RİNOPLASTİKA NƏDİR

RinoplastikaRinoplastikanın hələ qədim Hindistanda istifadəsi məlumdur. Rinoplastika burunun formasını və ölçüsünü dəyişdirmək üçün edilən əməliyyatdır. Bu tip uğurlu əməliyyat ilk dəfə 20-ci əsrin ortalarında alman həkimi Jak Jozef tərəfindən keçirilib.

Həmin əməliyyatdan sonrada burun korreksiyası populyarlaşdı. Bu dövr ərzində əməliyyatın keçirilmə üsulu, avadanlıqları və preparatları dəyişsədə, mahiyyət eynidir.

Rinoplastikadan burun zədələndikdən sonrada istifadə etmək olar. Bu zaman əsas problemlər tənəffüsün bərpa edilməsi və burunun zədəli formasının düzəldilməsidir.

loading...

Rinoplastikanın bir neçə növləri var: açıq, qapalı, təkrar rinoplastika, fillerlər istifadəsi ilə və sarə.

Açıq rinoplastika zamanı kəsiklər kolumella nahiyəsində edilir. Kolumella – burun deşiyini ayıran şaquli qatlardır.

Qapalı rinoplastika zamanı burun boşluğunda kəsik edilir. Dəri burun karkası, burun sümükləri və qığırdağından ayrılır.

Əgər birinci rinoplastika zamanı səhvlər edilibsə təkrar rinoplastika vacibdir. Əməliyyat, problemdən asılı olaraq, asan, yaxud ağır keçə bilər. Təkrar rinoplastika, adi rinoplastika kimi açıq və qapalı ola bilər.

Əgər burunun formasını dəyişdirməyə ehtiyyac yoxdursa, kiçik korreksiya lazımdırsa o zaman fillerlərdən istifadə daha effektivdir. Rinoplastikanın bu növünün bərpa dövrüdə digərlərinə nisbətən tez və ağrısız keçir.

loading...

Bunuda oxu...