ŞƏKƏR XƏSTƏLİYİNDƏ FAYDALI OLAN BİTKİLƏR

Faydalı otlarİnsanlara qədimdən bəri əziyyət verən xəstəliklərdən biri də şəkər xəstəliyidir. Uzun müddət bu xəstəlik əsassız sayılmışdır.

Bu sahədə elmi təbabət və xalq təbabətinin xidmətləri böyükdür. İndi öyrənilmiş bir çox bitkilər xəstəliklərin qarşısını almağa qadirdir. Belə şəfalı bitkilərdən bəzilərini aşağıda sıralayır və onlardan bir neçəsi haqqında sizlərə məlumat vermək istəyirəm.

Çəmənotu

loading...

Çəmənotu bitkisi paxlalılar fəsiləsinə aid olub birillik ot bitkisidir. Bir çox ölkələrdə yabanı və mədəni halda yayılmışdır. Azərbaycanda bu bitki əvvəllər yemçilik təsərrüfatında əkilib becərilmişdir.

Hal-hazırda onun əkin sahələri azalmışdır. Ona bəzi fərdi təsərrüfatlarda birillik bitki kimi rast gəlinir. Hələ çox qədimdən bəri çəmənotu (şənbəllə) bir çox ölkələrdə tanınmış və ondan şəfaverici bitki kimi şəkər (diabet), sinir sistemi, qaraciyər şişkinliyi, cinsi zəiflik, damar sərtliyi kimi xəstəliklərin müalicəsində indiyə qədər istifadə olunmaqdadır.

Çəmənotu mil kök sisteminə malik, dikduran gövdəli və az şaxəli bir bitkidir. Gövdə silindir şəkillidir. Onun hündürlüyü torpaq-iqlim şəraitindən asılı olaraq 20-50 sm arasındadır.

Yarpaqları üçlü mürəkkəb yarpaqlardır. Hər bir yarpağın orta hissəsindən əsas damar, həmin damarlardan yarpağın kənarlarına doğru bir-birinə paralel olan ikinci dərəcəli damarlar çıxır. Yarpağın üstündə uzununa yerləşən dayaz növ əmələ gəlir. Yarpağın kənarları tam formalıdır. Yarpaqların qoltuğundan çıxan çiçəklər qeyri-müntəzəmdir və iki cinslidir.

Çiçək yanlığı iki qatdır. Çiçəklər gövdədə yarpaq qoltuğunda oturmuş kəpənəyi xatırladır. Ağ və ya sarımtıl ləçəklərin sayı 4-ədəddir. Onlardan yuxarı iki ləçək böyük və aşağı tərəfdən bitişikdir. Digər aşağıdakı iki kiçik ləçək də alt tərəfdən bitişikdir. Hər bir çiçəkdə erkəkcik çox dişicik isə birdir.

Tozlanmadan sonra açılmayan çoxtoxumlu paxlameyvə əmələ gəlir. Meyvələr (paxlalar) yarpaq qoltuğundan aşağıya doğru sallanmış olur. Paxlalar uc tərəfdən nazilmiş və sivri uclu olurlar. Müalicə məqsədilə çəmənotunun əsasən toxumlarından istifadə olunur. Bunun üçün qurudulmuş toxumlar üyüdülüb toz halına salınır, gündə 2-3 dəfə yeməkdən öncə bir çay qaşığı götürüb su ilə udular. Bundan başqa toz halına salınmış çəmənotu toxumları müxtəlif yeməklərə qatılıb yeyilə bilir.

Ayrıca olaraq toxum tozunu sarımsaq və qırmızı bibərlə qarışdırıb ət basdırması hazırlayıb ləzətlə yemək olar. Çəmənotunun toxum, yarpaq və çiçəklərindən də çay dəmləməsi kimi istifadə etmək olar. Çəmənotunun toxumundan alınan tozu zeytun yağı ilə qarışdırıb diz ağırlarında, ağrıyan nahiyəyə çəkmək olar. Bu bitkini toxumları ilə asan çoxaltmaq olur.

Qoyunotu

Çox faydalı olan bu bitki xalq təbabətində çoxdan tanınmaqdadır.

Günəşli, qismən kölgəli, nəmli torpaqları sevən bu bitki bizim ölkəmizdə də çox geniş yayılmış və çoxlu ehtiyalları vardır. Azərbaycanın demək olar ki, aran, dağ, dağətəyi bölgələrində süni salınmış və təbii meşələrin az kölgəli, qismən açıq yerlərində, alçaq təpəlik yastanlarında, düzənlik və çəmənliklərdə, bəzən fərdi təsərrüfatların becərilməyən sahələrində və s. yerlərdə yabanı halda rast gəlinir.

