REVMATİZMA VƏ OYNAQ AĞRILARINA QARŞI BİTKİLƏR

revmatizmUzaq  keçmişlərdən  bu  günə  qədər  revmatizm  və  oynaq arğıları  xəstəlikləri  insanlara  ağrılı-acılı  günlər  yaşatmışdır.

Belə  xəstəliklərdən  yaxa  qurtarmaq  üçün  çoxlu  cəhdlər edilmiş və yollar axtarılmışdır. Xalq  təbabəti  və  elmi  təbabət  insanlara yardımçı  olmuşdur.  Bu  yardım  üçün  tanıtdığımız  və  bildiyimiz bir sıra  şəfalı bitkilər var.

Göyçiçək və ya Peyğəmbər çiçəyi

loading...

Mürəkkəbçiçəklilər   fəsiləsindən   olan   birillik   ot   bitkisidir.  Bu bitki göy çiçək, mavi kəntaron kimi adlarla da tanınır.  Peyğəmbərçiçəyinə mülayim  iqlimli  bölgələrdə  daha  çox rast  gəlinir.

Xalq  təbabətində  çoxdan  tanınan  peyğəmbərçiçəyi  müxtəlif xəstəliklərin  müalicəsində  və üz  maskalarının  hazırlanmasında  istifadə  olunmaqdadır.  Peyğəmbərçiçəyi  ayrıca  olaraq  revmatizm  xəstəlikləri  ilə  bərabər,  sakitləşdirici  və  antiseptik  xüsusiyyətlərə  malikdir.

Hal-hazırda  bu  bitkidən  ishala  qarşı,  böyrək  qumlarının təmizlənməsində,  göz  qapaqlarının  iltihabında,  bağırsaq  parazitlərinin  təmizlənməsində, bədəndə yığılan zəhərli maddələrin atılması kimi xəstəliklərin müalicəsində istifadə edilməkdədir.  Bununla belə bu bitkidən  həddindən artıq istifadə məsləhət görülmür. Mavi və ya bənövşəyi  çiçəkləri  nəzəri  cəlb edir.

Peyğəmbərçiçəyi (Göyçiçək) bitkisi mil kök sisteminə malik,  dikduran  gövdəli,  alcaq  boylu,  az  budaqlanan  boz-yaşıl rəngli  bitkidir.  Gövdəsi  üzərində uzununa yerləşən  tillər uzanır.  Hündürlüyü  20-25  sm  və  çox  ola  bilər.

Müalicə məqsədilə  bitkidən  ya  tək  halda  ya  da  qarışıq  halda,  çiçəklərindən  və  bütün  hissələrindən  istifadə  edilə  bilər.

İyun-iyul  aylarında  bitkinin  çiçəkləmə  vaxtı  yığılıb  qurudular  və  narınladıb  istifadə  üçün  tədarük  olunar.  Revmatizma  üçün bitkinin qarışıq halda çay dəmləməsi daha faydalıdır. Bu məqsədlə  bərabər  miqdarda  götürülmüş  Peyğombərçiçəyi  və qatırquyruğu qarışqalarından çay dəmləyib  (bir çay qaşığı və bir stəkan su müqabilində) yeməkdən öncə gün ərzində 2 dofə  hərdən bir stəkan olmaqla qurtum-qurtum içmək olar.

Peyğəmbərçiçəyi,  qatırquyruğu  və  söyüd  qarışıqlarından 20-30  gün vanna qəbul  etmək daha  faydalıdır.

Söyüd

Söyüd  cinsinin  geniş  yayılmış  növündən  biri  ağ  söyüddür.  Söyüdçiçəklilər  fəsiləsinə  daxil   olan  söyüd cinsinin  iki  yüzdən  artıq  növü  məlumdur  ki,  onlar  bir  çox  dünya  ölkələrində yabanı  və  becərilən  bəzək  bitkisi kimi yayılmışdır.  Bizim ölkomizdo  14 növə təsadüf olunur ki, bunlardan yuxarıda qeyd etdiyimiz Ağ söyüd və cənub  söyüdü  növlərinə  daha  çox rast  gəlmək  olur. Ümumiyyətlə  söyüd  cinsinin  növləri  əsasən  su  kənarlarında  yaxşı  inkişaf edib  yayılmış  olur.  Onlar  ağac  və kol şəkilli bitkilərdir. Əksəron yarpaqlarını qışda tökən çoxillik  bitkilərdir.

Söyüd  ən  qədim  zamanlardan  həm  bəzək,  həm  də  təsərrüfatçılıqda qiymətli bitki  kimi  əkilib  becərilməkdədir.  Şəfaverici bitki kimi də xalq təbabətində çoxdan bəri tanınmaqdadır.  Bu  məqsədlə  onun  yarpaq,  qabıq  və  cavan  zoğlarından revmatizma   ağrılarma   qarşı,   ishala   qarşı,   sinirlərin   sakitləşdirilməsində,      böyrək     və   sidik   yollarında     daşların    düşürülməsində,    bədən     istiliyinin    salınmasında       və    digər xəstəliklərin   müalicəsində  istifadə   olunmaqdadır.   Müalicə məqsədilə  bitkidən  tək  halda və gicitkənlə  çay  dəmləməsi  və

vanna  qobul  etməklə  istifadə  oluna  bilər.  Qarışıq  olaraq  qatırquyruğundan  da  götürmək  olar.  Qarışıqların  bərabər  miqdarda götürülməsi  daha məsləhətdir.  Müalicə müddəti üç aya qədər aparıla bilər.

