2014-cü ildə Harvardın elmi tədqiqatlar üçün ayırdığı büdcə $35 mlrd. bərabər idi. Yel-də isə $24 mlrd.

153 Nobel mükafatı laureatı Harvardlıdır, bu onu dünya universitetləri arasında birinci edir. Kolumbiya Universittində bu göstərici 101 bərabərdir. Yale – 52, Kornel – 45, Prinston – 37, Pensilvaniyada isə bu rəqəm 29 bərabərdir. Buna əlavə olaraq 14 ABŞ prezidenti Liqa üzvlərinin məzunudur.

loading...

Bunuda oxu...