QIZ UŞAQLARINDA İLK MENSTRUASİYA

QızQızlarda aktiv cinsi yetkinliyin başlaması birinci aybaşı ilə əlaqədardır. Hər ana “kritik günlər” haqqinda öz qızına düzgün məlumat verməlidir. Bu onların arasında həm inam yaradacaq, həm də menstrual sıklı ilə bağlı məsələlərə qız uşağına düzgün yanaşmaya kömək etdəcak.

Menstruasiya – fizioloji bir prosesdır, menstrual sıklın bir fazasıdır. Bu faza zamanı qadın organizmində mürəkkəb processlər baş verir: uşaqlıqda daxili selikli qışa – endometriy, ayrılır və xarıc olunur, nəticədə aybaşı qanaxması baş verir. Aybaşı miqdarı fərqlənir: bəzilərdə az, bəzilərdə isə çöxlu olur. Lakin hər qızda mütləq olmalıdır.

İlk aybaşı nə zaman baş verməlidir?

loading...

İlk menstruasiya 11-16 yaş arası başlasa bu norma olarak hesab olunur. İlk aybaşı 9 yaştan tez olubsa, bu qız uşağın erkan cinsi inkişafının əlaməti ola bilər. Aybaşı 17 yaşdan sonra baş versə, bu cinsi inkişafın ləngiməsinin göstərişidir. Bu hormonal problemlər ilə, yumurtalıqların fəaliyyətinin çatışmazlığı ilə, hipofizin disfunksiyası ilə və əqli inkişafın pozulması ilə bağlı ola bilər. Ilk aybaşı müddətinə sadalanan şərtlər təsir edir: uşaqlıqda keçirilən xəstəliklər, fiziki inkişaf, irsi amillər, pəhriz və qidalanma tərzi, yaşayış şarayəti, çəki.

İlk aybaşı yaxınnaşmanın əlamətləri. Təxminən ilk aybaşı başlamazdan 1-2 il əvvəl qız uşaqın bədəni, emosional vəziyyəti və davranış tərzi dəyişməyə başlayır. İlk növbədə, bədən quruluşu qadına xas görkəm almaqa başlayir: qoltuq altı və qasıq nahiyasində tüklər əmələ qəlməyə başlayır, süd vəzilərin ölçusu artır və s. Bu xarici əlamətlərdir, lakin daha əhamiyətli dəyişiklər hormonal səviyyədə baş verir. Bu hormonal dəyişiklərlə əlaqədar tər və piy vəzilərinin fəaliyəti artır və qızın üzündə, belində, çiyinlərində civzələr əmələ gəlir, dəri və saçlar daha tez yağlanmaqa başlayir.

İlk aybaşının daha gec əlaməti – uşaqlıq yolundan selikli şəffaf ifrazat, 3-4 ay əvvəl baş verə bilər. İlk menstruasiyadan dərhal əvvel qarının aşağı nahiyasində ağrılar (yunqul narahatçilıqdan kəskin ağrılara qədər), emosional qeyri-sabitlik (qızlar daha ağlağan, şıltaq olurlar ), baş ağrısı baş verə bilər. Qız daha agressiv, əsəbi və yə əksinə daha əhvalsız, passiv ola bilər, oxumaqa maraqı azala bilər.

İlk menstruasiya necə keçir. Birinci aybaşı zamanı qarının aşağı nahiyasində ağrılar, başgicəllənmə, ürəkbulanma, qusma, ümumi zəiflik ilə müşayiət oluna bilər. Bu menstruasiya ərzində bədən 50-120 ml qan itirmək bilər, bu hər orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Ən güclü aybaşı 2-3 gün olar. İlk bir neçə il menstrual sıkl qeyri-müntəzəm ola bilər. Adətən anada necə aybaşı keçir (ağrılar, narahatçilıq, odemlər) çöx güman qızında da eyni xoşagəlməz simptomlar izlənəcək.

Menstruasiya zamanı higiyena üsulları. Ananın və ya digər yaxın şəxsin qız uşağına bezlərin istifadə qaydalarını bildirilməsi çöx vacibdir. Bez hər 3-4 saatta bir dəyişməlidir, bezlər hipoallergen və ətirsiz olmalıdırlar. Həmçinin aybaşı zamanı mümkün qədər tez-tez yuyunmaq lazımdır – ən azı gün ərzində 3-4 dəfə. Alt paltarları sutkada iki dəfə dəyişmək arzu olunardı. Düzgün seçilmiş və keyfiyyətli şəxsi higiyena vasitələr qızların rahatlığını və sağlamlığını təmin edir.

Dr. Əskərova Nərminə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...