SƏRXOŞLUQ VƏ NÖVLƏRİ

ALKOHOLİZMAlkoqoldan istifadə edənlərin sayı şəhər əhalisi arasında kənd rayonlarına nisbətən iki-üç dəfə çoxdur.

Alkoqolun qəbulu nəticəsində yaranan psixi pozuntular iki qrupa bölünür: spirtli içkilərin bir dəfədən və ya epizodik qəbulu nəticəsində meydana çıxan alkoqol sərxoşluğunun törətdiyi psixi pozuntular; və uzun müddət, müntəzəm olaraq spirtli içkilərin qəbulu nəticəsində meydana çıxan və xronik alkoqolizmlə şərtlənən psixi pozuntular.

Alkoqol sərxoşluğu və ya kəskin alkoqol intoksikasiyası etil spirtinin psixotrop təsiri nəticəsində yaranır. İntoksikasiyanın əmələgəlmə və əlamətlərin inkişafı bir çox amillərlə, o cümlədən alkoqolun nazik bağırsaqlardan sorulma sürəti, yəni onun mədədən evakuasiyası tezliyindən asılıdır. Mədədə olan qida (miqdarı və tərkibi) spirtin sorulmasını ləngidir.

loading...

Alkoqolun tündlüyü, müxtəlif dərman maddələrinin qəbulu alkoqolun sorulma sürətinə və onun toksikliyinə təsir göstərir. Spirtli içkilərin təsir gücünə müqavimət göstərən orqanizmin fərdi fiziki və bioloji imkanları da nəzərə alınmalıdır. Ümumi və psixi yorğunluq, müxtəlif somatik xəstəliklər, mərkəzi sinir sisteminin orqanik patologiyası bu prosesdə fəal iştirak edir.

Sərxoşluğun ilkin mərhələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksiyası, bütün bədəni bürüyən xoş istilik duyğusunun təsiri altında məstolma, rahatlıq hissi yaranır. Orqanizmin keçirdiyi belə bir hal adamı məmnunluğa və cəsarətli olmağa sövq edir. İçkinin miqdarı azdırsa mədə şirəsi ifrazının güclənməsi nəticəsində iştaha artır. Qanda alkoqolun miqdarı 1 promilə qədər olur.

Orta dərəcəli kəskin alkoqol intoksikasiyası zamanı bədənin müvazinətinin, koordinasiyanın pozulması baş verir. Xoş əhvaliruhiyyə, qıcığa qarşı həssaslığın artması, mənasız yerə əsəbiləşmək, hiddətlənmək, qaş-qabaq sallamaq, çoxları ilə razılaşmadıqları üçün mübahisəyə girişmək kimi hallar qeyd edilir.

Qanda alkoqolun miqdarı 3-4 promil təşkil edir. Sərxoşluq mərhələsi qurtardıqdan sonra ümumi zəiflik, süstlük, əzginlik, başağrıları, ağızda xoşagəlməz hissiyat, susuzluq, qıcığa qarşı həssaslığın artması və hissəvi amneziya kimi əlamətlər təzahür edir.

Ağır dərəcəli alkoqol sərxoşluğunda düşüncənin keyləşməsindən komayadək pozulması inkişaf edə bilər. Bununla yanaşı əzələlərin atoniyası, hipotermiya, reflekslərin itməsi, tənəffüsün, ürək fəaliyyətinin pozuntuları bəzən isə qeyri-ixtiyari sidik ifrazı və defekasiya aktları, epilepsiyayabənzər cəngolma tumaları müşahidə edilir. Ağır dərəcəli sərxoşluq tam amneziyaya səbəb olur.

Xronik alkoqolizm, spirtli içkilərə güclü meyllik, ona qarşı  orqanizmin fiziki və psixi asılılığı ilə müşayiət edilən, tədricən şiddətlənən xəstəlikdir. Bu, alkoqolu uzun müddət müntəzəm olaraq qəbul edən adamlar arasında baş verir. Belə xəstələr müalicə edilmədikdə onlarda alkoqol psixozları inkişaf edir. Bura ağ isitmə, alkoqol hallusinozu, xroniki alkoqol hallusinozu, alkoqol paranoidi, alkoqol ensefalopatiyası, alkoqol epilepsiyası və patoloji sərxoşluq aiddir.

Patoloji sərxoşluq  az miqdarda, tək-tək hallarda isə yüksək dozalarda alkoqolun qəbulu nəticəsində kəskin qısamüddətli psixi fəaliyyətin pozulma halıdır.

Əsas əlamətləri aşağıdakılardır: kliniki şəkildə düşüncənin alaqaranlıq pozulma sindromu və hallüsinator-paranoid sindromu aşkar edilir; bir-neçə dəqiqədən bir-neçə saata kimi davam edə bilər. Sonra dərin kritik tərzdə yuxu yaranır yahud psixoz kəsilir və xəstə adi sərxoşluq halına qayıdır. Düşüncə aydınlaşandan sonra xəstə heçnə xatırlamır.

loading...

Bunuda oxu...