REOVİRUS YOLUXUCU XƏSTƏLİYİ

REOVİRUSReovirus yoluxucu xəstəliyi (RYX) yenidoğulmuşların və kiçik yaşlı uşaqların xəstəliyidir, limfa vəzilərini zədələyir və yayılmağa meyil edir.

Yayılması. Seroloji müayinələrin nəticələri göstərir ki, RYX törədiciləri hər yerdə dövr edir. Hətta ucqar, təcrid olunmuş ərazilərdə yaşayan şəxslərdə də (Alyaska, Sakit okean adalarında) əkscisimlər aşkar edilir.

RYX törədiciləri RNT tərkibli viruslardır, Reovirus cinsinə və Reoviridac ailəsinə aiddir. Prototip ştamları Lanq (növ 1), D-5(növ 2) və Abney (növ 3). Adından göründüyü kimi, Reo – “respiratoru enterik orphanviruses” – insanın tənəffüs, mədə-bağırsaq yollarını zədələmək qabiliyyətinə malikdir.

loading...

Onlar ən kiçik viruslar (60-70 nm ölçüsündə), iksaedrə bənzər quruluşda, iki kapsomer qatından ibarət olan ümumi komlementi birləşdirən antigenə malikdirlər. Reoviruslar hüceyrə kulturalarında yaxşı inkişaf edərək onlarda sitopatik dəyişiklik törədir.

Reoviruslara ən həssas meymun böyrəklərinin başlanğıc hüceyrələri, Detroyt-6 və insanın amnion hüceyrələridir.

Viruslar bir neçə növ laborator heyvanları üçün patogendir. Heyvanların həssaslığı yaşdan da asılıdır, belə ki, üçgünlük ağ siçan balalarında virus onların beyninə, dəri altına qarın boşluğuna və burun daxilinə yoluxdurduqda xəstəlik baş verir.

Reoviruslar temperatura dözümlüdür: 560C temperaturda iki saat, 40C-də 2 ay və 240C-də 45 gün sağ qalır. 200C temperaturda 10 aydan 2 ilə kimi saxlanılır. Yüksək dondurma və əritmə virusun yoluxuculuğuna təsir etmir. Reoviruslar ultrabənövşəyi şüalanmaya, mühitin pH-nın dəyişməsinə davamlıdır. Bununla belə, etil spirti və 3%-li xlodamin onları 30 dəqiqə ərzində məhv edir.

Reoviruslar ev və vəhşi heyvanlar arasında geniş yayılmışdır, onları quş və həşəratlardan da əldə ediblər. İnfeksiya mənbəyi xəstəliyin başlanmasından 7-10 gün ərzində xəstə və sağlam virusgəzdirənlərdir. Yuxarı tənəffüs yollarının etiologiyası təsdiqlənmiş kəskin yoluxucu xəstəliklərinin 11,6%-i reoviruslar tərəfindən törədilir.

Xəstəlik əsasən payız-qış-yaz fəsillərində tək-tək xəstələnmələr və alovlanmalar şəklində qeyd edilir. Uşaq müəssisələrində törədici uzun müddət dövr edir. Bu da əvvəllər xəstələnməmiş və yeni daxil olmuş uşaqların xəstələnməsinə səbəb olur.

Virus əsasən damcı yolu ilə keçirilir, oral yol da istisna edilmir.

Reoviruslara bütün əhali həssasdır, ancaq kiçik yaşlı uşaqlar və yenidoğulmuşlar daha həssasdırlar. Yaş artdıqca bu xəstəliyə qarşı həssaslıq azalır, 25-30 yaşlı əhalidə virusların hər 3 növünə qarşı əkscisimlər aşkar edilir.

Yoluxmanın ilk günlərində udlağın selikli qişasında viruslar artır, sonra limfatik vəzilərə daxil olurlar, oradan isə qana keçirlər. Xəstəlik respirator (rinit, faringit, konyunktivit) və daxili intoksikasiya (aseptik meningit əlamətləri, hərarət, bəzən herpangina və xırda ocaqlı ağciyər sətəlcəmi) əlamətləri ilə təzahür edir. Yenidoğulmuşlar və kiçik yaşlı uşaqlarda xəstəlik ağır keçir. Məktəb yaşlı uşaqlar və yaşlı əhali arasında xəstəliyin inapparant forması qeyd edlir.

İmmunitetin gərginliyi və müddəti öyrənilməmişdir. Törədiciyə qarşı əkscisimlər klinik təzahür edən və əlamətsiz keçən xəstəlik zamanı əmələ gəlir.

Profilaktika və mübarizə tədbirləri. Spesifik profilaktikası öyrənilməmişdir. Ümumi profilaktika paraqrip yoluxucu xəstəliyində olduğu kimidir.

Laborator diaqnostika. Labarator diaqnostika xəstəliyin ilk günlərində meymun böyrəyi, insanın amnion hüceyrələrində törədicinin əldə edilməsi və ona qarşı xəstəlik keçirmişlərdə əkscisimlərin müəyyən edilməsi vasitəsilə qoyulur.

loading...

Bunuda oxu...