QUSMA

TənginəfəslikQusma zərərli maddələrin həzm sisteminə ötürülməsinin qarşısını alan müdafiə reaksiyasıd və müxtəlif xəstəliklərin tez-tez rast gəlinən əlamətlərindən biridir.

Mədə və diafraqma bir-birinə yaxınlaşaraq qapadıcı əzələlərin boşalması yolu ilə zərərli maddəni ağız vasitəsilə xaricə çıxarır. Qusma Mərkəzi Sinir Sistemi tərəfindən idarə olunur.

Qusma səbələri arasında bunlar ola bilər: maddələr mübadiləsinin pozulması, mədə-bağırsaq sistemində olan pozğunluqlar, beyin mənşəli pozğunluqlar, hormonal pozğunluqlar, zəhərlənmə.

loading...

Mədə-bağırsaq sistemində olan pozğunluqlar səbəbindən qusma növbəti xəstəliklərdə baş verir: mədə-bağırsaq sisteminin bakteriyalar və viruslar vasitəsilə infeksiyalaşması; qastrit, xora xəstəliyi, mədə çıxacağının daralması, bağırsaq keçməzliyi, appendisit, hepatit, daşlı xolesistit, daşsız xolesistit, pankreatit.

Beyin mənşəli pozğunluqlar növbəti səbəblərdən baş verə bilər: baş beyində qusma mərkəzinin birbaşa qıcıqlanması, daxili qulaqda müvazinət mərkəzinin qıcıqlanması, kəllə-beyin travması,  baş beyin sirkələnməsi, meningit, günvurma, baş beyin şişi, beyin daxili qanaxma, miqren.

Maddələr mübadiləsi və hormonal pozğunluqlar: hamiləlik zamanı hormonal statusda dəyişikliklər baş verir və hamilələyin ilk aylarında qusma adi hal hesab edilir,  hiperkortisolizm,  böyrək çatışmazlığı zamanı uremiya qusma mərkəzini qıcıqlandırır.

Zəhərlənmələr: zəhərli maddələr mədənin selikli qişasını zədələyir, zəhərli maddələr qana keçərək qusma mərkəzini qıcıqlandırır, qida zəhərlənməsi zamanı qusma adətən 6-24 saat sonra baş verir, bəzi dərmanlar da qusma törədirlər.

Digər səbəblər: qorxu, iyrənmə, stress və ağrı zamanı vegetativ sinir sisteminin qıcıqlanması üzündən də qusma, infarkt və ürək fəaliyyətinin zəifliyi, göz xəstəlikləri və göz daxili təzyiqin artması, bəzi psixatrik xəstələrdə.

Müvəqqəti xarakter daşıyan və tez də aradan qalxan qusmalar zərərsizdir. Ancaq növbəti hallarda  həkimə müraciət mütləqdir:

qusma qarında ağrılarla müşayət olunur

qusuntu yaşıl (öd) və ya gəhvəyi rəngdədir

qusma davamlıdır və sakitləşmə qeyd olunmur

qusma ağızda quruluq, ümümi zəifliklə müşayət olunur

yüksək hərarət varsa (38`C-dən yüksək)

qusma ilə yanaşı davranış dəyişiklikləri varsa (yuxuculluq, reaksiyanın azalması və s.).

loading...

Bunuda oxu...