RUBELLA VƏ HAMİLƏLİK

MəxmərəkXalq arasında məxmərək olaraq bilinən Rubella geniş yayılmış virus infeksiyasıdır. Hamiləlikdə keçirildikdə körpədə ciddi problemlərə səbəb ola bilər.

Rubella qızartılar ilə müşahidə olunan qızdiırmalı keçən viral infeksiyadır. Ümumiyyətlə uşaqlıq çağında keçirilən rubella təxminən 3 günə qədər davam edir və qızılcadan çox yüngül keçirilir. Ən xas əlamətləri üzdən başlayıb bədənə yayılan və 3 gün davam edən tipik qızartı, yüngül qızdırmalı, iştahsızlıq, öskürək, baş ağrısı və oynaq ağrısıdır.

Hətta qızartıdan başqa bir əlaməti görülməz. Lakin yetkin yaşlarda keçirilən məxmərək daha şiddətli olur, xəstədə oynaq ağrıları müşahidə olunur. Lakin bütün bu əlamətlər 5% oranında qızartılar olmadan keçər.

loading...

Məxmərək infeksiyası xəstələr arasında öskürək və asqıraqlarla yayılan hava damcı infeksiyasıdır. Xəstə olan şəxs qızartı ortaya çıxmadan 1 həftə öncə töküntünü izləyən 4 günlük yoluxuculuga malikdir. Rubellanın inkubasiya dövrü 14-21 gün arasındaır. İnfeksiyanı keçirən şəxslərdə ömürlük immunitet yaranır.

Hamiləliyin 9-12-ci həftəsində məxmərəyə yoluxan qadınlar daha çox döl qüsuru riskinə məruz qalırlar. Bu əksər hallarda vaxtından qabaq dölsalmaya, dölün bətndaxili tələf olmasına gətirib çıxarır. Lakin hətta döl sağ qalsa belə, praktik olaraq bütün hallarda onun normal inkişafı pozulur.

Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qaraciyər, dalaq və sidik cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.

Məxmərəklə xəstələnmə hamiləliyin 13-20 həftəsində baş veribsə, qüsurların əmələ gəlmə riski azalır; eşitmə orqanlarının zədələnmə ehtimalı isə hamiləliyin 16-cı həftəliyinə qədər yüksək olaraq qalır. Qadın məxmərəklə hamiləliyin 20-ci həftəsindən sonra, yəni hamiləliyin 2-ci yarısında, yoluxmuş olarsa, qüsurların əmələ gəlmə riski xeyli dərəcədə azalır.

Bu halda körpənin xroniki infeksiya ilə doğulması gözlənilə bilər ki, bunun da xarakterik cəhəti hissiyyat orqanları və mərkəzi sinir sistemi pozğunluqlarıdır. Bu patologiyalar heç də hər zaman uşaq doğulan kimi deyil, xeyli sonralar qıcolmalar, əqli zəifliyi, psixiki çatışmazlıqlar şəklində özünü büruzə verir.

Döl patologiyalarından başqa məxmərək doğuşa da mənfi təsir göstərə bilər. Bütün dünya üzrə qəbul edilən standarta əsasən 16-ci həftəyədək hamiləlik dövründə məxmərəyə yoluxma baş verdiyi hallarda süni uşaqsalma əməliyyatı tətbiq edilir.

Hamiləliyin 20-ci həftəsindən sonra yoluxma baş verdiyi hallarda süni uşaqsalma əməliyyatının tətbiq edilməsi müalicə həkimi tərəfindən fərdi şəkildə həll edilir. Hamiləlik dövründə keçirilən məxmərək xəstəliyinin fəsadı olaraq 4-9% -ində düşük, 2-3% ölü doğum müşahidə olunur.

Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası – hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir.

Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin müəyyən edilməsi üçün xüsusi laborator müayinədən keçmək lazımdır.

Məsələ burasındadır ki, bir sıra hallarda sizin məxmərəklə xəstələnib-xəstələnmədiyinizi müəyyən etmək mümkün olmur. Çünki bir çox hallarda bu xəstəlik gizli şəkildə və ya çox məhdud sayda olan əlamətlərlə də keçə bilər ki, bu zaman da, təbii olaraq, orqanizmdə bu virusa qarşı xüsusi anticisimlər yaranmış olur.

Ancaq hətta qanda məxmərəyə qarşı xüsusi anticisimlərin olduğu halda, bu xəstəliyə qarşı peyvənd edilməsi də təhlükəli deyil. Həkimlər hesab edirlər ki, bu halda orqanizmin müdafiə reaksiyası bir qədər də möhkəmlənmiş olar.

Məxmərəyə qarşı olan peyvəndi hamiləliyin planlaşdırıldığı vaxtdan ən azı 3 ay əvvəl etmək tövsiyə olunur. Təbii ki, peyvəndin edilməsindən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Məxmərək xəstəliyi keçirən qadınlar yalnız xəstəlikdən sağaldıqdan ən azı 6 ay sonra hamilə qala bilərlər.

Şəbnəm Bağırlı

loading...

Bunuda oxu...