QIRMIZI QURDEŞƏNƏYİ XƏSTƏLİYİ

Qurdeşənəyi, ətrafı qızarıqlıqla ilə çevrili, ortası ağımtıl, böyüklüyü bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişən, müxtəlif şəkillərdə ola bilən, qaşıntılı şişli vallardır. Xalq arasında “qurdeşənəyi” və ya “dabaz” olaraq adlandırılar.

Dabaz deyilməsinin səbəbi gicitkən otu dalamış kimi dərinin qızarıb qabarmasındandır. Qurdeşənəyi eyni gicitkən dalamış kimi qaşıntı edər. Dodaqlarda, göz qapaqlarında, genital bölgədə ya da bədənin hər hansı bir yerində şiş  şəklində ortaya çıxan şəklinə isə angioödem adı verilir.

Bədəndə əvvəl qaşıntı sonra qabarcıqlar meydana gəlir və 5-20 dəqiqə sonra yox olur. Və sonra başqa yerdə yenidən ortaya çıxır. Bəzən də qabarcıqlar toplu halda bir yerdə meydana gəlir. Bəzən günlərlə sürdüyü kimi, bir neçə gün sonra birdən də itə bilər.

loading...

Əgər qurdeşənəyi 6 həftədən çox sürsə xroniki bir narahatlıqdan danışa bilərik. Narahatlıq 6 həftədən uzun sürsə çox detallı diaqnozlar edilməlidir. Əvvəlcə xəstənin nə üçün, nə vaxt və necə xəstələndiyi araşdırılmalıdır. Nə soyuq, nə də isti kimi səbəbi bilinməyən faktorlar qurdeşənəyini azdıra bilər.

Qurdeşənəyinin yaranma səbəbləri: dərman preparatları, insolyasiya, ocaqlı infeksiya, viruslar və genetik faktor.

Qurdeşənəyində allergenlər və psevdoallergenlər, saxta allergenlər, ana faktorlardır. Allergenlərə qida maddələri, dərmanlar, çiçək tozları, un və s. Saymaq olar. Qida maddələrindən-kərəviz, incə qabıqlı meyvələr, fındıq, qoz və s. dərmanlardan özəliklə də pensilin, çiçək tozu  və unla təmas allergiyaya təkan verir. Psevdoallergenlərə nümunə olaraq qida maddələrindən çiyələk, yemək yağları və s., dərmanlardan – rentgendə istifadə olunan maddələri saya bilərik.

Xəstəliyin klinik əlamətləri:  Kəskin oynaq ağrıları; Dərinin zədələnməsi: burunda, yanaqlarda eritematoz-skvamatoz ocaqlar, falanqalarda ödemlər; Tük tökülməsi;  Dırnaqların tez qırılması; Döş sümüyünün arxasında ağrı; Tənginəfəslik; Quru öskürək; Qaraciyər, dalaq böyüyür; Epilepsiyaya bənzər qıcolmalar; Psixi pozuntular; Arıqlama; Zəiflik; Tez yorulma; Qızdırma.

loading...

Bunuda oxu...