ROBERT КОХ

ROBERT KOXİnsan ekologiyasının əsas və aparıcı klassik sahəsi sayılan mikrobiologiya elminin əsas banilərindən biri, dünya bakteriologiya elminin yaradıcısı, professor, Nobel mükafatı laureatı, dünya şöhrətli, məşhur alman alimi R.Koxun biologiya, ekologiya, təbabət ekologiyası, təbabət və baytarlıq təbabəti elmlərinin inkişafında müstəsna xidmətləri olmuşdur.

O, 1866-cı ildə Cettingen Universitetini bitirərək, 1872-ci ildə Volşteyn şəhərində sanitar həkimi vəzifəsində işləmiş və primitiv laboratoriya təşkil edərək qarayaranın sporları ilə ağ siçanları yoluxdurmuş, ilk dəfə olaraq mikroorqa- nizmləri yetişdirmək üçün bərk qida mühitindən (jelatin və buğanın qan serumundan ibarət) istifadə olunmasını təklif etmişdir.

Alim 1878-ci ildə yara infeksiyalarının etiologiyası haqqında ilk elmi əsərini dərc etdirərək burada Henle-Kox üçlüyünü -triadasını ətraflı şərh etmişdir. Bu triadanın başlıca müddəaları – bakterioskopiya, mikroorqanizmlərin süni qida mühitlərində yetişdirilməsi və bioloji sınağın qoyulmasından ibarətdir. R.Koxun ən böyük xidmətlərindən biri də 1882-ci ildə vərəmin, sonralar isə vəbanın (1884) törədicisini kəşf etməsidir.

loading...

O, Berlində təşkil edilən R.Kox adma İnfeksion Xəstəliklər İnstitutunun ilk direktoru olmuş (1891-1904) və burada fundamental elmi – tədqiqat işləri aparmışdır. Alimin, təşəbbüsü ilə bakterioloji texnikada ilk dəfə olaraq anilin boyalarından, immersiya (yağ) sistemindən və Abbe kondensatorundan istifadə olunmuş və diaqnostiki tuberkulin preparatı hazırlanmışdır. R.Kox dünya bakterioloqlar məktəbinin banisi olmaqla böyük bakterioloqlar ordusu yaratmışdır (E. Berinq, F.Lefler, R.Pfeyfer və b.). Alimin ən böyük səhvi İ.İ.Meçnikovun kəşflərini, xüsusilə faqositoz təlimini tamamilə inkar etməsi və onunla heç bir elmi əməkdaşlığa razılıq verməməsi olmuşdur.

loading...

Bunuda oxu...