QIZDIRMA HAQQINDA

Qızdırma bədən temperaturunun normadan yüksək olmasıdır. Buna səbəb isə bədənimizə daxil olan virus və ya bakteriyaların özlərinin və ya ifraz etdikləri maddələrin bədənimizə təsir edərək endojen pirojen, bədənin daxili temperaturunu damardan, əzələdən, dəri altından daxil olaraq artıran maddələr maddələrin artırmasıdır ki, bu da beyində qızdırmanı tənzim edən hipotalamusa təsir edərək hərarətin artmasına yol açır.

Bədən temperaturu gün ərzində günün saatlarına görə fərqli olub səhər saatlarında daha aşağı olar və axşama doğru artar. Bundan başqa temperatur bədəndə ölcülmə nahiyyəsinə görə də dəyişir, qoltuqaltı, duz bağırsaq, qulaq. 38 dərəcə üzəri olan hərarət qızdırma sayılır. Bəs qızdırma zamanı nə etməliyik?

İlk olaraq uşağın üzərindəki paltarları çıxartmaq, otağın temperaturunu azaltmaq, uşağı ilıq su  ilə yuyub yarım saata qədər gözləməliyik, əgər bu müddət içində temperatur düşməzsə o zaman dərmanlardan istifadə etməliyik. 6 ay altı uşaqlara ibuprofen deyil sadəcə parasetamol tərkibli preparatların istifadəsi məsləhətdir. Əgər körpə 3 aydan kiçikdirsə mütləq həkimə müraciət etməülisiniz.

loading...

Ən önəmli olan nöqtələrdən biri isə qızdırma zamanı antibiotiklərdən istifadədir. Qeyd etdiyimiz kimi uşaqlarda qızdırmanın səbəbi virus və bakteriyal infeksiyalardır. 4 yaşa qədər uşaqlarda bu infeksiyaların 80 %ının səbəbi viruslar olduğuna görə antibiotiklərdən istifadə etmək mənasızdır, ona görə də həkimin müayinəsi və məsləhəti olmadan körpələrimizə dərman vermeyek!

Dr. Nigar Həşimova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...