SAĞLAM ARIQLAMAQ ÜÇÜN RAHAT MƏHSULLAR

Faydalı yarma məhsulları. Yulaf – az yastılaşdırılmış yarma seçin çünki tərkibində daha çox faydalı maddələr mövcuddur. Yabanı düyü, pərinc (dadı ilə arpa yarmasına bənzəyir, ancaq daha incədir). Bu yarmalar sadəcə liflər və fitonutrient mənbəyi deyil həmçinin düzgün faydalı səhər və günorta yeməyidir.

Çia toxumları. Bu toxumları ət yeməklərinə, salatlara, süd məhsullarına, sıyığlara və bal + laym + sudan olan faydalı kokteylə əlavə etmək olar.

Balıq və dəniz məhsulları. Bu məhsullar yod, sink, manqanı, mis və asan həzm edilə bilən zülalların mənbəyidir. Balığı sobada bişmiş və tərəvəzlə yemək daha faydalıdır. PS: balıq bahalıdır deməyin, kilkədə çox faydalıdır və büdcəyə uyğundur.

loading...

Meyvə, tərəvəzləri həm sobada bişmiş və ya salatlarda istifadə etmək olar. Alma, armudları kəsmiklə doldurub sobada bişirərək çox dadlı desert edə bilərsiniz.

Faydalı atışdırmalıqlar. Məsələn, dəniz kələmindən çipslər (dəniz kələmi və yosundan kəpəklər). Kətanlı kələmli balaca çörəklər.

Bitki çayları. Moruq, qarağat yarpaqlarından, qızılgül, kəklikotu və s. otlardan çaylar gümrahlıq və təravət bəxş edəcək.

Şirniyyat əvəzi isə, məsələn çayla içməyə topinambur cemi (pektin, inulin və prebiotik mənbəyidir) və şəkər əlavə olunmamış başqa təbii məhsullar. Quru meyvələr istifadə edə bilərsiniz.

Dr. Vusalə Tağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...