QIZDIRMA

Qızdırma  zərərli, çox vaxt infeksion agentə qarşı orqanizmin ümumi uyğunlaşma reaksiyası olub istiliyin yığılması və bədənin temperaturunun qalxması şəklində istilik tənziminin dəyişməsidir.

Qızdırmaya səbəb bakteriyaların və bunların toksinlərinin (infeksion), zülalların parçalanma məhsullarının (hemolizdə, toxumaların nekrozunda, sümük sınıqlarında, irinli ocaqlar olduqda və s. hallarda), hormonların və zəhərlərin təsiridir, habelə o, beynin zədələnməsi və əzilməsi nəticəsində istilik mərkəzi qıcıqlandıqda da baş verir.

Qızdırma zamanı maddələr mübadibsinin bütün növləri pozulur. Sidiklə çıxan azotun miqdarı artır, hiperqlikemiya, bəzən qlükozuriya baş verir, su-duz tarazlığı pozulur. Temperatur 1 dərəcə qalxdıqda ürək döyüntüsü 10 vurğu artır.

loading...

Qızdırma zamanı tənəffüs ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tezləşir. Temperatur xəstə orqanizmin reaktivlik dərəcəsini göstərdiyinə görə infeksiya ilə mübarizədə orqanizmin vəziyyətini bildirən mühüm göstəricidir. Lakin qızdırma heç də həmişə müsbət hal sayıla bilməz, çünki bədənin temperaturunun həddindən artıq qalxması da onun birdən-birə düşməsi kimi orqanizmə zərər yetirə bilər. Hər bir konkret halda qızdırmanın gedişini və onun orqanizm üçün əhəmiyyətini xüsusi təyin etmək lazımdır.

Qızdırma birdən-birə və ya yavaş-yavaş düşə bilər. Bu cür qızdırma infeksion xəstəliklərdə (qann yatalağı, səpkili yatalaq, krupoz pnevmoniya və s.) olur; 2) zəifləyən qızdırma—axşamkı temperaturla səhərki temperatur arasındakı fərq l°-dən çox olur (sepsis, qarın yatalağının ikinci mərhələsi və s.); 3) dəyişən tip qızdırma—temperatur vaxtaşırı qısa müddət qalxıb (paroksizmlər) normal dərəcəyə düşür. Yüksək temperatur bir neçə saat qalır, sonra normaya düşür və уеnə də qalxır.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...