Möhkəm mil köklərə malik olan qoyunotu, şaxəli və birbirilə sıx yerləşmiş yan kök sistemi əmələ gətirən çoxillik ot bitkisdir. Kolşəkilli gövdələrinin hündürlüyü 20-80 sm və daha çox ola bilir. Gövdə və yarpaqları qısa yumşaq tüklərlə əhatə olunmuşdur. Uzun saplaqlar üzərində qarşı-qarşıya yerləşmiş mürəkkəb lələkvari yarpaqları tək yarpaqla tamamlanır.

Növbələnmiş hər iki nisbətən böyük yarpaqlardan sonra iki kiçik yarpaq yerləşmiş olur. Orta hesabla bir saplaq üzərində 13 böyük və 12 kiçik yarpaq yerləşir. Yarpaqalrın kənarları kiçik mişardişlidir. Yarpaqalrın qoltuğundan çıxan və gövdə boyunca yerləşən, gövdənin təpə hissəsində tamamlanan kiçik sarı rəngli çiçəklər salxım çiçək qrupu əmələ gətirmiş olur. Onun belə çiçək qrupunun görünüşü sığırquyruğu bitkisinin çiçəyini xatırladır. Qoyunotunun çiçək qrupunda olan hər bir çiçək tacı 5 Iəçəkdən ibarətdir.

Çiçək tacının ortasında 10 erkəcik və iki ağızcıqlı bir dişicik yerləşir. Bitki ikicinsli və bir evlidir. Tozlanmadan sonra bitkinin meyvə və toxumları əmələ gələr. Bunlar pıtraq adlanır. Pıtıraqlar asılan zəng formasmdadır. Onun aşağı hissəsi nazik, yuxarı hissəsi dairəvi qapanmış novcuqlarından ibarətdir. Pıtrağın yuxarı genişlənmiş hissəsi çoxlu nazik qarmaqcıqlı çıxıntılardan ibarətdir.

Mülaicə məqsədilə bitkinin bütün yerüstü hissələrindən istifadə edilir. Bitki hissələrini tək halda və ya başqa bitkilərlə qarışıq halda çay dəmləmək olar.

Digər halda bitkinin yerüstli hissələrini bərabər miqdarda zeytun yarpağı qarışığı ilə dəmləmək olur. Üçüncü halda bitkinin yerüstü hissəsini bərabər miqdarda götürülmüş yoğurdotu (qatıqotu), zəncirotu (qarahindiba) qarışıqlarını dəmləyib öd kisəsi daşları, Dalaq daşları, böyrək iltihabı, Qaraciyər xəstəlikləri, boğaz arğıları və s. istifadə edilə bilər.

Hindiba

Hindibanın bir çox növləri bəzi ölkələrdə yabanı və mədəni halda yayılmışdır.

Azərbaycanda onun çox böyük ehtiyatı vardır. Demək olar ki, bütün bölgələrdə yabanı halda rast gəlinir. Torpaq – iqlim şəraitindən asılı olaraq onun hündürlüyü 80-100 sm və daha çox ola bilir.

Həyatyanı torpaq sahələrinin becərilməyən yerlərində də rast gəlinir. Çoxillik bu ot bitkisi hər bir torpaqda yayıla bilir.

Onun güclü mil kök sistemi torpaq dərinliyinə və yanlara nüfuz edə bilir, torpaqdan özünə lazımı qədər su və suda həll olmuş qida maddələri ala bilir.

Gövdəsinin içərisi boş olur. Budaqlanmış çoxlu zoğların təpə hissəsində tək-tək yerləşən kasa formalı mavi və ya göyümtül rəngli, bəzi növlərdə isə sarı çiçəklər nəzəri cəlb edir. Gövdənin yuxarı hissəsində yarpaqların sayı az və ölçücə kiçik olur. Çiçəklərdən sonra xırda dənlərdən ibarət meyvələr əmələ gəlir.

Kasnı və ya Hindiba kimi tanıdığımız bu bitkinin uzun bir tarixi məlumdur. Dərman məqsədilə bitkinin kökündən, yarpaq və çiçəklərindən istifadə edilir.

