REFLÜKS XƏSTƏLİYİN ƏSAS ƏLAMƏTLƏRİ

Bir çox hallarda xəstələr kardioloji şikayətlərlə xəstəxanaya müraciət edirlər. Xəstəliyə xas olan əlamətlər döş sümüyünün arxasında yanğı hissi, mütəmadi olaraq gəyirmələrin, xüsusilə qida qəbulundan sonra uzandıqda və ya əyilərkən qidanın ağıza qayıtması, boğazda qıcıqlanma, uzunmüddətli öskürəkdir.

Xəstəliyin dəqiqləşdirilməsi üçün endoskopik və rentgen kontrast müayinələrinin aparılması məsləhət görülür. Lakin bəzi hallarda əlavə spesifik müayinələrə də ehtiyac olur.

Mütəxəssisə müraciət edib, müəyyən müayinələrdən keçməklə xəstəliyə uyğun müalicə üsulu seçilməlidir. Reflüks xəstəliyinin tək müalicə üsulu cərrahi müdaxilə deyil.

loading...

Müayinə zamanı qida borusunda ciddi zədələnmələr müşahidə edilmir və çox irəliləmiş diafraqmal yırtıq görülmürsə xəstəlik ilkin olaraq konservativ yolla da müalicə oluna bilər.

Lakin dərman müalicəsinin aparılmasına baxmayaraq xəstəliyin davam etməsi və ya dərmanlar kəsildikdən sonra xəstəliyin təkrar aktivləşməsi müşahidə edildikdə artıq cərrahi üsul məsləhət görülür.

loading...

Bunuda oxu...