QURANDA DERMATOLOGİYAYA AİD

QURAN TƏKAMÜL HAQQINDA“… O dəriləri başqasıyla əvəz edəcəyik

Müqəddəs Qurani-Kərimin Ən-Nisa (4-cü) surəsinin 56-cı ayəsində deyilir: «Ayələrimizi inkar edənləri oda atacağıq.

Onların dəriləri yanıb bişdikcə, əzab (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Allah yenilməz qüvvət, hikmət sahibidir».

loading...

Bu ayədə dermatologiyaya (dəri haqqında elmə) aid məlumat vardır. Göstərilir ki, insan dərisi bişdikdə və yandıqda ağrı və başqa əzab hissləri duyulmur (itir). Deməli, orqanizmə ətrafdan olan təsirlər nəticəsində yaranan əzab (ağrı, yanma, donma və s.) hissləri dəri vasitəsilə duyulur.

Dermatologiya sahəsində çalışan alimlər dərinin quruluşu və funksiyalarını ətraflı öyrənmişlər. Məlumdur ki, insan bədənini örtən dəri 3 qatdan ibarətdir. Birincisi, üst nazik qat olan epidermisdir. İkincisi, onun altında yerləşən derma qatıdır.

Üçüncüsü, birləşdirici toxumadan ibarət olan ən qalın qatdır.

Bu qatda tər vəziləri, piy vəziləri, kapillyarlar, piy toxuması və reseptorlar yerləşir.

Dərinin funksiyaları aşağıdakılardır:

  • dəri bütün toxumaları və orqanları mexaniki zədədən qoruyur. Orqanizmə yad maddələrin, xəstəlik törədən mikrobların keçməsinə mane olur. Günəşdən gələn ultrabənövşəyi şüaların zərərli təsirindən müdafiə olunmaq üçün tünd piqment (melanin) buraxır;

  • dəridə raxit xəstəliyinin qarşısını alan «D» vitamini əmələ gəlir.

  • dəri bədən temperaturunun sabit saxlanılmasında iştirak edir;

  • dəri ifrazat işi də görür, tər vəziləri vasitəsilə suyun və duzların artıq hissəsi orqanizmdən çıxarılır;

  • dəridə təzyiqi, ağrını, soyuğu, istini qəbul edən müxtəlif reseptorlar vardır. Bu reseptorların sayəsində insan özünü yaralanmadan, yanıqdan, donmadan qoruyur. Dəri hissiyyatı itdikdə orqanizm ətraf mühitdən heç nə hiss etmədən zədələr alır. Dəri hissiyyatı orqanizmin ətraf mühitlə qarşılıqlı əlaqəsində mühüm rol oynayır.

Reseptorlar ətraf mühitin təsirindən yaranan qıcıqları qəbul edə bilən sinir uclarıdır. Onların dəridə yerləşməsini ilk dəfə 1834-cü ildə E.Veber göstərmişdir. T.Bliks 1882-ci ildə müəyyən etmişdir ki, hər bir hissiyatın öz reseptorları vardır.

Məsələn, istini qəbul edən, soyuğu duyan, ağrıları hiss edən və s. reseptorlar. Bütün bu reseptorların hamısı dəridə yerləşir. Hər bir növ reseptorun miqdarı da fərqlidir. Məsələn, dəridə soyuğu hiss edən reseptorlar istini hiss edən reseptorlardan çoxdur.

Dərinin 1 sm2 sahəsində 12-13 ədəd soyuğu və 1-2 ədəd istini hiss edən reseptorlar yerləşir.

Ağrını hiss edən reseptorlar 20-ci əsrin əvvəllində A. Frey tərəfindən ətraflı öyrənilib. O, göstərmişdir ki, dəridə ağrı hiss edən nöqtələr (reseptorlar) digərlərinə nisbətən miqdarca üstünlük təşkil edir. Məsələn, əlin üst hissəsinin 1 sm2 sahəsində iki yüzə qədər ağrı hiss edən reseptorlar yerləşir.

Cərrahi əməliyyatlar zamanı ağrını hiss etməmək üçün müxtəlif kimyəvi maddələrin köməyi ilə bədənin lazım olan nahiyyəsini keyləşdirirlər. Bu maddələr məhz dəridə olan reseptorların işini tomozlayır və xəstə, əməliyyat zamanı ağrını hiss etmir.