Bunun üçün çiçəkləri iyun ayından sentyabr ayına kimi yığılır. Kökləri isə payız aylarında yığılıb qurudulur. Kasının kök, yarpaq və çiçəklərindən çay dəmləməsi hazırlayıb içilir. Bu çayın hazırlanmasında iki çay qaşığı bitki hissələrini bir stəkan suda dəmləyib gün ərzində 2-3 stəkan içmək lazımdır.

Hazırlanmış bu çaydan şəkər xəstəliyi olanlar və həm Də böyrək, qaraciyər, revmatizma, öd kisəsi, mədə-bağırsaq, sinir pozğunluqları olan xəstələr istifadə edə bilərlər. Yadda saxlamaq lazımdır ki, bitki çayları ilıq halda qurtum-qurtum içilərsə daha faydalı olar.

Yapışqanotu

Bu bitki cinsinin bir neço növü məlumdur. Ən çox yayılan növlərdən biri dırmaşan yapışqan otu, digər növü dik duran sarı çiçəkli demək olar ki, bir çox ölkələrdə var.

Çoxillik bu bitki aran, dağətəyi və dağlıq bölgələrdə kolluqlarda, çəmənliklərdə, divar diblərində, çəpərliklərdə, yol və arx kənarlarında, bəzən həyətyanı sahələrin çəpərlərində və s. rast gəlinir. Əsasən, sərin və rütubətli yerlərdə bol-bol yetişir.

Mil kök sisteminə malil olan bu bitkinin yerüstü bir neçə uzun və nazik zoğları olur. Bu zoğlardan çıxan çoxlu əlavə cavan zoğlar inkişaf edir. Zoğlar dördkünclü olub çoxlu sayda düyünlərdən ibarətdir. Hər düyündən 5-7 ədəd uzun və saplaqsız lansetşəkilli yarpaqlar dairəvi formada düzülmüş olur. Çoxdan bəri bu qiymətli bitki xalq təbabətəində şəkər xəstəliyi, qan azlığı, öd kisəsi daşlarının, sidik yollarının qum və daşlarının təmizlənməsi kimi xəstəliklərin müalicəsində istifadə olunmaqdadır.

Bu məqsədlə qurudulmuş bitkinin yerüstü hissələrindən bir çay qaşığı götürüb bir stəkan su hesabı, ilə 5-10 dəqiqə zəif od altında çay kimi dəmləyib gündə 2-3 stəkan içilir. Digər halda bu bitkinin gicitikən və zəncirotu qarışıqları ilə çay dəmləməsini hazırlayıb, yuxarıdakı qayda üzrə istifadə etmək olar.

Kətan

Kətan on min ildən bəzi insanlar tərəfindən qida kimi Istifadə edilməkdədir. Kətan və ya zəyərək kimi tanıdığımız bu bitki həmçinin xalq təbabotində və elmi təbabətdə çoxdandır ki, istifadə olunmaqdadır. Bu məqsədlə onun toxumlarından və yağından istifadə olunur. Kətan bir çox xəstəliklərin müalicəsində əvəzolunmaz əhəmiyyətə malikdir. Onun yağından,  üyüdülmüş və ya üyüdülməmiş toxumlarından şəkər xəstəliyi, ağciyər, yüksək qan təzyiqi, sinir sistemi, cinsi zəiflik və sonsuzluq, prostat kimi xəstəliklərin müalicəsində geniş istifadə olunmuşdur.

Kətan birillik yağlı və lifli texniki bitkidir. Yabanı və mədəni halda yayılmışdır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda əkilib becərilir. Mil kök sisteminə malik, torpaqda möhkəm dayanan dik gövdəli bitkidir. Hündürlüyü şəraitdən asılı olaraq 40-80 sm və daha çox ola bilir. Yarpaqlar gövdədə növbəli düzülmüşdür, lansetşəkillidir. Budaqlanması əsasən gövdənin yuxarı hissəsində daha çox nəzərə çarpır.

Budaqlanmanı əmələ gətirən cavan zoğlar üzərində mavi rəngli tək-tək yerləşmiş çiçəklər nəzəri cəlb edir. Hər bir çiçək tacı 5 ədəd kasa yarpağından, 5 ədəd ləçəkdən, 5 ədəd erkəcik və biz dişicikdən ibarətdir. Çiçəkləmədən sonra qutucuq şəkilli meyvə əmələ gəlir. Hər belə qutucuq içərisində çoxlu toxumlar əmələ gəlir.

