REAKTİV LİMFA DÜYÜNÜ

Limfa düyünləriBu cür şişkinlikdən çoxunuz övladınızdan görmüsüz, boyunda, çənəaltında və s.yerdə noxud, fındıq, paxla boyda yumrular… Onlar limfa düyünləridir. Limfa düyünü immun sistemin ayrılmaz hissəsidir, onlar bədəndə virus, bakteriya, xərçəng hüceyrələri olduqda böyüyür. Reaktiv dediyimiz infeksiyaya reaksiya göstərməsidir. Normalda əlləndikdə çox kiçik ölçüdə əl altında hiss edilə bilir.

Amma reaktivlləşiyində gözlə görüləcək qədər böyüyür. 2 sm-dək olursa və reaktiv olduğu təyin edilirsə,bu problem sayılmır. Limfa düyünləri qızılca, məxmərək və s. yoluxucu xəstəliklərdə də böyüyür.Hər nahiyə öz bölgəsinə görə problemdən xəbər verir. Təkrarı xəstələnmə hallarında, ağız boşluğu infeksiyalarından, burun-bogaz-qulaq xəstəliklərində,  karies dişlər səbəbindən də böyüyə bilir.

Qarın boşluğunda da limfa düyünləri aşkar edilə bilir. Keçirilmiş qastroenterit nəticəsində məsələn. Amma vərəm, xərçəng zamanı da limfa düyünü böyüyə bildiyini nəzərə alıb bu halları həkimə bildirmək lazımdır.

loading...

Limfa düyünü özü də itihablaşa bilir. Bu zaman ağrılı olur, üzərində dəri səthinə qızarır, ümumi və yerli istilik ola bilir. Bu halda antibiotik təyin olunur. Əgər limfa düyünləri hərəkətsiz və bir neçəsi birləşmiş şəkildə olursa, bu nonreaktiv ola bilməsinə ehtimaldır.

Böyüyən reaktiv limfa düyünü gec kiçilər. Yəni bu düyün heç kicilmir deyə narahat olursunuzsa, bilin ki, əgər reaktiv limfa düyünüdürsə və bu infeksiyaya qarşı yarandığını nəzərə alsaq, xroniki infeksiyalaşma, yəni təkrarı xəstələnmələrdə kiçilməyə imkan tapmaz.

Limfa düyünü böyüməsi əslində immun sistemin çalışdığından xəbər verir. Sadəcə zəif immunitet fonunda, əsasən də,bağırsaq mühitində pis şərait olduğunda limfa düyünləri də ön cəbhəyə keçməli olur. Xəstəliyin səbəbi ilə mübarizə aparan limfositler, makrofaqlar limfa düyünü ətrafına toplanır.

Özü də bir süzgəc rolu oynadığı üçün bədənə daxil olmuş virus, bakteriyaları tutub saxlamaq istəyir. Bu zaman özü iltihablaşır və böyüyür. Toxuması isə sanki paltar kimidir. Böyük ölçü bədənli birinin kiçik ölçülü paltarı geyinib böyütdüyündə o daha kiçilməz. Limfa düyünü də bir dəfə böyüdükdə əvvəlki ölçüsünə tam qayıtmaz.

Pediatr Aytən İsmayılzadə

loading...

Bunuda oxu...