Beləliklə, 1400 il bundan əvvəl yazılmış Qurani-Kərimdə əzabı (ağrını, yanığı və s.) hiss edən nöqtələrin (reseptorların) dəridə yerləşməsi barədə dəqiq elmi məlumatlar 19-cu əsrdə müasir alimlər tərəfindən bir daha sübuta yetirilmişdir.

«Bəli, Biz onun barmaqlarını da düzəltməyə qadirik!»

Müqəddəs Qurani-Kərimin Əl-Qiyamə (75-ci) surəsinin 4-cü ayəsində deyilir: «Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqların uclarını da) düzəltməyə qadirik!».

Bu ifadə insanın barmaqlarında hər bir şəxs üçün özünə məxsus olan əlamətlərin (izlərin) olması barədə məlumat verir. Bu əlamətlər həyatdan getmişlərin, hazırda yaşayanların və bundan sonra həyata gələcək insanların hamısında fərqlidir.

Barmaqların uclarında bu qədər fərqi yaratmaq ancaq Allaha məxsusdur. İnsan öldükdə və o dünyada onu yenidən diriltdikdən sonra onun barmaq izlərinə qədər dəqiqliklə bərpa ediləcəyi göstərilir.

İnsan barmaqlarının ucundakı dəridə izlərin (xətlərin) bütün insanlarda fərqli olduğunu ilk dəfə 1686-cı ildə anatom M.Malpiki, sonralar isə 1823-cü ildə Y. Purkine söyləmişlər.

İngilis alimi F. Qalton 1900-1909-cu illərdə insanın barmaq izlərini öyrənmək sahəsində geniş tədqiqatlar aparmış və barmaq izlərinə görə insanları bir-birindən fərqləndirmə (tanıma) metodunu təklif etmişdir. İngiltərədə cinayətkarları aşkar etmək üçün bu üsuldan ilk dəfə istifadə olunmuşdur.

İnsanın (barmaqların, ovucun, dabanın və s.) dərisindəki xətləri öyrənən elmə dermatoqlifika (yunanca «derma» – dəri, «qlife» – xətçəkmə deməkdir) deyilir. Dermatoqlifika artıq sübut edib ki, yer üzərində barmaq izləri oxşar (eyni) olan iki adam yoxdur.

Şotlandiya polisi E. Henri ömrünü barmaq izlərinin dəqiq öyrənilməsinə həsr etmiş və bir daha göstərmişdir ki, hər bir şəxsin barmaqlarının izi ancaq onun özünə məxsusdur. Yəni heç vaxt başqasında təkrar olunmur.

Barmaq izlərini öyrənən sahə daktiloskopiya adlanır. Halhazırda dünyanın bütün ölkələrində daktiloskopiyanın köməyi ilə hər hansı bir müqəssiri və ya cinayətkarı asanlıqla müəyyən etmək olur. Daktiloskopiya təkcə cinayətkarların üzə çıxarılmasında deyil, hətta insanın psixologiyasının aşkar olunmasında da rol oynayır. Müasir daktiloskopiya əsasında  beş növ barmaq izinin mövcud olduğu aşkar edilib. Hər bir növ barmaq izinin isə saysız-hesabsız formaları mövcuddur. Məhz bu formalar əsasında hər bir şəxsi digərindən fərqləndirmək olur.

Beş növ barmaq izləri isə insanın psixologiyasının əsas cəhətlərini özündə əks etdirir. Məsələn, baş barmağın birinci bəndi (falanqası) böyükdürsə, bu, iradənin çox güclü olmasını göstərir. Məlumdur ki, Qalileyin, Dekartın, Nyutonun, Volterin baş barmaqları belə formaya malik olub. Lakin iradəsizliyi və çox zəifliyi ilə tanınmış olan Fransa kralı 11-ci Luinin baş barmağının birinci bəndi çox kiçik olub.

Beləliklə, insan barmaqlarının izi bütün adamlarda fərqli olduğu elm tərəfindən 20-ci əsrin əvvəlində tam sübuta yetirilməsinə baxmayaraq, bu fikir 1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimdə verilmişdir.

Xudaverdi Qəmbərov

loading...

Bunuda oxu...