QIZILGÜL LƏÇƏKLƏRİNDƏN ÇAY
Qızılgülün dəyəri tək onun qoxusunda deyil, həmçinin onun ləçəklərindədir. Bu ləçəklərdən sağlamlığa faydalı çay hazırlamaq mümkündür.
Bunun üçün 1 xörək qaşığı təzə qızılgül ləçəklərini 1 stəkan isti suda yarımsaat ərzində dəmləmək, sonar süzmək və gün ərzində 2 dəfə yarım stəkan olmaqla içmək gərəkdir.
Qızılgül çayının faydası bunlardır:
sinir sisteminə faydası
təzyiqi salır
sakitləşdirici, stressi və əsəbiliyi azaldır
ürək əzələsini möhkəmləndirir
əhvalı yaxşılaşdırır
bağırsaqlara antiseptik təsir
mikrobları öldürür
arıqlamağa kömək edir
qurdları öldürür
orqanizmi cavanlaşdırır
dəriyə müsbət təsir
qalxanvari vəzə faydalı
immun sistemini möhkəmləndirir