REVMATOİD ARTİRİT

Revmatoid artirit oynaqların naməlum etiologiyali iltihabi revmatik xəstəliyidir. Xəstəliyin mahiyyətinin əsasında oynaq toxumasının (sinovial qişa, oynaq qığırdağı, oynaq kapsulu) immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur.

Xəstəlik zamanı oynağın sinovial qişası zədələnir və yerli immun reaksiyası baş verir. Bu zaman limfa düyünləri və dalaq ona qarşı antitellər hasil edirlər. Xəstəlik bir müddət davam etdikdən sonra oynaq toxumaların zədələnməsi daha da artır və immun iltihab əmələ gəlir.

Artiritin əsas əlaməti kövrək birləşdirici toxumanın əmələ gəlməsi və artmasıdır ki, bu da tədricən qığırdağı və sümük epifizini dağıdır. Proses dərinləşdikcə pasiyentin oynaqları deformasiyaya uğrayır, orqan və toxumalarda dəyişikliklər baş verir.

loading...

Bu zaman pasiyentler iri oynaqlarda şişkinlik və ağrıların olmasından şikayətlənirlər.

Xəstəliyin 2-ci mərhələsində kiçik oynaqlar da prosesə cəlb olunur, tək-tək hallarda eroziya və osteopatiya müşahidə olunur.

3-cü mərhələdə 20-dən çox oynağın zədələnməsi baş verir. Bu dövrdə pasiyentlərdə aşağıdakı patologiyalar özünü göstərir:

hərarətin yüksəlməsi

ECS-nin yüksəlməsi

oynaq funksiyalarının sürətlə pozulması, ağrı, deformasiya

anemiya

oynaqdan kənar təzahürlər

zəiflik

səhər gərginliyi

arıqlama

limfodenopatiya

Xəstəliyə diaqnozun qoyulmasında laborator analizlərin, anamnezin və rentgenoloji müayinələrin nəticələri əsas götürülür.

loading...

Bunuda oxu...