ŞƏKƏRLİ DİABET

Şəkərli diabet (tip 2) xəstəliyi orqanizmin mədəaltı vəz (pankreas) tərəfindən sintez olunan insulini istifadə edə bilməməsi nəticəsində yaranır. İnsulinin istifadə oluna bilməməsinin 2 səbəbi var:

(Tip 1) İnsulin qan şəkərini nizamlayacaq qədər sintez oluna bilmir

(Tip 2) İnsulinin sintezi normal olsa da orqanizm tərəfindən mənimsənilə bilmir (tolerantlıq)

loading...

Tip 2 diabet bütün diabet xəstələrinin 90-95 %-ni təşkil edir və xüsusilə 40 yaşdan sonra rast gəlinir.

Tip 2 diabetin əsas əlamətləri aşağıdakılardır:

Çox miqdarda su içmə (polidipsiya)

Tez tez sidiyə çıxma (poliuriya)

Çox yemək yemə istəyi (polifajiya)

Çəki artımı və ya çəki itirilməsi

Plazma qan qlükoza miqdarının yüksəlməsi (aclıq qan şəkərinin 126 mg/dl’ dən yüksək olması)

Digər əlamətləri:

Ağız quruluğu

Yorğunluq

Yaraların gec sağalması

Quru və qaşıntılı cild

Tez -tez keçirilən infeksiyalar

Torlu görmə

Cinsi funksiya pozğunluqları

Əllərdə, ayaqlarda və ağız çevrəsində uyuşma

Risk qrupları:

Tip 2 diabetin səbəbi tam məlum olmasa da, bəzi risk qruplarında görülmə faizi daha yüksəkdir. Bunlar:

Artıq çəkisi olanlar

Qidalanma rejimi düzgün olmayanlar

Passiv həyat tərzi keçirənlər

Ailənin başqa üzvlərində diabet xəstəliyi olanlar (genetik)

Hamiləlik dövründə diabət aşkarlanan və ya 4.5 kq-dan daha ağır uşaq doğanlar

Stressli həyatı olanlar

Müalicənin əsasları: ilk olaraq

Dieta, qidalanma rejiminin nizamlanması

Yaşayış tərzinin dəyişdirilməsi

Mütəmadi və proqramlı fiziki hərəkətlərə başlamaq-dan ibarətdir.

Əgər, bu müalicə planı ilə qan şəkərləri normal miqdarında nizamlanmırsa, o zaman müalicəyə tablet və ya insulin əlavə edilir.

Dr. Natavan Məmmədova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...