ŞƏKƏRLİ DİABET

DiabetDünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından ölür. Şəkərli diabet endokrin sisteminin xroniki xəstəliyidir, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə müşayiət olunur.

Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.

Hazırda 400-450 milyona yaxın şəkərli diabet xəstəsi var. 2050-ci ilədək şəkərli diabet xəstələrinin sayının 642 milyona çatacağı ehtimal edilir. Xəstəlik niyə artır…

loading...

Qidalanma mühitinin pisləşməsi, oturaq vəziyyətin artması, texnikanın inkişafı nəticəsində hərəkətsizlik mühitinin formalaşması, toksiki və konservant maddələrin təsiri və s. bir çox bu kimi məsələlər səbəblər sırasındadır.

Xəstəlik əsasən genetik meylli hesab olunur. Ona görə də şəkərli diabet xəstələrinin övladlarında da bu kliniki əlamətlər sürətlə üzə çıxır. Azərbaycanda 100-120 min şəkərli diabet xəstəsi var idisə, hazırda belə xəstələrin sayı 200 mini keçib.

“Şəkərli diabetin tam müalicəsi yoxdur”

Şəkərli diabet xəstəliyinin tam müalicəsi yoxdur: “Şəkərli diabet endokrin sisteminin xroniki xəstəliyidir. Xroniki olması səbəbindən də tam müalicəsi mümkün deyil. Xəstəliyi pəhriz saxlamaq və müalicə almaqla yüngülləşdirmək olar.

Xəstəlik I tip şəkərli diabet, II tip şəkərli diabet olmaqla iki cür təsnifatlandırılır. I tipdə mədəaltı vəzdə endokrin aparat dağılmağa məruzdur. Bu tip üçün tam insulin çatışmazlığı xarakterikdir. II tipdə insulin reseptorlarının əsaslılığı aşağı düşür. Yəni insulin var, amma ona cavab aşağı səviyyədədir. Bu, hər hansı xəstəliyin mədəaltı vəzə verdiyi yükdən asılı olaraq əmələ gəlir.

Genetik tipli şəkərli diabetin tam müalicəsi mümkünsüzdür. Tam müalicə üçün altıncı xromosomda yerləşən gen, gen mühəndisliyi vasitəsilə dəyişdirilməlidir ki, xəstəlik də xarakterini dəyişsin və tam müalicə olsun. Bu gün isə bu, mümkün deyil”.

Şəkərli diabetə aparan yol mədədən keçir

Qeyd edib ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər arasında cins bölgüsünün faiz fərqi çox deyil: “I tip şəkərli diabet 30 yaşına qədər insanlarda meydana çıxır. II tip şəkərli diabetə 40 yaşdan yuxarı insanlarda rast gəlinir. Şəkər xəstələrində cins bölgüsü az fərq edir. Amma əsasən, piylənməyə meyllilik qadınlarda müşahidə olunduğu üçün müraciət edənlərin arasında da zərif cinsin nümayəndələri çoxdur.

II tip şəkərli diabetdə piylənmə əsas faktordur. Həm də qadınlarda orqanizmin klimaks, menstruasiya, hamiləlik kimi fərqli faktorları var ki, onlar şəkərli diabet halını kəskinləşdirir. Xəstəliyin yaranması müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir.

Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Pəhriz, düzgün həyat tərzi xəstəliyin kəskinləşməsinin qarşısını alır. Xəstəliyin vaxtında aşkarlanması və diaqnoz qoyulması çox önəmlidir. Eyni zamanda, uşaqların ana bətnində şəkərli diabetə yoluxması göstəriciləri çox aşağıdır. Bu xəstəlik uşaq dünyaya gələndən sonra daha çox aşkarlanır, nəinki ana bətnində.

Uşaq doğulmalı, müəyyən viruslarla rastlaşmalıdır ki, mədəaltı vəzdə insulin ifraz edən hüceyrələr zədələnsin. Körpə hər hansı patologiya və qansızma nəticəsində şəkərli diabetlə doğula bilər, amma bu, az ehtimaldır.

I tip şəkərli diabet genetik olduğu üçün mədəaltı vəzin endokrin aparatındakı beta hüceyrələri dağılmağa məruz qalır. Ona görə də bu xəstələr insulin çatışmazlığından əziyyət çəkirlər. Yaşlılarda olan diabetdə isə insulin azdır, yaxud bir az azdır. Amma viruslar hədəf toxumalara təsir etmək qabiliyyətinə malik deyillər.

Xəstəliyin əlamətləri

Sağlam adamda qanda şəkərin miqdarı acqarına 5,5 mmol/l-dən yuxarı olmamalıdır: Qanda şəkər normada olduğu halda da sidikdə görünə bilər. Bu böyrək diabeti, alimentar diabetə xarakterik xüsusiyyətdir. Əgər xəstəyə şəkərli diabet diaqnozu qoyulursa, deməli şəkər qanda yüksəlib. Şəkərin qanda yüksəlməsi zamanı sidikdə də müşahidə olunması normaldır.

Sidikdə şəkərin meydana çıxması böyrək həddinin aşılması nəticəsində baş verir. Əgər qanda şəkərin səviyyəsi 170-180 mmol/l-dən yuxarı qalxırsa, onda sidikdə də şəkərin miqdarı yüksəlir. Çünki bu zaman böyrək, şəkəri süzməyə çatdırmır. Qanda şəkərin miqdarı müəyyən bir həddə çatdıqdan sonra o, sidiyə keçməyə başlayır. Xəstənin vəziyyəti ağırlaşdıqca, sidikdə olan şəkərin miqdarı xeyli yüksək olur.

Bunun da nəticəsi olaraq sidiklə ifraz olunan şəkəri durulaşdırmaq üçün böyrəklər də xeyli miqdarda su xaric etməli olur. Beləliklə, şəkərli diabetin ilkin əlaməti-sidik ifrazının artmasıdır. Tez-tez sidik ifrazı baş verdiyi üçün xəstə susuzluq hiss edir və davamlı olaraq maye qəbul edir.

Sidik ifrazı ilə xeyli miqdarda kalori itirildiyi üçün, xəstənin çəkisi azalır. Bundan başqa, xəstə daim aclıq hiss edir, daha çox yeyir. Belə xəstələrdə yorğunluq, dəridə irinli xəstəliklərin, frunkulyozun, gec sağalan xoralar müşahidə edilir.

loading...

Bunuda oxu...