QURU GÖZ SİNDROMU

Quru göz sindromu yayılmış problemlərdən biridir. Bu sindrom gözün quruluğu ilə müşahidə olunur. Bu zaman göz yetərincə gözyaşı ifraz etmir yaxud gözyaşı normal kimyəvi tərkibə malik olmur.

Normal görmə göz almasının ön səthinin yetərincə nəmliyi olduğu zaman mümkündür. Bunun üçündə göz yaşının lazımi keyfiyyətinin və düzgün tərkib hissələrinin olması, göz qapaqlarının normal bağlanması vacibdir. Bu faktorlar gözün ön səthinin gözyaşı filminin pozulmasını və gözün qurumasının qarşısını alır.

Quru göz sindromunun simptomları arasında bunlar var: gözdə quruluq hissi, göz qapaqları altında qum varmış kimi hiss, gözdə yanma hissi, qızartı, kirpiklərdə yapışma hissi, səhər oyandıqda gözləri açmaqda çətinlik və s.

loading...

Quru göz sindromuna qarşı bir neçə faydalı metodlar var, məslən gözlər üçün idman: 50 dəqiqə iş, 10 dəqiqə istirahət. Mühiti dəyişmək, gözün önündəki rəsmi dəyişməkdə faydalıdır. Gözləri qırpmaq. Həmçinin düzgün monitordan istifadə. Vitaminlər arasında gözlərə xüsusən faydalı olanları – A, B2, E, C vitaminləri və kalsiumdur. Bunlar kəsmik, şor, yağlı olmayan ət, yer kökündə çox olur.

loading...

Bunuda oxu...