QIL QURDU

Qıl qurdu sap şəklində hərəkətli bir bağırsaq parazitidir.

Qurdun erkəkləri 2-6 mm, dişiləri 8-12 mm uzunluğunda olur. Qıl qurd infeksiyası dünyanın hər yerində yayılmışdır.

Hər yaşda görünə bilər, ən çoxda 5-14 yaş arasında.

loading...

İnfeksiyaya yoluxmuş bədəndə dişi qıl qurd, insan yatarkən anusdan bayıra cıxır və anus ətrafında mindən artıq yumurta qoyur, qısa müddətdə ölür.

Yumurtalar 6 saat müddətində canlanırlar və orqanizmə toksiki maddələr buraxır. Alt paltarlarına yapışırlar, yatağa tökülürlər, eləcə də uşaq bilmədən anus ətrafini qaşıyaraq dırnaqları arasında qurdun süfrələriylə ailə üzvlərini və yenidən özünü yoluxdurur.

Yatağı yığışdıranda yatağı çırparkən yumurtalar havaya dağılır və ağızdan da yoluxma baş verir.

Qıl qurd əlamətləri:

Ən çox görünən əlamət gecələr anus ətrafında baş verən qaşıntılardır.

Bədənin bəzi bölgələrində irinli səpkinin görünməsidir.

Yuxusuzluq, gecə qorxuları, diş qıcama, gecə qeyri-iradi sidik buraxma kimi əlamətlər. Eyni zamanda qurdun çoxalması uşağın psixologiyasına da təsir edir və ağır infeksiyalaşma nəticəsində sinir sisteminin pozulması hallarınacan gətirib çıxarır.

loading...

Bunuda oxu...