ŞƏRAB İNSULTDAN QORUYUR

ŞərabMəlum olduğu kimi alkoqolun normal dozalarla istifadəsi faydalı ola bilər. Məsələn, etil spirtinin 10-20 qram ekvivalenti gündəlik istifadə zamanı metabolik sindrom riskini azaldır. İndi isə alimlər alkoqolun az dozalarla istifadəsinin daha bir faydasını aşkar ediblər – məlum olub ki, gündəlik bir bokal şərab içən insan işemik insultdan daha az əziyyət çəkir.

Eksperimenti Karolinsk institunun (Karolinska Institutet) və Kembric universitetinin (University of Cambridge) tədqiqatçıları həyata keçirib. Tədqiqatçılar 25 elmi işi öyrəniblər, hansılarda ki 20 minə yaxın insan iştirak edib. Nəticə – gündəlik 30 qramm alkoqol, insultun ən çox yayılmış növü olan – işemik insult riskini azaldır. Əvvəlki tədqiqatlar alkoqolun fibrinoqen istehsalını azaltdığını göstərirdi – zülalın, hansının ki aktivliyi qan laxtalanmasına səbəb olur.

Beləliklə alkoqolun istifadəsi qanın laxtalanmasının qarşısını alırdı. 30 qrammdan az istifadə zamanıda alkoqol insulta qarşı faydalı idi, ancaq əvvəlki qədər yox.

loading...

Karolinsk İnstitunun aparıcı tədqiqatçısı Susanna Larsson (Susanna Larsson) deyir ki alkoqolun istifadəsi, tədqiqatların nəticəsindən asılı olmayaraq, yenədə mübahisə mənbəyidir. Bir tərəfdən alkoqolun normal dozada istifadəsi “faydalı” xolesterinin səviyyəsini artırır, fibrinoqenin konsentrasiyasını azaldır, orqanizimdə iltihabın səviyyəsini aşağı salır. Digər tərəfdən alkoqol qan təyziqini artırır, bu isə insultla nəticələnə bilər. Susanna Larsson əlavə edir ki, alkoqol işemik insult riskini azaltsada hemorragik insultun baş vermə ehtimalını artıra bilər.

Mənbə: The Telegraph

loading...

Bunuda oxu...