QIZDIRMA – ÜMUMİ BİLMƏLİ OLDUĞUMUZ

QızdırmaQızdırma bədən temperaturunun yüksəlməsi ilə xarakterizə edilən, orqanizmin zərərli təsirə qarşı ümumi reaksiyasıdır. Qızdırmanın müxtəlif səbəbləri vardır. Qızdırma infeksion və invazion xəstəliklərin sayəsində əmələ gəlir. Qara yara, vərəm, helmintozlar qızdırmanı əmələ gətirən xəstəliklərdir.

İnfeksion və invazion xəstəliklərin törədicilərinin toksinləri də qızdırmanı əmələ gətirən səbəblərdəndir. Qızdırmanı əmələ gətirən infeksiyalardan başqa yabançı zülallar, hipertonik duz həlediciləri, hormon məhsulları və s. də qızdırma əmələ gətirir. Bu növ qızdırma aseptiki qızdırmadır.

Qızdırmanın mərhələləri. Hər bir qızdırmada 3 dövrə təsadüf olunur. Qızdırmanın başlanğıc dövründə dəri soyuyur, tüklər pırpızlaşır, cüt üzvlərdə temperatur qeyri bərabər şəkildə paylanır. Heyvanın iştahası kəsilir, mədə-bağırsağın mator funksiyası zəifləyir. Atlarda qəbzlik, qaramalda mədə önlüklərinin atoniyası əmələ gəlir. Qızdırma həmçinin ürək-damar və tənəffüs sistemilə diurezə əsaslı təsir göstərir. Qızdırmanı infeksion və invazion xəstəliklər də törədirlər.

loading...

Gedişindən və tipindən asılı olaraq qızdırma tipik və atinik olur.

Tipik qızdırmanın bir neçə növü vardır. Daimi qızdırma – xəstəlik prosesində temperatura gündə 10-dən çox olmur. Belə qızdırma buzovların paratif və pnevmoniyasında olur. Zəifləyin qızdırma belə qızdırma həmişə titrəmə ilə davam edir və heyvanlarda streptokokk və stafilokokların yaratdıqları xəstəliyin də baş verir.

Dəyişən qızdırma bu cür qızdırma hər gün, günaşırı, iki gündən bir baş verərək sonra heyvan tərləyən kimi aşağı düşür.  Qayıdan qızdırma bu cür qızdırmada temperatur tez qalxır və sonra tez qayıdıb normaya düşür bəzən normadan aşağı da olur.

Atinik qızdırma – özünün sutkalıq fərqinin və müddətinin qeyri-müəyyənliyi ilə səciyyələnir. Belə qızdırma saqqo xəstəliyində, donuz taununda və s. olur.

Qızdırmanın ümumi əlamətləri.

Qızdırma zamanı ürək-damar sistemində, mərkəzi sinir sistemində, tənəffüs və həzm aparatlarında funksiya pozğunluğu yarandığı üçün ürəyin ritmi artır, hər bir dərəcə temperatur üçün dəqiqədə 8-10 dəfə ürəyin ritmi artıq olur.

Tənəffüsün miqdarı artaraq, həzm aparatında hərəkət yavaşıyır, selik təbəqələr quruyur, sidik ifrazı əvvəlcə çoxalır sonra azalır. Qızdırmada çəkini azaldır, arıqladır, məhsuldarlığı aşağı salır, çünki qidalanma pozulur. Qızdırmada çox vaxt üzv və toxumalarda distrofiya dəyişikliyi olur.

Qızdırmadan maddələr mübadiləsi pozulur. 30-60% qaz mübadiləsi yüksəlir, zülal mübadiləsi aşağı səviyyədə olur. Sidiklə 30% azot ixrac olur, yağ mübadiləsi xroniki qızdırmada yüksəlir. Karbohidratlar mübadiləsi pozulur. Duz, su mübadiləsi də pozulur.

Qızdırmanın müsbət rolu bundan ibarətdir ki, temperaturunun müvəqqəti nisbətən yüksək səviyyəsi hüceyrələrdə mübadilə prosesini aktivləşdirir və oksidləşdirici fosforlaşmanın güclənməsi hesabına enerji ehtiyatının toplanmasına kömək edir. Orqan və hüceyrələrin funksional aktivliyi artır yüksək temperatura bəzi virusları çoxalmağa qoymur.

Safura Sərdarqızı

loading...

Bunuda oxu...