SƏHƏR YEMƏYİNDƏ NƏ FAYDALIDIR

Kimsə yulaf sıyığını səhər yeməyi kimi xoşlamır, bəzilər isə sıyıqsız günü başlaya bilmir. Səhər yeməyində hansı yemək daha faydalıdır? Bunun cavabı hər insanın metabolizmasından asılıdır. Məsələn səhər sıyıq yeyəndən bir saat sonra yenədə güclü aclıq hissi gəlirsə, onda yumurta, kəsmik və ya başqa proteinli qida səhər yeməyi üçün daha uyğun olar. Özünüz bunu yoxlaya bilərsiz, əsas odur ki, doyurucu amma ağırlıq hissi verməyən yemək olmalıdır.

3 tip metabolizma var:

  1. proteinli qidalanma tipi
  2. karbohidratlı qidalanma tipi
  3. qarışıq qidalanma tipi.

Kimsə səhər ətli yemək yeyərək doyur, kimsə veqan qidası ilə özünü daha komfortlu hiss edir.

loading...

Deyirlər ki, səhər yeməyi nə qədər kalorili olsa gün o qədər də enerjili olacaq. Bu səbəbdən səhər yeməyinə çərəzlər və başqa qidalandırıcı məhsullar daxil etmək lazımdır, çünki səhər həzm prosesi daha yaxşıdır. Bəzi dietoloqlar şirniyyatı səhər yemək tövsiyə edirlər ki, sonra gün ərzində hər hansı bir problem səbəbilə şirniyyat yemək istəyi olmasın.

Digər dietoloqlar isə arıqlamaq istəyənlərə səhəri şəkərsiz qidadan başlamaq tövsiyə edir, çünki şəkərdən qanda insulinin səviyyəsi kəskin yüksəldiyi üçün uzun müddətlik toxluq hissi qalmayacaq və yenidən yemək istəyi qayıdacaq. Həmçinin suda bişirilmiş sıyığa üstünlük vermək lazımdır, çünki südlü sıyığın Qİ və parçalanma (həzm olunma) sürəti yüksək olur.

Siz hansı metabolizma tipinə aid olduğunuzu müəyyən etdiniz?

Dr. Vüsalə Tağıyeva

loading...

Bunuda oxu...