ŞƏKƏRDƏN NECƏ İMTİNA ETMƏK OLAR

ŞƏKƏRŞirniyyata olan istək orqanizmdə karbohidrat balansının pozulmasından xəbər verir. Şirniyyat sevərlər diqqətlə oxuyun və özünüz üçün faydalı nəticələr əldə edin.

Karbohidrat balansının pozulması sadəcə şirniyyat yemək istəyini artırmır həmçinin preddiabet, insulin dirəncinə və piylənməyə yol açır. Bu səbəbdən zərərli qida vərdişlərini tərgitmək lazımdır.

Təəsüf ki, zərərli vərdişlərə tez alışırıq, ancaq tərgitmək müddəti 1-2 ilə qədər uzanır. Bu vərdişlərdən qurtulmaq üçün nələrə diqqət yetirmək lazımdır:

loading...

ilk növbədə şəkərin nə qədər sağlamlığımız üçün zərərli olduğunu dərk etmək. İnsan orqanizmi unikal qiymətli bir sistemdir və onu zərərli maddələrlə pozmaq olmaz. Şəkərdən imtina edərək həm sağlamlığa, ruha, bədənə böyük fayda vermiş oluruq.

birdən şəkəri rasiondan istisna etmək lazım deyil, tədricən azaldaraq minimuma çatdırmaq daha düzgündür.

açıq şəkərdən uzaq durmaq – mürəbbələr, konfetlər, şiriniçəcəklər və s. alternativ olaraq meyvə və bitki çaylarına üstünlük vermək.

tort və pirojnalar çox nadir hallarda yemək.

satışdakı şirniyyatlardan uzaq durmaq, özünüz evdə şirniyyat hazırlamaq.

gizli şəkərdən uzaq durmaq. Bir çox qida məhsullarında (ketchup, qazlı içəcəklərdə və s.) şəkər olur.

şirniyyatı meyvələrlə əvəz etmək.

Bunlar qeyri-mümkün gələ bilər, ancaq qiymətli sağlamlığımızı qorumaq məqsədi bizə stimul verəcək.

Dr. Rövşən Həsənov

loading...

Bunuda oxu...