SAÇLARIN TÖKÜLMƏSİNİN 6 ƏSAS SƏBƏBİ

Saçların tökülməsi təbii prosesdir. Hər gün insan 50 -100 arası saç itirir. Ancaq əgər tökülən saç sayı bundan çoxdursa bu problem olduğunu göstərir.

Zülal çatışmamazlığı

Zülal saçların uzanmasına kömək edir. Zülal çatışmamazlığı saçların uzanmamasına və tökülməsinə səbəb olur. Hətta rənglərinin dəyişməsinə belə. Qadınlar gündəlik minimum 46 qramm zülal qəbul etməlidirlər.

loading...

Dəmir çatışmamazlığı

Dəmir çatışmamazlığı saçların tökülməsinə səbəb ola bilər. 19-50 yaş arası qadınlar gündə 18 mq, 51 yaş və üstündə olan qadınlar isə 8mq dəmir qəbul etməlidirlər. Rasiona qırmızı ət, şpinat, mərci əlavə etməklə bu problemi həll etmək olar.

Stress

İntensiv stress saçların tökülməsinə səbəb ola bilər. Əgər stress dərəcəsi zamanla azalarsa saçların tökülməsidə dayanacaq.

Doğuşdan sonra dövr

Hamiləlik zamanı orqanizm bir çox dəyişikliklər yaşayır. Ən əsasıda estroqen səviyyəsi dəyişir.

Qalxanabənzər vəzin xəstəlikləri

Qalxanabənzər vəz orqanizmə bir çox funksiyaların tənzimlənməsinə kömək edir, məsələn menstrual tsikl, ürək ritmi və hərarət. Bu vəzlə problem saçların da tökülməsinə səbəb ola bilər.

Yeni preparat qəbulu

Bir çox dərmanlar saçların tökülməsinə səbəb ola bilər. Bunu öryənmək üçün dərmanın qəbul instruksiyasını oxumaq gərəkdir

loading...

Bunlarıda bəyənə bilərsiniz ...