REQULYAR CİNSİ ƏLAQƏLƏRİN SAĞLAMLIĞA TƏSİRİ

Orqazmİstər qadın, istərsə də kişiyə requlyar cinsi əlaqələr tək cinsi həzz, nəslin davam etdirilməsi üçün deyil, həm də psixi və fiziki sağlamlıq üçün lazımdır.

Cinsi həyatın olmaması qadın sağlamlığına kişi sağlamlığı ilə müqayisədə daha çox mənfi təsir göstərir. Bu isə özünü hər kəsdə fərqli biruzə verir.

Kimsə əsəbi olur, başqa sözlə cinsi həyatın olmaması psixikaya təsir göstərir. Digərlərində fərqli ginekoloji xəstəliklər halında özünü göstərir. Məsələn uşaqlığın xoşxassəli şişi fibroma yaranır, müxtəlif tempdə uşaqlıq qanaxmaları müşahidə olunur.

loading...

Cinsi həyatı olmayan qadında menstrusiya önü sindrom daha çox əlamətlərlə: ağrı, yorğunluq, laqeydlik kimi hallarla nəzərə çarpır. Klimaks dövründə isə klimakterik pozulmalar daha sıx görülür.

Fizioloji səviyyədə cinsi əlaqə uşaqlığın massajıdır. Əlbəttə ki, bu hal uzun müddət olmazsa pozulmalara səbəb olar. Dəqiq müddət söyləmək isə doğru deyil. Təxmin edilir ki, deyilən zaman bir ili aşarsa yuxarıda söylənilən və digər xəstəliklər yarana bilər.

Elə hallar da var ki, birbaşa cinsi həyatın olmamasından asılı olmasa da, bu fon o halları stimulə edir.

Cinsi həyatından məmnun olan və uzun illər davamlı cinsi həyat yaşayan insanlar isə gənc və gözəl qaldığını ifadə edirlər. Cinsi əlaqə zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardır. Həftədə üç dəfədən çox cinsi həyat yaşayan qadınlar ən az 10 yaş daha gənc və gözəl görünürlər!

Araşdırmaçılar günə sevişməklə başlayan kişilər və qadınların gün ərzində özlərini daha sağlam və xoşbəxt hiss etdiklərini üzə çıxardıb. Belə ki, requlyar cinsi əlaqənin insanın immunitetini gücləndirdiyini, onu infeksiyalardan qoruduğunu da sübut etməklə yanaşı insanın dərisini səpkilərdən, sızanaqlardan təmizlənməyə başladığını, saçların dininin möhkəmləndirdiyini da aşkarlayıblar.

Dr. Rauf Kazımov

loading...

Bunuda oxu...