Toxumlar yetişdikdə qəhvə rəngli və sürüşkən olur. Yabanı halda yayılan kətan meyvələri az tozumlu olur. Kətan toxumlarının tərkibində yağdan başqa çoxlu minerallar və vitaminlər var. Onlardan kalium, maqnezium, sink və dəmir kimi minerallar, vitaminlərdən B,2 E üstünlük təşkil edir.

Müalicə məqsədilə gün ərzində bir xörək qaşığı kətan toxumu və ya kətan yağı su ilə içmək yetərli sayılır. Toxumlar üyüdülmüş və ya narınladılmış halda içildikdə daha faydalı olar. Üyüdülmüş toxumları bir ay müddətində soyuducuda saxlamaq şərti ilə içmək olar. Kətan toxumundan və yağından istifadə bir neçə ay və daha çox ola bilər. Digər halda kətan toxumlarından çay dəmləməsi kimi və ya xörəklərə qatılaraq istifadə etmək olar. Çay üçün narın halda bir çay qaşığı bir stəkan suda 20-30 dəqiqə dəmlənib, ilıq halda içilir.

Əməköməci

Əməköməci çiçəklilər fəsiləsindən olan əməköməci cinsi və onun növlərindən olan böyük yarpaqlı əməköməci və digərləri xalq təbabətində çoxdan bəridir ki, tanınır. Bu bitki bir çox dünya ölkələrində, eləcə də bizim ölkəmizdə yabanı halda yayılan və alaq otu kimi tanınan çoxillik bitkidir. Onun yarpaqlarından qida kimi, çiçəklərindən dərman kimi istifadə olunmaqdadır.

Əməköməci çiçəklər fəsiləsinə daxil edilən 12 cinsdən Azərbaycanda 9 cinsin nümunələrinə təsadüf olunur. Bunlar əsasən aran və dağ ətəyi bölgələrdə üstünlük təşkil edir. Alaq bitkisi kimi tanıdığımız bağ və bostanlarda, tarlalarda, zibilli yerlərdə və s. ağ, bənövşəyi və çəhrayı rəngli çiçəklərinə, böyük və kiçik yarpaqlarına görə seçilən növlərə daha çox rast gəlinir.

Bu növlərin hər biri müalicə məqsədilə eyni dərəcədə əhəmiyyətlidir. Çoxdan bəri bu bitkidən xalq təbabətində şəkər xəstəliyi, mədə-bağırsaq, qəbizlik, boğaz və badamcıq iltihabları, bronxit və nəfəs darlığı kimi xəstəliklərin müalicəsində istifadə olunmaqdadır.

Bir qədər bitkinin quruluşuna diqqət edək: Əməköməcinin bütün növləri çoxillik ot bitkiləridir.

Bitkinin gövdə və ya zoğları torpağa yaxın sərilmiş vəziyyətdə yanlara doğru inkişaf edir və azacıq yuxarıya doğru qalxır. Gövdə və ya zoğlar üzərində yarpaqlar növbə ilə yerləşir. Yarpaqları uzun saplaqlıdır. Yarpaq arası dəyirmi olub beş yerə dayaz halda bölünmüş barmaqvari quruluşludur.

Yarpaqların kənarı kiçik dişciklərdən ibarətdir.  Çiçəyin kasacığı natamam bölümlü 5 kasa yarpağından ibarətdir. Çiçək tacı 5 uzunsov ləçəkdən ibarətdir. Hər ləçəyin yuxarı hissəsində çuxurluq vardır. Bənövşəyi rəngli əməköməcinin ləçəklərinin uzununa tünd rəngli xətlər yerləşir.

Çiçəkdə erkəkciklərin sayı çoxdur, bir saplaq üzərində dişiciyi əhatə edir. İkicinsli və bircinsli çiçəklərdir. Meyvələri dairəvi düzülmüş bir toxumlu quru meyvəcikdən ibarətdir. Onların sayı 8-16 ədəd ola bilir.

Müalicə məqsədilə bitkinin yaş və ya quru kök, gövdə yarpaq və çiçəklərindən soyuq və ya isti suda çay dəmləməsi hazırlayıb gündə 2-3 dəfə içmək olar. Soyuq suda dəmlədikdə axşamdan dəmləyib sabaha saxlamaq və azacıq qızdırıb qurtum-qurtum içmək lazımdır.

Bodurotu

Bu faydalı bitki cinsinin bir neçə növü yüz illərdir ki, xalq təbabətinə məlumdur. Lakin bəzi hallarda bu bitki növlərini digər bitkilərlə qarışıq salıb başqa-başqa adlarla adlandırmışlar.

