ŞƏKƏRLİ DİABET

Şəkərli diabet endokrin  sistemin xəstəliyi olub, insulinin tam və ya çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur.

Dörd növ şəkərli diabet var:

Şəkərli diabet 1 tip:

loading...
  • Autoimmun

  • İdiopatik

Şəkərli diabet 2 tip

Digər tiplər

  • Beta hüceyrədə genetik deffekt

  • İnsulin sekresiyasının genetik deffekti

  • Ekzokrin pankreasin xəstəliyi

  • Endokrinopatiyalar

Hamiləlik Diabeti

Adətən xəstəlik tədricən başlayır və getdikcə ağırlaşır. Belə hal ən çox insulinnən asılı olmayan diabet

üçün xasdır. İnsulinnən asılı olan diabet isə cavan adamlarda olur və çox vaxt kəskin şəkildə başlayır.

Xəstəliyin əsas simptomları:  şiddətli susuzluq (polidipsiya),  çoxlu sidik ifrazı (poliuriya), çoxlu yemək (polifaqiya). Xəstəliyin ən başlıca əlaməti hiperqlikemiyadı ki, bu da insulin çatışmazlığı səbəbindən qlükozanın toxumalar tərəfindən mənimsənilməsinin də güclənməsi hiperqlikemiyanın artmasına səbəb olur.  Hiperqlikemiya qlükozuriyanın bu isə poliuriyanın yaranmasına səbəb olur.

Xəstəlik baş verdikdən bir neçə həftə sonra xəstələr 10-20 kq bəzən daha çox arıqlayırlar. Belə xəstələrin dərisi quru, qırışmış olub, kəpəklənir. Dəridə qaşınma, xəstəliyin ağır formalarında isə lipoid nekrobioz  əlamətləri olur.

Orqanizmin immunbioloji reaktivliyinin azalması nəticəsində dəridə müxtəlif i rinli xəstəliklər baş verir, yeni karbunkul, furunkul ayaqda epidermofitiya və s. olur.

Daimi qlukozuriya nəticəsində qadınlarda cinsi orqanların kandidomikozu inkişaf edir. Xəstəlik uzun müddət dekompensasiya vəziyyətində olarsa, sümüklərdə osteoporoz, aşağı ətrafların əzələlərində isə atrofiya baş verir.

Ürək-damar sisteminin zədələnməsinə bu xəstəlikdə, bir qayda olaraq ən çox rast gəlinir və 60-70% hallarda xəstələrin əlilliyinə və ölümünə səbəb olur.

Tac damarların ildən-ilə artan aterosklerozu ilə əlaqədar onların mənfəznin daralması və tutulması nəticəsində xəstələrdə miokardın distrofiyası və infarktı inkişaf edir.  Diabet zamanı ağciyərlərin vərəminə də çox rast gəlinir.  Mikroangiopatiya – göz dibinin zədələnməsi  – yeni retinopatiya.

Gözün torlu qişasının damarları da zədələnir ki, bunada diabetik retinopatiya deyirlər. Orqanizmin immun qabiliyyətinin zəifləməsi nəticəsində belə xəstələrdə çox vaxt irinli-iltihabi xəstəliklər inkişaf edir.

Şəkərli diabetin ağırlaşmaları 2 qrupa bölünür:

  • xroniki ağırlaşmalar

  • kəskin ağırlaşmalar: diabetik komalar.

Ayişə Vəliyeva

loading...

Bunuda oxu...