QIZIL, GÜMÜŞ VƏ BÜRÜNC SEKS

Hər bir cütlüyün seks istəyi və ehtiyacı zamana və şərtlərə görə dəyişə bilir. Sekslə məşğul olarkən tək fiziki həzzi deyil, romantik həzzi də düsünmək lazımdır. Çünki hər nə qədər əks düşünülsə də, insanlar sadəcə fiziki zövq üçün sekslə məşğul olmurlar. Bəzən sadəcə sevildiklərini, arzuladıqlarını, dəyərli olduqlarını hiss etmək üçün, partnyorları ilə sevişmək, bəzən də sadəcə həzz almaq üçün seks istəyirlər. Cütlüklər istəklərindən asılı olaraq, üç cür seks, sevgi təcrübəsi yaşaya bilir: qızıl, gümüş və bürünc.

İlk təcrübə, yəni “Qızıl seks” dediyimiz seks, azı iki saatdan çox çəkir. Kişilər çox zaman yoldaşlarına ən qısa yoldan ən çox zövq verməyə səy göstərirlər. Bu səbəblə qadın orqazm, həzzin pikinə, yaxınlaşarkən bir an öncə zirvəyə çıxa bilməsi üçün əllərindən gələni edirlər. Ancaq qadınlara daha çox zövq vermənin sirri, orqazma yaxınlaşdıqdan sonra yavaşlamaq və eyni hərəkətləri təkrarlamaqdır.

Qadını bir neçə dəfə doyum nöqtəsinə yaxınlaşdırıb, enerjisini tükətməkdən qabaq bir az yavaşlamaq həzzi qat-qat artırır. Doyum nöqtəsinə hər yaxınlaşmasında doyum istəyi biraz daha artdığı kimi, bədəni də boşalma və ya orqazma təmamilə hazırlanmış olur. Ön sevişmə vaxtı, belə uzandığı üçün, həm qadın daha güclü bir boşalma və orgazm hissi edə bilir, həm də boşalması və ya orqazmı daha çox ola bilir. Qızıl seks əlaqəsində sırayla
kişi və qadın bir-birini bir neçə, doyum nöqtəsinə yaxınlaşdırıb, enerji səviyyəsinin düşməsinə icazə verir.

loading...

Qızıl seks üçün kişinin cinsəl gücünün və boşalmasını nəzarət altında tutması əhəmiyyət daşıyır. Bunun üşün kişinin müəyyən bir sürətlə nəticəyə doğru gedib, yavaşlayıb təkrar sürət qazanmasını öyrənməyi gərəkdir. Bir neçə dəfə yüksək nizama çıxıb endikdən sonra, kişinin boşalma təlaşı azalır və seksin hər anından daha çox zövq alır. Həmçinin qadında. Bu müddətdə qadının boşalmaya və ya orqazma yaxınlaşdığını yoldaşına bildirmək üçün bir sözü şifrə olaraq istifadə etməsi mümkündür. Bunu anlayan kişi, təxminən otuz saniyəyə qədər təhrik edici oxşamalara ara verib, sonra təkrar başlaya bilər. Ancaq kişi fasilə verincə marağını təmamilə qadından çəkmək məcburiyyətində deyil. Beləcə cütlük aralarında gedib gələn sevgi axınını daha güclü olaraq hiss edə bilir. Qızıl seks üçün ön sevişməyə və sevgi oyunlarına daha uzun zaman ayırmaq və əvvəl qadının həzzin zirvəsinə çatmasına diqqət etmək lazımdır.

Gümüş seks yarımsaat çəkir. “Bürünc seks” adını verdiyimiz seks isə təxminən üç-beş dəqiqə çəkir. Bürünc seks zamanı kişilərin fiziki, qadınların isə romantik təminləri ön planda olur. Qadınlar müəyyən vaxt sekslə məşqul olarkən tam havaya girə bilmir. Ancaq yoldaşını yarı yolda buraxmır. Bu isə qadının kişiyə mənəvi hədiyyəsi, onu nə qədər çox sevdiyini hiss etdirir. Bir çox zaman kişinin qadına sarılması, onu istəməsi və onunla təmin olması qadına yetərlidir. Seks etmə havasında olmasa belə, yoldaşını başdan çıxara biləcəyini düşünmək qadına zövq verə bilir. Bəzən cütlük bürünc seksə başlaya bilir və zamanla qadın havaya girərək təmin olunur.

loading...

Bunuda oxu...