Kəvər və ya  pırasa

Xalq  təbabətinə  çoxdan məlum olan  kəvər və ya pırasa revmatizm,  oynaq ağrıları,  damar sərtliyi  kimi  xəstəliklərin  müalicəsində  istifadə olunmaqdadır.  Bundan  başqa  böyrəklərdə  qum  və  daşların  salınmasına   kömək   edən,   sinirlərin   qüvvətləndirilməsində, mədə  narahatlıqlarında  və  qəbizliyin  aradan  qaldırılmasında,  üz  sızanaq  və   ləkələrinin   təmizlənməsində  çox  böyük faydası  bilinməkdədir.  Kəvər  və  ya  pırasa  kimyəvi  təkibinə görə  zəngin  tərəvəz  bitkisidir.   Onun  təkibi  B, C  və  K vitaminləri  ilə  yanaşı  kalsium,  silisium,  maqnezium,  dəmir, kalium kimi minerallarla da zəngindir.

Müalicə məqsədilə pırasanın  soğanaqlı  kökləri  ilə bərabər yaşıl yarpaqları yaş və ya qurudulmuş halda istifadə edilir.  Bu məqsədlə bitkinin çiy və təzə halda suyu çıxarılır və ya qaynadıb qatılaşmış suyundan  səhər və axşam hərdən  bir xörk qaşığı  yeməkdən  qabaq  içilir.

Digər halda  toxumlarının  üyüdülmüş halda bir çay qaşığı gün ərzində iki dəfə yeməkdən qabaq su ilə içmək olar. Üçüncü halda pırasa toxumunu bərabər miqdarda  olmaqla  cəfəri  və  razyana  toxumları  ilə  üyüdülüb  gün  ərzində 2-3  dəfə yeməkdən qabaq hərdən bir çay qaşığı  su ilə içmək daha faydalıdır.  Müalicə bir aydan üç aya qədər davam etdirilə  bilər.  Ehtiyac  olan  halda  fasilələrlə  müalicəni  davam etdirmək olar.

Qovaq

Qovaq ağacları bəzək və  təsərrtifat  əhəmiyyətli  bitkilər  olmaqla  bərabər,  həm  də dərman bitkisi kimi çox qədim vaxtlardan həkimlikdə və xalq təbabətində  tanınmışdır.  Ondan  Revmatizmin  müalicəsində, mədə-bağırsaq  qazlarının  aradan  qaldırılmasında,  çibanların  sağaldılmasında  və  digər  xəstəliklərin  müalicəsində  istifadə olunmaqdadır. Qara qovaq düz gövdəli 25-30 metrə qədər hündürlüyü  olan  bozumtul  qabıqlı  ağacdır.

Qavaq  bircinsli,  ikievli  bitkidir.  Çiçəkləri  sırğa tipli  çiçəklərdir.   Bitki   yarpaqlamazdan   əvvəl   çiçək   açır.   Çiçək  yanlıqları  yoxdur.  Çiçək  yatağı  kasa  şəkillidir.

Digər  halda  Qovaq  tumurcuq  və  ya  qabığından  qarışıq çay  dəmləməsi  edilib  içilər.  Bunun  üçün  bərabər  miqdarda götürülmüş  Qovaq  qabığı   və  ya  tumurcuğu,  Qatırquyruğu  (Atquyruğu,  Qırxkilid)    və   Gicitikən     qarışıqları   götürmək  olar.  Gündə iki dəfə yeməkdən 20-30 dəqiqə qabaq hərdən bir stəkan qurtum-qurtum ilıq halda içmək olar.  Müalicəni  1-2 ay davam etdirib  fasilə vermək lazımdır.

Üzüm

Üzümün əsas  cinsi  Vitisdir və  bu  cinsin  70  növü  məlumdur.  Bu  cinsin növləri hələ çox qədim dövrdən Avropa,  Asiya və Amerikada yayılmışdır.

Üzüm  bitkisi  uzun  və  çox  yoğun  mil  kök  sisteminə  malikdir.  Kökləri  torpağın  dərin  qatlarına  6-15  metr  gedə  bilir.

Üzüm  yarpaqları  sadə  yarpaqlar olub,  saplaqdan və yarpaq ayasından  ibarətdir.  Yarpaq saplaq  vasitəsilə  zoğun  buğumlarına  birləşir.  Yarpaqlar  formaca  böyrəkşəkilli,  ürəşəkilli, yumurtaşəkilli,   dəyirmi  və   s.  olur.  Bitkinin   çiçək   qrupu mürəkkəb  salxım  və  ya  süpürgə  çiçək  qrupundan  toplanmışdır.   Çiçək  qrupunun  bütün  hissələri əsasən  yaşıl   rənglidir. Çiçəklər xoş iyilidir.

Bu  qiymətli  bitki  insanlar  üçün  qida  və  şəfa  mənbəyidir. Ondan  insanlar uzun  müddətdir ki,  qanazlığında,  revmatizm və   oynaq    iltihabları,   mədə-bağırsaq,        qanın   təmizlənməsi,  qəbizlik,  qaraciyər,  dalaq  xəstəlikləri,  böyrək  xəstəlikləri  və digər xəstəliklərin müalicəsində istifadə edilir.

Müalicə məqsədilə  meyvə  və  toxumlardan  istifadə  edilir.  Meyvəsinin şirə alınıb səhər-axşam  içilir. Toxumlarını  isə üyüdüb, bir çay qaşığı  miqdarında, səhər-axşam bir stəkan su ilə  içmək olar.

Üzüm  bəhməzi,  kompotu,   mürəbbəsi kimi  məhsulları yuxarıda göstərilən  və digər xəstəliklər üçün yaxşı müalicə mənbəyi  sayılır.

Elman Rzayev

loading...

Bunuda oxu...