Bodurotunun cinsinin növləri içərisində ağ çiçəkli və sarmaşıq görünüşlü növlərinə qardaş Türkiyədə olduğu kimi, ölkəmizdə də çox rast gəlinir. Ağ çiçəkli növü Azərbaycanın aran və dağ ətəyi bölgələrində yabanı halda geniş yayılmışdır.

Əsasən, yovşan ailəsinə mənsub olduğu söylənilir və Kəpir yovşanı, sancı otu, Ağ ot, Ağ sədəf otu, Boz ot, Acı ot, Təpə otu kimi adlarla adlandırılır. Bu bitkiyə təpəliklərin ətəklərində, yamaclıq yerlərdə, az işlək piyada yollarının kənarlarında, quraqlıq və isti yerlərdə rastgəlmək olur. Xoş iyili olmasına baxmayaraq acılı dada malikdir. Mil və yan köklərlə özünü torpağa yaxşı bərkidərək sıx kök sistemi əmələ gətirir və quraqlıq şəraitində yaşaya bilir. Onun torpaqüstü hissələri çoxlu zoğlardan ibarət olub yaxşı kollanmış görnüşdədir.

Çoxillik olan bu bitkinin rəngi bozumtuldur. Gövdəsi dəyirmi formalı və hündürlüyü 30-40 sm-ə çatır. Gövdənin üzəri seyrək tüklüdür. Zoğlar üzərində qarşı-qarşıya yerləşən bir qədər üzün və ensiz yarpaqlar boz rəngli və seyrək tükcüklüdür. Hər iki yarpaq qoltuğunda hər iki tərəfdə iki-iki, üç-üç və ya dörd-dörd olmaqla kiçik yarpaqcıqlar yerləşir, sanki topa düzülüş əmələ gətirir.

Eləcə də böyük yarpaqların qoltuğundan çiçək zoğları çıxır. Çiçək zoğlarının təpə hissəsində qısa saplaqlı və ya saplaqsız çoxlu xırda başcıq çiçəklər qrupu yerləşir. Hər bir çiçək ağ rəngli və dodaqlıdır. Üst ləçək bir qədər böyük, alt ləçəklər kiçikdir.

Çiçəkləmədən sonra kiçik toxuma meyvələr əmələ gəlir. Müalicə məqsodilə şəkər xəstəliyi, sinir sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, dəri xəstəliklərində çoxdandır istifadə olunmaqdadır. Bütün yerüstü hissələrindən istifadə olunur. Çiçəkləmə dövrü (iyun-iyul ayları) yığılıb qurudulur. Üyüdülüb bir çay qaşığının bir stəkan suda dəmləyib səhər axşam yeməkdən əvvəl və ya sonra bir stəkan içmək olar. Müalicə 1-3 ay davam etdirilə bilər.

Çiyələk

Gülçiçəklilər fəsiləsinə aid olan çiyələk cinsinin bir çox dünya ölkələrində olduğu kimi bizim ölkomizdə də yabanı və mədəni halda yayılmış bir neçə növünə rast gəlinir. Onlardan meşə çiyələyi və becərilən bağ ciyələyi bir çox insanlar tərəfindən tanınmış və qocayemiş adı ilə də adlandırmışlar.

Çoxillik bu bitkidən uzaq keçmişdən bu günə qədər həm qida kimi, həm dərman bitkisi kimi istifadə olunmaqdadır.

Xalq təbabətində ondan yüksək təzyiqin düşürülməsində, öd ifrazının artırılmasında, öd daşlarının tökülməsində, qaraciyər xəstəliklərində, qanazlığı, damar sərtliyi kimi xəstəliklərin müalicəsində istifadə edilmişdir və indi də öz əhmiyyətini itirməmişdir.

Çiyələyin meyvəsinin tərkibində şəkərli maddələr, K və C vitaminləri vardır. Onun tərkibində şəkərli maddələrin olmasına görə şəkərli diabet xəstəliklərində istifadə edilməsində tərəddüdlər edilmişdir. Lakin araşdırmalar nəticəsində sübut olunmuşdur ki, şəkərli xəstələr heç bir tərəddüd etmədən ondan istifadə edə bilər və faydalanaırlar.

Bu bitki kökümsovlu köklərə malikdir. Yer üstü gövdələri qismən dik duran və əsasən, yerə sərilmiş səviyyədə sürünən, bığcıqları vasitəsilə köklər əmələ gətirən zoğlardan ibarətdir. Gövdələrinin uzunluğu torpaq-iqlim şəraitindən asılı olaraq 20-30 sm-o çata bilir.

Kökümsovlardan uzanan saplaqlı üçlü mürəkkəb yarpaqlar və onlardan nisbətən qısa saplaqlı çiçək zoğları çıxır. Hər çiçək zoğu üzərində tək və ya bir neçə çiçəkdən ibarət çiçək qrupu yerloşir. Yarpaqların kənarı dişli, üst və alt hissəsi tükcüklərlə əhatə olunmuşdur. Yarpaqlar üzərində əsas damardan çoxlu qövsşəkkilli damarlar ayrılır. Becərilən növlərdən asılı olaraq hər çiçək tacında 5, bəzən 6 ədəd ağ rəngli ləçək yerləşir.

Kasacıq lansetşəkilli çoxlu kasacıq yarpaqlarından ibarətdir. Çiçək yatağı qabarıqdır. Erkəciklərin sayı çoxdur. Meyvələri ətləşmiş çiçək yatağı üzərində yerləşir. Yetişmiş meyvələr ətli şirəli və qırmızımtıl rəngli xoş iylidir. Bəzi növlər payıza qədər çiçək-meyvə əmələ gətirir. Mülayim iqlim şəraitində həmişə yaşıl qala bilir. Sərt iqlim şəraitində yarpaqları tökürlər.

Bağ çiyələyi kökümsovları ilə asan çoxala bilir. Onu fərdi təsərrüfatlar və ferma təsərrüfatlarında yetişdirib çoxlu məhsul almaq olur. Müalicə məqsədilə meyvələrdən və yarpaqlarından istifadə olunur. Bu məqsədlə qurudulmuş yarpaqlarından tək halda və ya digər şəfaverici bitkilər qarışığından çay dəmləyib gün ərzində 2-3 dəfə hərdən bir stəkan olmaqla yeməkdən qabaq və ya sonra içmək olar.

Zeytun

Dünyanın bir çox subtropik və tropik ölkələrində yabanı və mədəni halda yayılmışdır. Sənaye əhəmiyyətli bitki kimi dəniz sahillərində geniş sahədə əkilib-becərilməkdədir. Azərbaycan florasında özünəmxsus yeri olan zeytunun, xüsusən Abşeronda becərilməsi çox gözəl nəticə vermişdir.

Şəraitindən asılı olaraq on metrlərlə hündürlüyü olan bu bitki min illərlə yaşayıb ömür sürə bilir. Gövdə üzərində qısa saplaqlı dəri kimi sərt yarpaqları sadə və kənarları tamdır.

Nəzəri cəlb etməyən xırda yaşıl və ya ağımtıl sarı rəngli çiçəkləri salxım çiçək qrupu əmələ gətirir. Meyvələri əvvəlcə yaşıl, yetişdikdə isə qara-bənövşəyi olur. Meyvələrindən yüksək keyfiyyətli zeytun yağı alınır. Zeytun yağının tərkibində üzvi turşular, hidrokarbonatlar, Ca, F, S, Cl, Mq mineralları və A, D, E, K vitaminləri vardır.

Xalq təbabətində və elmi təbabətdə bu möcüzəli bitkinin yarpağından öd artırıcı, qaraciyərin işinin tənzimlənməsində, eləcə də yarpaq və qabığından yüksək qan təzyiqinin düşürülməsində, qandakı şəkərin miqdarının aşağı salınmasında indiyə qədər istifadə olunmaqdadır.

Çox qədimi tarixi olan bu qiymətli bitkini hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tanımış, onu becərmiş, ondan qida və dərman kimi istifadə etmişlər. Zeytundan hal-hazırda bir çox xəstəliklərin, o cümlədən ürək-damar və tromba qarşı, sinir sisteminə, mədə-bağırsaq, öd daşları, böyrək, dəri yaralanmaları kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Müalicə məqsədilə zeytun yağı, yarpaq və qabığından istifadə üçün (göstərilən xəstəliklər üçün):

Zeytun yarpaq və ya qabığını narınlaşdırılmış halda 1 çay qaşığını 1 stəkan qaynar suda dəmləyib gün ərzində 2-3 dəfə hərdən bir stəkan yeməkdən qabaq qurtum-qurtum içmək olar.

Yağını gündə səhər-axşam hərdən bir xörək qaşığı su ilə içmək sizə fayda gətirər.

Elman Rzayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...